
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda güclü dolu yağıb.
BAKU.WS xəbər verir ki, ərazidə yağan dolu nəticəsində torpaq sahələri ağ örpəyə bürünüb. Təbiət hadisəsi zamanı ərazidə görünüş məsafəsi də azalıb.
Dolunun Sədərək rayonunda hər hansı fəsada səbəb olub-olmadığı barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.