15-09-2025, 11:48 292

Biznesmeni aldadan şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Fuad Bayramovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı məhkuma təyin edilən cəzaya aid hissədə dəyişdirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 15 mart tarixli hökmü ilə Fuad Bayramovun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıdan məhrumetmə cəzası, Ali Məhkəmənin 2023-cü il 21 iyun tarixli qərarı ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 11 il 6 ay cəza verilib.

İttihama görə, Fuad Bayramov özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq planı həyata keçirib.

Belə ki, o, 2018-ci ilin oktyabr ayında zərərçəkmiş M.M.-i aldadaraq özünü geniş əlaqələrə malik, tikinti materiallarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib. Təqsirləndirilən şəxs zərərçəkmişə yüksək gəlir qazandığını, nisyə divar kağızlarını aldığı halda həmin məhsulları çox qısa müddətdə sataraq pulunu geri qaytaracağını vəd edib. Bu yolla zərərçəkmişi onunla əməkdaşlığın təhlükəsiz və sərfəli olmasına inandırıb.

Etibardan sui-istifadə edən Fuad Bayramov qəsdini davam etdirərək 10-22 oktyabr 2018-ci il tarixlərində müxtəlif vaxtlarda Bakı şəhəri Balaxanı qəsəbəsindəki anbardan ümumilikdə 2 700 rulon divar kağızını - hər biri 40 manat olmaqla, 108 000 manat dəyərində məhsulu Abşeron rayonu, Digah qəsəbəsində yerləşən digər anbara daşıtdırıb.

Daha sonra o, əldə etdiyi divar kağızlarının pulunu qaytarmamaq niyyəti ilə saxta sənədlərdən istifadə etməklə yeni aldatma əməli həyata keçirib. O, "Real-2016" Mənzil Tikinti Kooperativinə məxsus blankları qanunsuz yolla ələ keçirərək guya həmin kooperativ tərəfindən mənzil satışı həyata keçirildiyini göstərən saxta müqavilələr və maliyyə arayışları hazırlayıb. Bunun üçün kooperativ rəhbərinin imza və möhürünü skanerdən keçirib sənədlərə köçürüb.

Saxta müqavilələrdə zərərçəkmişin tanışına 53 950 manat dəyərində 2 otaqlı, 83 kvadratmetr sahəsi olan mənzil, həmçinin 86 645 manat dəyərində 4 otaqlı, 133.3 kvadratmetr sahəsi olan digər mənzilin satıldığı göstərilib. Bu sənədləri təqdim etməklə zərərçəkmişi aldadan Fuad Bayramov onu pulların geri qaytarılacağına inandırıb.

Nəticədə zərərçəkmiş şəxsin ümumilikdə 108 000 manat dəyərində əmlakı dələduzluq yolu ilə ələ keçirilib, ona külli miqdarda maddi ziyan vurulub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. CM-in 66.5-ci maddəsinə əsasən, bu cəza əvvəlki - Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə verilmiş 12 illik cəza ilə qismən toplanaraq yekunda 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdu.

Fuad Bayramov bu hökmdən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdı.

Paylaş

Xəbər lenti

Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb Bu gün, 14:48 Paşinyan: Köçəryan və Sarkisyan hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır Bu gün, 14:48 Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi Bu gün, 14:48 Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 14:48 Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir Bu gün, 14:48 500-dən yuxarı bal toplayan - 100-dən çox abituriyent kənarda qaldı Bu gün, 14:48 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər Bu gün, 14:48 Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək Bu gün, 14:48 Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ Bu gün, 14:48 Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə komanda-qərargah təlimi keçiriləcək Bu gün, 14:48 Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - STATİSTİKA Bu gün, 13:48 Dünyanın ən populyar smartfonunun adı açıqlandı Bu gün, 13:48 Zamiq Hüseynov küsülü olduğu Əməkdar artistlə barışıb Bu gün, 13:48 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb Bu gün, 13:48 Zelenski: "Ukrayna ordusu son 24 saatda Rusiyadakı 16 hədəfi vurub" Bu gün, 13:48 47 il sonra Suriyada BİR İLK - Prezident Əhməd Əş-Şaraa ilk özü sınaqdan keçirdi Bu gün, 13:48 Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI Bu gün, 12:48 Nepalda daşqınlarda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşı var? - RƏSMİ CAVAB Bu gün, 12:48 Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olunanlara MÜRACİƏT Bu gün, 12:48 Zeynəb Həsəni: "Elə ailəli qadınlar var ki, məndən açıq geyinirlər!" Bu gün, 12:48 Universitetə qəbul olunanların NƏZƏRİNƏ - Sabahdan... Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək Bu gün, 12:48 DİM: Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub Bu gün, 12:48 Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib Bu gün, 12:48 İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb Bu gün, 12:48 AZAL sərnişinlərə müraciət edib Bu gün, 11:48 Fərhad Aşurbəyli daşqınlar olan Nepalda qalıb Bu gün, 11:48 Hörmüz boğazında tankerə hücum edildi Bu gün, 11:48 SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib Bu gün, 11:48 Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi Bu gün, 11:48 Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq Bu gün, 11:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib Bu gün, 11:48 İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik Bu gün, 11:48 "Qarabağ"- "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq Bu gün, 11:48 Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır Bu gün, 11:48 Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi - Öldü Bu gün, 11:48 Məşhur blogerin Rafael Ağayevlə maraqlı dialoqu Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti düşdü Bu gün, 10:48 Sükan arxasında yuxulayan sürücü qəza törətdi Bu gün, 10:48 DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq edib Bu gün, 10:48 Dilarə Əliyevanın Bodrum istirahətindən GÖRÜNTÜLƏR Bu gün, 10:48 Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz Bu gün, 10:48 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA Bu gün, 10:48 Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var Bu gün, 10:48 Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub Bu gün, 10:48 Roza Zərgərlinin aktyor oğlu nişanlandı Bu gün, 10:48 Kənddən çıxdı, milyonların kumirinə çevrildi: "Zita və Gita"nın ulduzunun şöhrət yolu Bu gün, 09:48 Məhkəmə Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR