
23.09.2026-cı il tarixində saat 12:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Başın və bədənin səthi travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, vəziyyət stabil qiymətləndirilir.
Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
***12:24
Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.
BAKU.WS-in məlumatına görə, hadisə Xırdalan qəbristanlığının yaxınlığında baş verib.
Qəza zamanı TIR-la minik maşını toqquşub. Hadisə şahidləri qəza nəticəsində ölən olduğunu bildirilib.
Hadisə yerindən videonu təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.