
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, U-21 son matçında Misli Premyer Liqasında çıxış edən "Şamaxı" klubu ilə qarşılaşıb.
"Liv Bona Dea Arena"da baş tutan görüş bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yığma toplanış çərçivəsində ilk yoxlama oyununda I Liqa təmsilçisi "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.