
Ukraynada Azərbaycan diasporunun fəalı, arxitektor və keçmiş siyasi xadim Binnətov Nazim Mirzə oğlu vəfat edib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, 70 yaşlı azərbaycanlı İvano-Frankovskda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Əslən Azərbaycanın Tovuz rayonundan olan N. Binnətov 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Qərbi Ukraynada fəal siyasi hərəkatda da olub.
O, İvano-Frankovsk Azərbaycanlıları Konqresinin qurucusudur.
İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana, Tovuz rayonuna göndərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.