
Abşeronda dekabrın 12-də "Azərişıq"ın əməkdaşını cərəyan vurması nəticəsində ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində qeydə alınıb.
Belə ki, Abşeron rayonunun Fatmayı kənd sakini 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidlini elektrik dirəyində cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.