21-06-2025, 10:48 395

Azərbaycanda ən təhlükəsiz ictimai nəqliyyat növü hansıdır?

Böyük şəhərlərdə ictimai nəqliyyat insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.  Bu, həm rahatlıq, həm də təhlükəsizlik baxımından daim müzakirə mövzusudur. Xüsusilə Bakı kimi sıx və dinamik meqapolisdə bu məsələ daha da aktuallaşır. İstifadə olunan nəqliyyat vasitələrinin texniki vəziyyəti, infrastruktur səviyyəsi və nəqliyyat iştirakçılarının davranışları bu sahədə təhlükəsizliyi birbaşa müəyyən edir.

Son illərdə Bakı və digər şəhərlərdə nəqliyyat infrastrukturunda müəyyən islahatlar aparılsa da, həm sərnişinlərin, həm də sürücülərin təhlükəsizliyi hələ də gündəmdədir. 

Bəs görəsən Azərbaycanda ictimai nəqliyyatın hansı növü daha təhlükəsiz hesab olunur? 

AVESTA.AZ-in əməkdaşı bu suala cavab tapmaq üçün nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev ilə həmsöhbət oldu.

Ekspertin fikrincə, ümumilikdə ictimai nəqliyyat fərdi avtomobillərlə müqayisədə daha təhlükəsizdir. Lakin bu sahədə mövcud riskləri aradan qaldırmaq üçün daha kompleks və sistemli yanaşmaya ehtiyac var.

R. Ağamirzəyev metro və dəmir yolu nəqliyyatını ən təhlükəsiz variantlar kimi qiymətləndirir:

"Dəmir yolu daha təhlükəsiz sayıla bilər, lakin hazırda şəbəkəsi məhduddur. Metro isə sərt standartlara malik olduğu üçün ümumi qəza statistikasında ən aşağı səviyyədə yer alır. Lakin bəzi hallarda platformaya düşmə hadisələri baş verir ki, bu halların səbəbləri (intihar və ya ehtiyatsızlıq) dəqiq təhlil olunmalıdır". 

Ekspert qeyd edir ki, dəmir yolu marşrutları genişləndirilməli, yaşayış məntəqələri yaxınlığında keçidlər artırılmalı, bu keçidlər baryersiz, işıqlandırılmış və fiziki məhdudiyyətli şəxslər üçün uyğun olmalıdır.

Avtobus nəqliyyatına gəldikdə isə, ekspert hesab edir ki, bu daha çox risk amilləri daşıyan seqment kimi qeyd edilir:

"Şəhərimizdə küçələr hibridləşib və sürətli hərəkətə şərait yaradılıb. Amma bu, təhlükəsizlik baxımından doğru qiymətləndirilməyib. Zolaqların genişliyi, xaotik hərəkət, düzgün ayrılmayan səki və yol örtükləri riskləri artırır".

Mütəxəssis vurğulayır ki, avtobus zolaqlarının ayrılması, səkilərin fiziki olaraq yollarla fərqləndirilməsi, məhlə girişlərinin səki səviyyəsinə qaldırılması kimi tədbirlər insanların rahat və təhlükəsiz şəkildə dayanacaqlara çatmasını təmin edər.

O, həmçinin bildirir ki, səkilərin vəziyyəti Azərbaycanda ümumilikdə zəifdir:

"Bizdə prioritet avtomobilə verilib, bu da insan təhlükəsizliyini arxa plana atır. Halbuki piyada üçün qısa məsafələrdə təhlükəsiz hərəkət şəraiti yaradılmalıdır. Mikromobillik - yəni velosiped, skuterlər üçün şərait yaradıldıqda da bu nəqliyyat növləri daha təhlükəsiz və funksional olacaq".

Banu Hüseynli

Paylaş

Xəbər lenti

Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür Bu gün, 10:48 Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır Bu gün, 10:48 Masazırda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 10:48 Pensiya ilə bağlı YENİLİK - Bu şəxslərə aylıq əlavə veriləcək Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb Bu gün, 10:48 Səfir: "Avropa investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsi üzərində işləyirik" Bu gün, 10:48 Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi Bu gün, 10:48 "Sabah"ın futbolçusu: "Bu günü heç vaxt unutmayacağam" Bu gün, 09:48 Xəzərin Qazaxıstan sahilində yüzlərlə balıq tələf oldu Bu gün, 09:48 Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb Bu gün, 09:48 UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq Bu gün, 09:48 Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var Bu gün, 09:48 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat Bu gün, 09:48 Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var Bu gün, 09:48 Azərbaycan və NATO ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib Bu gün, 09:48 Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? Bu gün, 08:48 UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib Bu gün, 08:48 Bu gün Bakıda bəzi ərazilərdə işıq olmayacaq Bu gün, 08:48 ABŞ-dən Moskvaya yeni təklif: Putinlə görüşdə nələr müzakirə olunacaq? Bu gün, 08:48 57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir Bu gün, 00:48 Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət Bu gün, 00:48 Sabah Bakının bu ərazilərində işıq olmayacaq - ÜNVANLAR Dünən, 23:48 Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib Dünən, 23:48 "ABC News": ABŞ və Rusiya bir neçə amerikalının azad edilməsi üzrə razılaşmaya yaxındır Dünən, 23:48 İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil Dünən, 23:48 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib Dünən, 23:48 Zerrin Özerə ağır itki üz verdi Dünən, 23:48 Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər Dünən, 23:48 Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb Dünən, 22:48 SEPAH: Hörmüzdə 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb Dünən, 22:48 İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır Dünən, 22:48 Hörmüzdəki vəziyyətlə əlaqədar Avropa LNG idxalını 20,8 milyard kubmetr azalda bilər Dünən, 22:48 "Sabah" "Borussiya Dortmund"a məğlub oldu Dünən, 22:48 Bu rayonda 432 şagirdlik yeni məktəb tikiləcək - 4,6 milyon manatlıq LAYİHƏ Dünən, 21:48 İran və İraqdan kürd qruplaşmaları ilə bağlı gözlənilməz qərar Dünən, 21:48 Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək Dünən, 21:48 Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı Dünən, 21:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununda hesab bərabərləşdi Dünən, 21:48 Sabah Bakıda bu yol bağlanır Dünən, 21:48 Azərbaycana bu ölkələrdən balıqlar gətirilir - SİYAHI Dünən, 21:48 Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: "Açarı dəyişib evə giriblər" Dünən, 20:48 Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi Dünən, 20:48 Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 20:48 Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyunu başlayıb Dünən, 20:48 Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub Dünən, 19:48 "Haber Global": "Sistemli təxribatlar nəticə vermir - Azərbaycanla kədərdə də, sevincdə də birik" Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR