30-11-2025, 11:48 328

Kafe-restoran sektoru təşvişdə: Qəhvə qiymətləri rekord həddə çatıb

Son günlər qlobal bazarlarda qəhvə qiymətləri rekord həddə çatıb. Belə ki, Nyu-York birjasında ticarət olunan "Arabica" növünün qiyməti son illərin ən yüksək səviyyəsinə çataraq beynəlxalq tədarük zəncirində gərginlik yaradıb.

ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları və Braziliyadakı əlverişsiz hava şəraiti qəhvənin maya dəyərinə təsir edən əsas amillər kimi göstərilir. Bu proses yalnız istehsalçı ölkələri deyil, həm də idxalçı bazarları, o cümlədən Azərbaycanı da maraqlandırır.

Maraqlıdır, qlobal bazarda rekord qiymət artımı Azərbaycanda da qəhvənin bahalaşmasına səbəb olacaqmı? Ümumiyyətlə, bu vəziyyət Bakıda fəaliyyət göstərən "kofeşop"lara necə təsir edəcək?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Qiymət artımının hiss olunması qaçılmazdır"

Qlobal bahalaşmanın yerli bazara təsirindən danışan Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) sədri Emin Dostiyari "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, "Arabica" qəhvəsinin qiymətindəki artım beynəlxalq ticarət zəncirində xammal dəyərini yüksəldir: "Azərbaycan idxalçı ölkə olduğu üçün bu artımın daxili bazarda hiss olunması qaçılmazdır. Qiymət artımı xüsusilə tam "Arabica" və bu əsaslı qarışıqlarda daha tez görünəcək".

Mütəxəssis vurğulayır ki, bu vəziyyət kafe və restoran sektoruna təsirsiz ötüşməyəcək: "Bakıdakı "HoReCa" sektoru (kafe, restoran) xammalın bahalaşmasını ya menyu qiymətlərinə əks etdirəcək, ya da daha ucuz qarışıqlara keçid edəcək. Bu, xüsusilə yüksək seqmentdə müştəri davranışını dəyişə bilər".

İstehlak azalacaq, yoxsa...

İstehlakçı davranışına gəldikdə isə, AQİSA sədri vurğulayır ki, bahalaşma fonunda istehlakçıların bir hissəsi daha ucuz robusta qarışıqları, yerli brendlər, hətta çaya yönələ bilər: "Digər hissəsi isə bu duruma istehlakı azaltmaqla reaksiya verəcək. Bu, premium seqmentdə daha çox hiss oluna bilər".

Mütəxəssis vurğulayır ki, gömrük rüsumlarının optimallaşdırılması, qovrulmamış xam qəhvə dənələrinin kənd təsərrüfatı xam məhsulu kimi vergidən azad edilməsi daxili istehsalçılar üçün maya dəyərini sabit saxlamağa kömək edər. Həmçinin idxal mənbələrinin artırılması, məsələn, Kolumbiya ilə yanaşı Braziliya, Vyetnam, Efiopiya kimi ölkələrdən idxal da riskləri azaldar. Bununla yanaşı, lokal emal, yəni qovurma müəssisələrinin gücləndirilməsi, qovurma və qablaşdırma sahəsində yerli istehsalın stimullaşdırılması bu tendensiyanın qarşısını ala bilər".

Qlobal qiymət artımı davamlı olarsa...

E.Dostyarinin sözlərinə görə, qlobal qiymət artımı davamlı olarsa, bu, təkcə istehlak bazarına deyil, həm də "HoReCa" sektorunun xərclərinə təsir edəcək: "İqtisadi baxımdan təsir məhdud olsa da, istehlak davranışında dəyişiklik və premium seqmentin daralması mümkündür".

Bazarlarda qiymət dalğalanmaları

İqtisadçı ekspert Pərviz Heydərov bildirir ki, beynəlxalq bazarlarda qiymət artımı olsa da, onların Azərbaycandakı satış qiymətlərinə təsiri adətən mərhələli şəkildə müşahidə edilir: "Azərbaycana qəhvə məhsulları müxtəlif çeşidlərdə, fərqli ölkələrdən və istehsalçılardan idxal olunur. Bu səbəbdən, məsələn, Tramp Administrasiyasının müəyyən ölkələrə qarşı rüsum tətbiq etməsi kimi qərarların qəhvə qiymətlərinə Azərbaycanda birbaşa təsir göstərəcəyini söyləmək çətindir. Çünki yerli bazarda qəhvə məhsulları bir mənbədən deyil, fərqli regionlardan gətirilir və müxtəlif istehsal bazalarından alınan məhsullar mağazalarda paralel şəkildə satışdadır. Adi marketlərdə və ya böyük supermarket şəbəkələrində fərqli markalar, fərqli mənşə ölkələri və qiymət aralığına malik çoxsaylı qəhvə növləri görmək mümkündür. Həmçinin restoran və kafelərdə də qiymətlər fərqlidir və burada fərqi müəyyən edən əsas amillər məhsulun keyfiyyəti, istehsal ölkəsi, brend və maya dəyəridir. Bu səbəbdən, beynəlxalq bazarlarda müəyyən qiymət dalğalanmaları olsa da, onların Azərbaycandakı satış qiymətlərinə təsiri adətən mərhələli və məhdud olur".

"İstehlakçılar alternativ brendlərə üstünlük verəcək"

İqtisadçı deyir ki, qəhvə strateji və ya ən zəruri qida məhsulları sırasına daxil deyil: "Yəni bu məhsul çörək, ət və ya un kimi kütləvi tələbat malları kateqoriyasına aid deyil. Bununla belə, Azərbaycanda qəhvə mədəniyyəti son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib və qəhvə istehlakı artmaqdadır. Qəhvə zövq və həyat tərzi elementi kimi qəbul olunur, bu da onun bazarını sabit saxlayır. Odur ki, qlobal bazarda baş verən qiymət artımları müəyyən qədər yerli bazara da təsir göstərə bilər, lakin bu, qəhvə istehlakçılarının sayını azaldacaq qədər ciddi səviyyədə olmayacaq. Əksinə, istehlakçılar daha münasib qiymətə alternativ brendlərə və ya yerli qablaşdırılmış məhsullara üstünlük verə bilərlər. Qəhvə bazarı Azərbaycanda nisbətən dayanıqlı və rəqabətli bir seqmentdir. İdxal mənbələrinin çoxşaxəliliyi və istehlakçıların brend seçimi baxımından elastikliyi bu bazarın xarici təsirlərə qarşı müəyyən müqavimət gücünə malik olmasına şərait yaradır".

Məlumat üçün bildirək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana qəhvə idxalı 78,2 milyon dollar dəyərində olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkənin qəhvə idxalına çəkdiyi xərc ötən ilin eyni ayları ilə müqayisədə 9 milyon dollar çoxdur. Ötən ilin eyni dövründə Azərbaycana 69,2 milyon dollarlıq qəhvə idxal olunub.

Paylaş

Xəbər lenti

Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib Dünən, 23:48 Yasamalda müəmmalı ev mübahisəsi Dünən, 23:48 Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY Dünən, 23:48 Dövlət qurumları güzəştli mənzillərin satışında rəqəmsal təhlükəsizliyi uğurla təmin ediblər Dünən, 23:48 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? Dünən, 22:48 MİDA evləri bazarda mənzilləri ucuzlaşdıracaq? - Ekspertdən CAVAB Dünən, 22:48 Öskürəyin səsi və xarakteri bu xəstəliklərdən xəbər verə bilər Dünən, 22:48 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb Dünən, 22:48 İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir Dünən, 21:48 Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib Dünən, 21:48 Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər Dünən, 21:48 MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb Dünən, 21:48 MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Dünən, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Dünən, 20:48 90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR Dünən, 20:48 Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? Dünən, 20:48 Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib Dünən, 20:48 Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək Dünən, 20:48 Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib Dünən, 19:48 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq Dünən, 19:48 Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar Dünən, 19:48 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb Dünən, 19:48 Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları Dünən, 19:48 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA Dünən, 19:48 Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Dünən, 18:48 Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb Dünən, 18:48 Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi Dünən, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub Dünən, 18:48 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR Dünən, 18:48 Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli Dünən, 18:48 "Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək Dünən, 17:48 Nazirlikdə ayılarla bağlı görüş keçirildi Dünən, 17:48 Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib Dünən, 17:48 Toydan gələrkən qəzaya düşdü Dünən, 17:48 Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 17:48 Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? Dünən, 17:48 "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyada ayın ən yaxşı futbolçusu seçildi Dünən, 17:48 Sabahdan Bakıda bu yolda da məhdudiyyətlər olacaq Dünən, 16:48 İsveçin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Dünən, 16:48 Kanadada Kral III Çarlzın portreti olan yeni 20 dollarlıq əsginas təqdim edildi Dünən, 16:48 "Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub Dünən, 16:48 Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda Dünən, 16:48 Britaniya ordusunda genişmiqyaslı təlimlər dayandırıldı: 81 ildən sonra ilk dəfə Dünən, 16:48 Məktəb bufetlərindəki vəziyyətlə bağlı AQTA-dan AÇIQLAMA Dünən, 16:48 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq... Dünən, 16:48 Şimali Kipr sahillərində batan gəmidə itkin düşən 16 nəfərin axtarışı davam edir Dünən, 16:48 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti Dünən, 16:48 M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır - YENİLİK Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR