24-01-2026, 15:48 244

Bir mübahisə, onlarla zərərçəkən:

Sürücülərlə sərnişinlər arasında yaşanan mübahisələr ictimai nəqliyyatda tez-tez rast gəlinən hallardandır. Belə hadisələr zamanı sürücülərin avtobusu idarə etməkdən imtinası isə daha böyük problemlərə yol açır.

Keçən həftə gündəlik istifadə etdiyim 72 nömrəli avtobusda altı yaşlı uşaq üçün ödənməyən gediş haqqına görə sürücü ilə sərnişin arasında yaranan mübahisə sonda sürücünün avtobusdan düşərək idarəetmədən imtina etməsi ilə nəticələndi. Bir gün sonra paytaxtdakı iki nömrəli avtobusda da oxşar hadisə baş verdi: sürücü nəqliyyat vasitəsini yol kənarına verərək saxladı və sürməkdən imtina etdi…

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Mediada və sosial platformalarda sürücünün bu davranışı geniş müzakirə olundu. Ard-arda baş verən bu hadisələr diqqəti yenidən sürücü-sərnişin, sürücü-şirkət münasibətlərinə yönəltdi.

Səbir, etik normalara və təhlükəsizliyə əməl etmək tələb olunur

Bu mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdikdə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tural Orucov bizi "BakuBus" MMC-yə yönləndirdi.

"Bakubus" MMC-nin istismarında olan avtobusların sürücüləri sərnişinləri marşrut üzrə son mənzilə çatdırmaq öhdəliyini daşıyırlar və bu, onların əsas vəzifələrindən biridir", - deyə MMC-nin mətbuat katibi Əsmər Əliyeva cavabı çox yubatmadı.

Eyni zamanda qeyd etdi ki, sürücülərdən hərəkət zamanı səbirli, təmkinli davranış nümayiş etdirmələri, etik normalara və təhlükəsizlik qaydalarına əməl etmələri tələb olunur.

Ə.Əliyeva vurğuladı ki, bəzi hallarda sərnişinlə insident zamanı sürücünün özünü pis hiss etməsi, emosional gərginlik yaşaması kimi hallar da baş verə bilər:

"Belə vəziyyətlərdə təlimata əsasən sürücü təhlükəsizliyin təmin edilməsi məqsədilə avtobusu saxlayaraq monitorinq mərkəzinə məlumat verir və hadisə qeydə alınır. Bu kimi hallar dərhal araşdırılır, avtobusdaxili videomüşahidə kameralarının görüntülərinə baxılır və məsələ hərtərəfli qiymətləndirilir".

Bir mübahisə, onlarla zərərçəkən:

"Peşəkar sürücülərin çoxu Avropaya üz tuturlar"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat kommunikasiyaları üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, avtobus sürücüsü sükan arxasında sərnişinlərin təhlükəsiz daşınmasına görə məsuliyyət daşıyır. Amma bu sahədə sistemli problemlər var. Bakıda xeyli vaxtdır nağdsız ödənişə keçilib. Amma dünya ölkələrindən fərqli olaraq avtobusa bir qapıdan giriş edirik. Bu praktika özünü doğrultmur. Sürücünü əlavə yükləyir və tranzit vaxtına təsir edir. Üstəlik, sərnişinlərin bir-birinə anlayışlı yanaşmaması, avtobusun salonunun önündə qalmaları da əlavə vaxt aparır. Bu cür davranışlar xoşagəlməz hadisələrin yaranmasına da zəmin yaradır". İŞ üzvü hesab edir ki, sürücünün işi yalnız sükan arxasında avtobusu idarə etməkdir, onun ödənişlə bağlı öhdəliyi olmamalıdır:

"Bunun üçün xüsusi nəzarətçilər təyin edilməlidir. Bizdə sərnişin və yükdaşımada sürücü qıtlığı var. Peşəkar sürücülərin çoxu Avropaya üz tutur. Sürücünün son dayanacaqda yemək, ibadət, sanitar qovşağı kimi şəraiti olmalıdır. Bu olmasa, xidmət keyfiyyəti artmayacaq. Nə qədər yaxşı avtobus gətirsək də, onu idarə edən insanın problemini həll etməsək, sərnişindaşıma riskli sahə olaraq qalacaq".

R.Ağamirzəyev hesab edir ki, belə hallarla bağlı emosiyalara qapılıb kimisə işdən çıxarmaqla problemləri həll edə bilmərik.

Bir mübahisə, onlarla zərərçəkən:

İki nəfər mübahisə edir, onlarla insan ziyan çəkir

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, bu cür hallar təkcə ictimai davranış problemi deyil, həm də birbaşa ictimai xidmətin hüquqi çərçivəsinin pozulmasıdır:

"Marşrut avtobusu sürücünün şəxsi mülkiyyəti və ya fərdi nəqliyyat vasitəsi deyil. Sürücü bu sistemdə mütləq qərar verən tərəf yox, əmək funksiyasını yerinə yetirən icraçıdır. Bu baxımdan, sürücünün sərnişinlə mübahisəyə görə avtobusu saxlayıb sürməkdən imtina etməsi qanunsuzdur. Belə davranış nə yol-hərəkət qaydaları, nə əmək intizamı, nə də ictimai xidmətlər prinsipi ilə uzlaşır. Mübahisə edən tərəf iki nəfər ola bilər, amma nəticədə onlarla insan ziyan çəkir. Bir sərnişinin davranışı nə qədər problemli olsa belə, digər sərnişinlərin hüquqlarının qurban verilməsi hüquqla əsaslandırıla bilməz".

Ə.Nuriyev bildirir ki, əgər sərnişin həqiqətən qaydanı pozursa, sürücünün dispetçerə məlumat vermək, hüquq-mühafizə orqanlarına müraciət etmək və ümumi şəkildə sərnişinin avtobusdan endirilməsini təmin etmək hüququ var:

"Amma sürücünün özünü hakim kimi apararaq avtobusu hərəkətsiz saxlaması özbaşınalıqdır, eyni zamanda, onun özü üçün də məsuliyyət yaradır. Bu, daşıyıcı şirkət üçün ciddi sanksiyalarla nəticələnə bilər. O cümlədən, avtobusdakı sərnişinlər dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldıra bilərlər".

Hüquqşünas bildirir ki, belə hadisələr ciddi şəkildə araşdırılmalı və nəticə çıxarılmalıdır:

"Əks halda, bu cür davranışlar normaya çevrilir və ictimai nəqliyyat sisteminə etimadı sarsıdır. Hesab edirəm ki, şirkətin daşıyıcılarla bağlı fəaliyyətinə nəzarət edən AYNA da bu istiqamətdə fəaliyyətini gücləndirilməlidir".

Ə.Nuriyev hesab edir ki, əgər sərnişin həqiqətən təhqir və zorakı davranış nümayiş etdiribsə, o da məsuliyyət daşıyır:

"Sərnişin etdiyi hərəkətin xarakterinə görə müvafiq məsuliyyət daşıya bilər".

Bir mübahisə, onlarla zərərçəkən:

Paylaş

Xəbər lenti

"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib Bu gün, 16:48 Qardaşlığın gələcəyi necə qorunacaq? Bu gün, 16:48 Bacısının bədənində işgəncə izlərini gördü, qayınatasını qətlə yetirdi - Tərtərdəki cinayətin təfərrüatı Bu gün, 16:48 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb Bu gün, 16:48 Təhsil şöbəsinin müdiri işdən çıxarıldı Bu gün, 16:48 TƏBİB: Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı olan vaksindən istifadə olunur Bu gün, 16:48 Qubada qaydaları pozan qazilər həbs edildilər Bu gün, 16:48 Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə və "Aramco"ya hücum etdilər Bu gün, 16:48 Bakı Metropoliteninə yeni sədr müavini təyin edilib Bu gün, 15:49 Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu Bu gün, 15:49 QMİ: Həcc ziyarəti üçün ayrılan kvotanın 15 faizi tamamlanıb, qeydiyyat yanvara qədər davam edəcək Bu gün, 15:49 SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib Bu gün, 15:49 Sədərəyə güclü dolu YAĞIB Bu gün, 15:48 Şimali Koreya Cənubi Koreyanı yeni təhlükəsizlik tədbirləri ilə hədələyib Bu gün, 15:48 Biləcəridə sakinlərin kabusu: Qaranlıq küçə və hücum edən sahibsiz itlər Bu gün, 15:48 "Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb Bu gün, 14:48 Xocalı və Ağdərəyə ümumilikdə daha 44 ailə yola salınıb Bu gün, 14:48 Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar Bu gün, 14:48 WhatsApp-a iki yeni funksiya gəlir Bu gün, 14:48 Bakıda su aparatlarını sındıraraq pulları OĞURLADILAR Bu gün, 14:48 Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib Bu gün, 14:48 "İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktoru təyin edilib Bu gün, 14:48 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib Bu gün, 13:48 Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu? Bu gün, 13:48 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat Bu gün, 13:48 Payızda immuniteti dəstəkləyən qidalar Bu gün, 13:48 Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək Bu gün, 13:48 Agentlik: Azərbaycanda elektron dövlət satınalmaları hesabına 454 mln. manat qənaət əldə olunub Bu gün, 13:48 Meta şirkəti 25 milyard dollar cərimələnib Bu gün, 13:48 Azərbaycan İtaliya ilə kritik xammal sahəsində əməkdaşlığa dair sənəd imzalayıb Bu gün, 12:48 Azərbaycanda yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşib Bu gün, 12:48 Push30 tətbiqində gündəlik həyatı asanlaşdıran 5 yenilik Bu gün, 12:48 Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq Bu gün, 12:48 Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb Bu gün, 12:48 Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq Bu gün, 12:48 Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib Bu gün, 12:48 Yardımlıya yeni icra başçısı təyin edilib Bu gün, 12:48 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib Bu gün, 12:48 Azərbaycanda startaplar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilə qaldırılıb - FƏRMAN Bu gün, 12:48 Qubanın iki bələdiyyəsi və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib Bu gün, 12:48 Prezidentin Yardımlıya yeni icra başçısı təyin etdiyi Orxan Məmmədov kimdir? - DOSYE Bu gün, 12:48 Bakıda və rayonlarda yağış yağacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Azərbaycanda sovet dövründən qalma binalar izolyasiya ediləcək - Bu tarixədək... Bu gün, 12:48 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar Bu gün, 11:48 Azərbaycana gələn turistlərin sayı azalıb Bu gün, 11:48 Bakıda qadına hədə-qorxu gələn taksi sürücüsü SAXLANILDI Bu gün, 11:48 FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır Bu gün, 11:48 FHN SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR