
Xəbər verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, metronun "20 yanvar" stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
FHN-in mətbuat xidmətindən AVESTA.AZ-ə verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***18:10
"20 yanvar" stansiyasının yaxınlığında açıq ərazi yanır.
FHN-in mətbuat xidmətindən AVESTA.AZ-ə verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun "20 yanvar" stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.