1-04-2022, 18:02 958

“Azəriqaz”ın smart tipli sayğaclarının balansını onlayn artırmaq olacaq -
“Azəriqaz”a məxsus smart tipli “GallusPay” sayğaclarının kartlarını NFC təminatı olan telefonlar vasitəsi ilə balansını artıraraq, bu sayğacları onlayn yükləmək mümkün olacaq”.
 
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev media nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
 
Şöbə rəisi bu ödənişlərin ilkin olaraq “E-Manat” terminallarında mümkün olacağını qeyd edib. “Heç bir fors-major hal baş verməsə, 10-15 gün ərzində əvvəlcədən ödənişli “Zenner” tipli sayğacların da onlayn ödənişi mümkün olacaq. Abonent məmnunluğu bizim üçün çox önəmlidir”, – deyə, şöbə rəisi bildirib.
 
Media nümayəndəsinin Xankəndinin qazlaşdırılmasında son vəziyyətlə bağlı sualını Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov cavablandırıb. Şöbə rəisi bildirib: "Xankəndi şəhəri Qarabağ iqtisadi rayonuna daxildir və Azərbaycanın suveren ərazisidir. Ümumiyyətlə, işğaldan azad olunan ərazilərdə qazlaşdırma və digər infrastruktur işləri yalnız Azərbaycan dövləti tərəfindən aparıla bilər. Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunub".
 
Şöbə rəisi Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonasının 1980-ci illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırıldığını, orada qaz infrastrukturunun yaradıldığını, lakin sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qisminin ermənilər tərəfindən dağıdılaraq viran edildiyini vurğulayıb. “Xankəndi şəhərinə gedən qaz xəttinin üzərində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müəyyən təmir-bərpa işləri aparılıb. Növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturunun Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacağı nəzərdə tutulub. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər”, – deyə, şöbə rəisi əlavə edib.
 
Birliyin 104 Operativ Xidmət şöbəsinin rəisi Xalidə Şimşək əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacların balansını artıran zaman yaranan “yalançı məbləğlərlə” bağlı məsələyə aydınlıq gətirib. Şöbə rəisi sözü gedən yalançı məbləğlərin yaranmasını ödəniş terminalında yükləmə aparılan zaman internet əlaqələrinin ani olaraq kəsilməsi nəticəsində baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bu halda informasiya karta tam köçürülmür. Bu səbəbdən də, kartı sayğaca daxil etdikdə yükləmə zamanı problem yaranır. Şöbə rəisi sözügedən problemin həm terminal, həm də Birlik tərəfindən aradan qaldırılmasının mümkün olduğunu bildirib.
Paylaş

Xəbər lenti

İlon Mask yenidən trilyon dollarlıq sərvətini itirdi Bu gün, 09:48 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı Bu gün, 09:48 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat Bu gün, 09:48 Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq Bu gün, 09:48 Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub Bu gün, 09:48 "Yuventus" Kriştiano Ronaldoya olan borcla bağlı qərardan şikayət verib Bu gün, 09:48 Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib Bu gün, 09:48 Mikayıl Cabbarov "Rebuild Karabakh" sərgisinin iştirakçılarına çağırış edib Bu gün, 09:48 Bakının iki rayonunda işıq olmayacaq - Küçələrin adları Bu gün, 08:48 "Barselona" səfərdə qalib gəldi, "İnter" öz meydanında uduzdu Bu gün, 08:48 Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? Bu gün, 08:48 Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib Bu gün, 08:48 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi Bu gün, 08:48 Bakının bir sıra yollarına nəqliyyatın sıxlığı yaranıb Bu gün, 08:48 AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır Bu gün, 00:48 Hər şeydən qorxan və daim narahatlıq keçirən 5 bürc Bu gün, 00:48 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb Dünən, 23:48 Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq Dünən, 23:48 "Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib Dünən, 23:48 Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? Dünən, 23:48 Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 23:48 Ət bazarında qiymətlər niyə dayanmadan artır? Dünən, 22:48 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm" Dünən, 22:48 Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı Dünən, 22:48 Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" "Slaviya" ilə oyunda ikinci qolu vurub Dünən, 22:48 Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib Dünən, 22:48 Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib Dünən, 22:48 Çempionlar Liqası: "Sabah" - "Slaviya Praqa" matçı başladı Dünən, 21:49 Ev alıb kirayə verməklə mənzilin dəyərini neçə ilə çıxarmaq olar? Dünən, 21:48 Belçika səfiri Rusiya XİN-ə çağırılıb Dünən, 21:48 Çakal bacısına 2 milyon 280 minlik avtomobil hədiyyə etdi Dünən, 21:48 Ucuz torpaq sahələri satışa çıxarılır - İlkin qiymətlər açıqlandı Dünən, 21:48 Müğənni Nəfəs: "Sponsor" sözü bizdə pis səslənib" Dünən, 21:48 İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya Dünən, 21:48 Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib Dünən, 20:48 Mbappenin "Qızıl top"da lider olması ilə bağlı sensasion açıqlama Dünən, 20:48 Mikayıl Cabbarov: "Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400-dən artıq şirkət fəaliyyət göstərir" Dünən, 20:48 Səfir: Füzulidə məscidin açılışı 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Dünən, 20:48 Leyla Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Dünən, 19:48 Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb Dünən, 19:48 Sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı Dünən, 19:48 Pensiya kapitalının hesablanması dəyişə bilər - Maaş alanlara necə təsir edəcək? Dünən, 19:48 Paşinyanın təyyarəsi beş ay sonra İrəvana qayıtdı Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Slaviya" komandalarının start heyətləri açıqlanıb Dünən, 19:48 Dəbdəbəli yas mərasimindəki "Rolls-Royce" korteji diqqət çəkdi Dünən, 18:48 Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib Dünən, 18:48 AMB: Əhalinin borc yükü artmaqda davam edir Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR