
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyanın "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə mövcud əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında məlumat verib.
Nazir bildirib ki, bu barədə İtaliyaya işgüzar səfəri çərçivəsində "Eni" şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə keçirilən görüşdə tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
O qeyd edib ki, Azərbaycanda bioyanacaq istehsalı üzrə birgə pilot layihənin gedişi, enerji keçidi və texnoloji təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.