8-11-2025, 15:48 228

Laçında

Noyabrın 8-də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş "Zəfərin səsi - Laçın 2025" adlı tədbir keçirilib.

AVESTA.AZ AZƏRTAC-a istinadən əbər verir ki, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, "Laçın Abadlıq Xidməti" ASC-nin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Dövlət Bayrağı Meydanından başlayan tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iştirakçıları 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın yaddaşına əbədi həkk olunub və milli birliyimizin, dövlət qüdrətimizin rəmzinə çevrilib.

Xüsusi nümayəndə vurğulayıb ki, azadlıq və bütövlük uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi xalqımız tərəfindən daim dərin ehtiramla yad olunur. Məhz onların qəhrəmanlığı və igid əsgər-zabitlərimizin fədakarlığı sayəsində bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda əzmlə dalğalanır.

Məsim Məmmədov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün Bakıda - Azadlıq Meydanında Zəfər Gününə həsr olunmuş möhtəşəm hərbi paradın keçirildiyinə də toxunub. O, bu tədbirin dövlətimizin gücünü, Ordumuzun qüdrətini və xalq-dövlət birliyini nümayiş etdirdiyini bildirib.

Həmçinin qeyd edib ki, Zəfərin rəmzinə çevrilən Laçında bu bayramın qeyd olunması həm qayıdışın, həm də dirçəlişin simvoludur. Bu torpaqlara həyatın, inkişafın və insan nəfəsinin qayıdışı şəhidlərimizin ruhuna ən böyük ehtiramdır.

Daha sonra şəhid Sahib Həsənovun həyat yoldaşı Mehriban Binntova çıxışında şəhid ailələrinə olan diqqətə görə dövlət başçısına, Prezidentin xüsusi nümayəndəsinə təşəkkürünü bildirib, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib: "Bu torpaqlarda yenidən addımlayırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin cəsarəti sayəsindədir. Həyat yoldaşım Vətən uğrunda döyüşə getdi və geri dönmədi, amma mən bilirəm ki, o, bu gün buradadır – bu dağlarda, bu bayraqda, bu azadlıq nəfəsində. Bizim şəhidlərimiz torpağa deyil, Vətənə qarışdılar. Bu Zəfər yalnız bir döyüşün deyil, bütün xalqımızın dirənişinin simvoludur".

2020-ci il Vətən müharibəsi qazisi Taleh İsgəndərov çıxışında döyüş yolundan danışaraq bildirib: "Biz döyüşə qorxu ilə deyil, inamla getdik. Bu gün buradayıqsa, bu, təkcə bizim yox, bütün Azərbaycan xalqının Zəfəridir. Şəhid olan döyüş yoldaşlarımız bizə bu qürurlu qalibiyyəti əmanət etdilər".

1990-cı il Qarabağ müharibəsi veteranı Şakir İsgəndərov isə çıxışında müharibə illərindən, düşmən mühasirəsində keçirdiyi günlərdən danışıb: "54 gün düşmən mühasirəsində qaldım. Hər səhər dua edirdim: "Ya Rəbbim, bayrağımı yerə salma, imanımı sındırma". Əlimdə yalnız bir ümidim – bayrağım, bir dayağım – Quranım vardı. Şükürlər olsun, bu gün həmin arzuma çatdım. Laçındayam, bayrağımızın kölgəsindəyəm. Bu, ömrümün ən böyük mükafatıdır".

Rəsmi hissədən sonra tədbir Heydər Əliyev küçəsində ağacəkmə aksiyası ilə davam edib.

Paylaş

Xəbər lenti

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib Dünən, 23:48 Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? Dünən, 23:48 BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər Dünən, 23:48 Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır Dünən, 23:48 Bank kartları ilə bağlı VACİB AÇIQLAMA – Müştərilərə xəbərdarlıq Dünən, 22:48 Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Dünən, 22:48 Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal Dünən, 22:48 Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib Dünən, 22:48 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək Dünən, 22:48 "Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib Dünən, 22:48 Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi Dünən, 22:48 Trampın BMT-dəki çıxışı İranda QALMAQAL YARADIB: Heyət zalı tərk edib, bir nəfər qalıb... Dünən, 22:48 Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı Dünən, 21:48 AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub Dünən, 21:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib Dünən, 21:48 Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan Dünən, 21:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib Dünən, 21:48 Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - FAKTİKİ HAVA Dünən, 20:48 Bakıdan Tbilisiyə Kürmük məbədi ilə bağlı SƏRT MESAJ Dünən, 20:48 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib Dünən, 20:48 Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol Dünən, 20:48 Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb Dünən, 20:48 Türkiyənin "Adriana Lima"sı saxlanıldı Dünən, 20:48 AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Dünən, 20:48 Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub Dünən, 19:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verildi Dünən, 19:48 Həkimlər niyə rayonlarda işləmək istəmir? - Tanınmış professor açıqladı Dünən, 19:48 Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü Dünən, 19:48 Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı Dünən, 18:48 Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR? Dünən, 18:48 Strateji valyuta ehtiyatlarımız neçə aylıq idxalı qarşılaya bilər? - AMB sədri AÇIQLADI Dünən, 18:48 Bakıda hazırda bir sıra yollarda sıxlıq var - SİYAHI Dünən, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub Dünən, 18:48 Ət məhsullarında bahalaşma - Xaricdən idxal nə üçün qiyməti ucuzlaşdırmır? Dünən, 18:48 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Dünən, 18:48 XRG SOCAR və "TotalEnergies" ilə birgə "Abşeron" layihəsi üzrə yekun investisiya qərarı hazırlayır Dünən, 17:48 "Çexiyadan Azərbaycana turist axınını artırmaq mümkündür" Dünən, 17:48 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı Dünən, 17:48 Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib Dünən, 17:48 Pərviz Şahbazov: "Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəsi yaratmağı hədəfləyirik" Dünən, 17:48 SOCAR və "Citigroup" maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib Dünən, 17:48 NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib Dünən, 17:48 "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib Dünən, 17:48 Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu Dünən, 17:48 2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək Dünən, 17:48 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ Dünən, 16:48 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU Dünən, 16:48 Bakıdan İstanbula qatarla səyahət - Yeni təklifin DETALLARI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR