
Gəncədə iki bıçaqlanma hadisəsi olub.
BAKU.WS Oxu.Az- istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Araz Tağıyev və 1960-cı il təvəllüdlü Faiq Abbasov bıçaqlanma diaqnozu ilə xəstəxanaya gətiriliblər.
İlkin məlumata əsasən, onlar küçədə bıçaqlanıblar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.