
Kamerunlu qapıçı Andre Onana Türkiyədə yol-nəqliyyat hadisəsi keçirərək xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, "Daily Star"ın məlumatına görə, futbolçu ailəsi ilə birlikdə avtomobildə hərəkətdə olarkən nəqliyyat vasitəsi arxadan güclü zərbəyə məruz qalıb. Zərbədən sonra Onananın avtomobili daha bir maşına çırpılıb.
Hadisədən sonra xəstəxanaya aparılan futbolçunun vəziyyəti ilə bağlı açıqlama verilib.
"Trabzonspor" klubunun prezidenti Onananın həyatına təhlükə olmadığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.