
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın əvvəlində nəzərdə tutulan Rusiya və ABŞ nümayəndələri ilə üçtərəfli görüşün planlarını təsdiqləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Zelenski bunu Vaşinqtondakı "Hudson Institute"da onlayn çıxışı zamanı bildirib.
O, ABŞ Prezidentinin nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla telefon danışığı apardığını qeyd edib.
"Biz istənilən gün, hətta sabah görüşməyə hazırıq, hər şey ruslardan asılıdır", - Zelenski deyib.
Ukrayna Prezidenti xatırladıb ki, belə bir görüşün hələ sentyabrda keçirilməsi gözlənilirdi. Lakin "Rusiya tərəfi danışıqlardan imtina etmək üçün səbəb tapdığından" görüş baş tutmayıb.
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov üçtərəfli görüşün noyabrın əvvəlində Əbu-Dabidə keçiriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, görüşün əsas mövzusu sülh nizamlamasına nail olunduqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.