24-03-2022, 12:05 1123

Deputat şəhid övladının ad günündə iştirak edib
Şəki rayonunun Çayqaraqoyunlu kəndi Vətən müharibəsində 3 şəhid verib. Kəndin igid, vətənpərvər gəncləri Rəhimov Asif Həsrət oğlu, Mahmudov Murad Mahir oğlu və Hümmətov Aqil Vüqar oğlu torpaqlarımızın azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmancasına həlak olublar. Deputat Cavanşir Feyziyev Novruz Bayramı günlərində şəhid ailələlərini ziyarət edib, onların həyat və məişət şəraiti ilə tanış olub.
Çayqaraqoyunlu kəndinin sakinləri Mahir və Sahibə Mahmudovların ailəsində 5 oğul dünyaya gəlib. Murad, Mayıl, Münasib, Taleh və Ramal. Onlardan üçü - Murad, Mayıl və Münasib Vətən müharibəsində iştirak edib, Taleh isə hal-hazırda hərbi xidmətdədir. Evin sonbeşiyi Ramal hələ məktəblidir. Vətən müharibəsi başlayan kimi torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılan üç qardaşdan biri – Murad Mahmudov Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.  Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
 
Şəhid Murad Mahmudovun 2 azyaşlı körpəsi var – Damla və Aysu. Novruz bayramı günlərində 2 yaşı tamam olan Aysunun ad günü təkcə ailənin özü tərəfindən deyil, çoxsaylı kənd sakinləri tərəfindən  də sevinc və fərəhlə qeyd olunub. Deputat Cavanşir Feyziyev şəhid övladının ad günündə iştirak edib, onların sevincinə şərik olub. Deputat və ad günündə iştirak edən digər qonaqlar şəhid Murad Mahmudovun ailəsi üçün onun valideynləri tərəfindən tikilmiş ayrıca evlə və həmin evdə şəhidin xatirəsinə həsr olunmuş muzey-otağın tərtibatı ilə tanış olublar.
Daha sonra deputat Çayqaraqoyunlu kəndinin digər şəhidi Rəhimov Asif Həsrət oğlunun ailəsini ziyarət edib. Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılan Asif Ağdərə və Tərtər uğrunda gedən döyüşlərdə igidlik göstərib, Suqovuşanın azad olunması zamanı  şəhidlik zirvəsinə ucalıb.  Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin azyaşlı övladları Kənan və Yağmur babaları Həsrət Rəhimovun himayəsi altında qayğı ilə əhatə olunub.
 
Deputat Azərbaycan Prezidenti tərəfindən şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını və bu ailələrin həm dövlət və həm də cəmiyyətimiz tərəfindən hərtərəfli qayğı  və diqqətlə əhatə olunduğunu bildirib.  Şəhid valideynləri onlara xüsusi qayğı  və diqqətlə yanaşıldığını və bu qayğıdan razı qaldıqlarını qeyd edərək dövlətimizə və xalqımıza minnətdarlığını ifadə ediblər.
Paylaş

Xəbər lenti

Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Bu gün, 10:48 Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib Bu gün, 10:48 İlon Mask uçan avtomobilini təqdim etdi Bu gün, 10:48 Qramı 160 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR Bu gün, 10:48 Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 10:48 İlk hərbi nazirimiz Səməd bəy Mehmandarovun doğum günüdür Bu gün, 10:48 Azərbaycan investisiya xərclərini 2 dəfə artırır Bu gün, 10:48 Hesablama Palatasının strukturu dəyişir Bu gün, 10:48 Dörd rayonda yeni məktəblər tikiləcək - 20,7 milyonluq LAYİHƏ Bu gün, 10:48 Kürdəmirdə AĞIQ QƏZA: Ölən və yaralanan var Bu gün, 09:48 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış Bu gün, 09:48 Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb Bu gün, 09:48 Mətbuat Şurasının IX qurultayı keçirilir Bu gün, 09:48 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib Bu gün, 09:48 Günay Qurbanova dünya çempionatında gümüş medal qazandı Bu gün, 09:48 Birbank Invest vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı Bu gün, 09:48 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib Bu gün, 08:48 Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək Bu gün, 08:48 Avropa və Konfrans Liqalarında günün oyunları keçirildi - NƏTİCƏLƏR Bu gün, 08:48 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi Bu gün, 08:48 Günel Zeynalovanın atası : "Allah qarşısına namuslu adam çıxartsın" Bu gün, 02:48 Nigar Camal: "Elə bilirsiniz ki, bunu edəndə Allah sizi sevəcək?" Bu gün, 01:48 Məleykə Əsədovadan İranda vəfat edən bacısı qızı ilə bağlı paylaşım Bu gün, 00:48 Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər Bu gün, 00:48 Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir Bu gün, 00:48 Soyuq havada başınızı çiyinlərinizə çəkirsinizsə, diqqətli olun! Bu gün, 00:48 Hollivud aktyoru qadınlara təcavüzdə ittiham edilir Dünən, 23:48 Rəqsanə İsmayılova: "Bu gün həmin Xalq artistləri mənim fanatlarımdır" Dünən, 23:48 Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama Dünən, 23:48 Murat Bozla Demet Özdemirin xilas edilmə anları Dünən, 23:48 Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı Dünən, 23:48 Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub? Dünən, 22:48 ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb Dünən, 22:48 AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib Dünən, 22:48 Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var" Dünən, 22:48 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir Dünən, 21:49 Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:49 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb Dünən, 21:48 İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı Dünən, 21:48 Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib Dünən, 21:48 Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb Dünən, 21:48 Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb Dünən, 21:48 Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar? Dünən, 20:49 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib Dünən, 20:48 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi Dünən, 20:48 Azərbaycan bu ölkələrə milyonlarla yumurta satır - SİYAHI Dünən, 20:48 SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib Dünən, 20:48 Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR