2-01-2022, 12:55 1455

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Avesta.az xəbər verir ki, P.Həşimovun dünyaya gəlişindən 47 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Ötən ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

Paylaş

Xəbər lenti

Azərbaycanda rəqabət xəritəsi hazırlanacaq: Bazarlardakı vəziyyət qiymətləndiriləcək Bu gün, 11:49 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü Bu gün, 11:49 Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 11:49 Pərviz Şahbazov: Energetika sektorunda rəqabətin inkişafı üçün geniş islahatlar aparılıb Bu gün, 11:49 Prezident: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir Bu gün, 11:49 Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır Bu gün, 11:49 Taleh Kazımov Dünya Bankının və IMF-in İllik Toplantılarında iştirak edəcək Bu gün, 11:49 Prezident: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir Bu gün, 11:49 Azərbaycanda sahibkarların qarşılaşdığı maneələr araşdırılacaq Bu gün, 11:49 Pərviz Şahbazov: Azərbaycanda yaşıl enerji üzrə yeni hərraclar keçiriləcək Bu gün, 11:49 Elnur Əliyev sahibkarlara verilən güzəştləri və investisiya layihələrinin həcmini açıqlayıb Bu gün, 11:49 Gədəbəydə avtomobil aşıb, ölən var Bu gün, 11:49 Mərkəzi Bankdan yeni qərar: Ödəniş haqları aşağı salınır Bu gün, 11:48 AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb Bu gün, 10:48 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 10:48 Hindistanın XİN rəhbəri Azərbaycana gəlib Bu gün, 10:48 Daşkəndin plov qoxulu tüstüsü və Mərkəzi Asiyanın incisindən tüstüsüz gələcəyə doğru - FOTOREPORTAJ Bu gün, 10:48 Bakıda IIl Milli Rəqabət Forumu keçirilir Bu gün, 10:48 Azərbaycanın ilk qadın snayperi vəfat etdi Bu gün, 10:48 Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib Bu gün, 10:48 Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir Bu gün, 10:48 Media və Yayım Şurası: "İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib" Bu gün, 10:48 İlon Mask yenidən trilyon dollarlıq sərvətini itirdi Bu gün, 09:48 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı Bu gün, 09:48 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat Bu gün, 09:48 Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq Bu gün, 09:48 Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub Bu gün, 09:48 "Yuventus" Kriştiano Ronaldoya olan borcla bağlı qərardan şikayət verib Bu gün, 09:48 Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib Bu gün, 09:48 Mikayıl Cabbarov "Rebuild Karabakh" sərgisinin iştirakçılarına çağırış edib Bu gün, 09:48 Bakının iki rayonunda işıq olmayacaq - Küçələrin adları Bu gün, 08:48 "Barselona" səfərdə qalib gəldi, "İnter" öz meydanında uduzdu Bu gün, 08:48 Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? Bu gün, 08:48 Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib Bu gün, 08:48 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi Bu gün, 08:48 Bakının bir sıra yollarına nəqliyyatın sıxlığı yaranıb Bu gün, 08:48 AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır Bu gün, 00:48 Hər şeydən qorxan və daim narahatlıq keçirən 5 bürc Bu gün, 00:48 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb Dünən, 23:48 Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq Dünən, 23:48 "Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib Dünən, 23:48 Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? Dünən, 23:48 Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 23:48 Ət bazarında qiymətlər niyə dayanmadan artır? Dünən, 22:48 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm" Dünən, 22:48 Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı Dünən, 22:48 Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR