29-03-2022, 16:32 874

Sahibə Qafarova ilə erməni spiker arasında MÜBAHİSƏ

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında mübahisə yaşanıb.

Avesta.az xəbər verir ki, mübahisə Qazaxıstanın Almatı şəhərində MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclasında Qarabağda baş verən son hadisələrə görə düşüb.

Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan çıxışında deyib ki, guya Azərbaycan tərəfi atəşkəs rejimini pozub. Öz növbəsində Milli Məclisin sədri Sahibə Qafarova iclasın yekun hissəsində söz alaraq rəsmi Bakının mövqeyini açıqlayıb: “Azərbaycan tərəfindən guya atəşkəs rejiminin pozulması barədə məlumat həqiqəti əks etdirmir... Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Azərbaycanın suveren ərazisinə daxil olub, Azərbaycan Ordusunun birləşmələrinə qarşı növbəti təxribat həyata keçirməyə cəhd edib və nəticədə bizim Silahlı Qüvvələrimizin fəaliyyəti nəticəsində onlar geri çəkilməyə məcbur olublar”. 

O, həmçinin bildirib ki, Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata sadiqdir və bəyanatın müddəalarını Azərbaycan deyil, Ermənistan pozur. Sahibə Qafarova eyni zamanda, erməni ordusunun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasını tələb edib. O qeyd edib ki, Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verib. Onun sözlərinə görə, bəyanatı imzaladıqdan sonra Azərbaycan ərazisinə daxil olan Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir kimi tanınmır və cinayət məsuliyyətinə cəlb olunurlar.

Bu bəyanatlara cavab olaraq Ermənistan parlamentinin sədri Alen Simonyan iddia edib ki, pozuntular təkcə Ermənistan tərəfindən deyil, həm də bu ərazidə qarantı olan Rusiya tərəfindən qeydə alınıb: "Bir daha demək istəyirəm: Ermənistan Azərbaycana sülh müqaviləsinin bağlanması ətrafında dərhal danışıqlara başlamağı təklif edir".

Azərbaycan Milli Məclisinin rəhbəri cavabında bəyan edib ki, Bakı dəfələrlə İrəvana erməni tərəfinə çox yaxşı məlum olan beş bəndi nəzərə alaraq sülh müqaviləsi imzalamağı təklif edib.

 “Mən rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu beş məqam məqbuldur və hesab edirik ki, bəzi aspektləri əlavə etsək, bu işi həyata keçirməyə başlaya bilərik”, - Simonyan müzakirəni yekunlaşdırıb.

 

Paylaş

Xəbər lenti

Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular Bu gün, 18:48 "Azərişıq"dan yanlışlıq - Məlumat lövhəsində səhv Bu gün, 18:48 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib Bu gün, 18:48 Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb Bu gün, 18:48 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb Bu gün, 17:48 Bakıdakı "The World of Adrenaline" sirk şousunun proqramı açıqlandı Bu gün, 17:48 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər Bu gün, 17:48 Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır" Bu gün, 17:48 Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq? Bu gün, 17:48 Baba Vanqanın 2026-cı il noyabr proqnozu gündəm oldu: Bəşəriyyət yadplanetlilərlə qarşılaşacaq? Bu gün, 16:48 Prezident Valeh Ələsgərovu təltif etdi Bu gün, 16:48 Hadrutda Azərbaycanın ən yaxşı energetikləri müəyyənləşdi Bu gün, 16:48 Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır Bu gün, 16:48 Şuşa döyüşünün iştirakçısı: Məktəbli qızın məktubda qalib gələcəyinizə inanırıq deməsi əlavə motivasiya idi – müsahibə Bu gün, 15:48 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı bu qədər azaldı Bu gün, 15:48 Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salındı Bu gün, 15:48 Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq Bu gün, 15:48 Ukrayna Silahlı Qüvvələrindəki xarici muzdluların sayı açıqlandı Bu gün, 15:48 Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim" Bu gün, 15:48 Bakıda keçirilən NATO təlimi başa çatıb Bu gün, 14:48 Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Bu gün, 14:48 İbrahim Tatlısesin model gəlininin evini su basdı Bu gün, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Bu gün, 14:48 Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb Bu gün, 13:48 Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib Bu gün, 13:48 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı Bu gün, 13:48 Azərbaycanı İƏT XİN Şurasının iclasında Yalçın Rəfiyev təmsil edir Bu gün, 13:48 Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib Bu gün, 13:48 Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladılar Bu gün, 13:48 Ronaldo yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub Bu gün, 13:48 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur Bu gün, 12:48 FIFA U-20 dünya çempionatının brendi Bakıda nümayiş etdirilib Bu gün, 12:48 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb Bu gün, 12:48 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı Bu gün, 12:48 Bu ölkədə 5,6 bal gücündə zəlzələ oldu Bu gün, 12:48 Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb" Bu gün, 12:48 Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür Bu gün, 11:48 Əməkdar artist ilk dəfə nənə oldu Bu gün, 11:48 Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı Bu gün, 11:48 Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 116 dollara düşüb Bu gün, 11:48 Müğənni Bayhan dinini dəyişdirib? - AÇIQLAMA Bu gün, 11:48 Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb Bu gün, 10:48 Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək Bu gün, 10:48 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? Bu gün, 10:48 Bakıda "Changan" piyadanı vurub öldürdü Bu gün, 10:48 Azərbaycanlı məşhur "Səhra Çiçəyi"nə Dubayda klip çəkdirdi Bu gün, 10:48 Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak olub Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR