26-01-2026, 08:48 199

Pul ödənilib, ev yoxdur: Tikintisi yarımçıq qalan binalardan mənzil alanların aqibəti necə olacaq?

Bakıda və ətraf bölgələrdə tikintisi yarımçıq qalmış yüzlərlə bina vətəndaşların ən böyük probleminə çevrilib. İllərdir mənzil növbəsində gözləyən, lakin evlərinə qovuşa bilməyən sadə vətəndaşlar həm maddi, həm də mənəvi zərər görürlər. Bəzi binalar maliyyə çatışmazlığı, bəziləri isə MTK rəhbərlərinin məsuliyyətsizliyi səbəbindən tamamlanmır.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımov bildirib ki, bəzi tikinti şirkətləri bu cür hallara görə məsuliyyətə cəlb olunublar. Onun sözlərinə görə, yarımçıq qalmış binaların bir qismi maliyyə çatışmazlığı səbəbindən vaxtında tamamlanmayıb və nəticədə mənzillər vətəndaşlara təhvil verilə bilmir.

Ekspert qeyd edib ki, bəzi hallarda vətəndaşların evləri sökülərək yerində yeni binaların tikintisi nəzərdə tutulsa da, maliyyə problemləri səbəbindən həmin tikililər də yarımçıq qalıb. Bu zaman vətəndaşlara nə mənzil, nə də kirayə pulu ödənilir.

Onun sözlərinə görə, bu problemlə bağlı ölkə rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib və Baş Prokurorluq tərəfindən müəyyən istiqamətdə araşdırmalar aparılıb.

Digər əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, əvvəlki illərdə yarımçıq qalmış binaların böyük bir hissəsi dövlət qurumlarının müdaxiləsi nəticəsində tamamlanaraq vətəndaşlara təhvil verilib.

Ekspert əlavə edib ki, hazırda az sayda problemli tikinti şirkəti mövcuddur və həmin binaların yaxın vaxtlarda digər tikinti şirkətləri tərəfindən tamamlanaraq sahiblərinə təhvil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bakıda yarımçıq qalan tikililərin dəqiq sayı ilə bağlı rəsmi statistika yoxdur. Lakin paytaxtda qısa bir gəzinti zamanı belə onlarla yarımçıq bina görmək mümkündür. Bu tikililər artıq yüzlərlə insan üçün illərdir həll olunmayan ciddi problemə çevrilib.

Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, bu problemlə üzləşən vətəndaşlar məhkəməyə müraciət etsələr də, bir çox hallarda məhkəmə qərarlarının icrası mümkün olmur. Buna səbəb tikinti şirkətlərinin müflis elan edilməsi, rəhbərlərinin məsuliyyətə cəlb olunması və ya ölkə hüdudlarından kənara çıxmasıdır.

O bildirib ki, bir sıra Avropa ölkələrində yarımçıq qalan tikililər dövlət tərəfindən hərraca çıxarılır və tikintini tamamlayan şirkətlər üçün müəyyən güzəştlər tətbiq edilir. Həmin şirkətlər tərəfindən bina başa çatdırıldıqdan sonra mənzillər sahiblərinə qaytarılır.

Qeyd edək ki, Azərbaycanda yarımçıq tikililərlə bağlı İqtisadiyyat Nazirliyi yanında işçi qrupu yaradılıb. Bu qrup ölkə üzrə bütün yarımçıq tikililərdə monitorinq aparmalı və problemin həlli ilə bağlı təkliflər hazırlamalıdır.

Ekspertlərin fikrincə, qanunvericilikdə tikililərin müəyyən müddət ərzində başa çatdırılması ilə bağlı konkret tələblər qoyulmalıdır. Əks halda, bu kimi xoşagəlməz hallar davam edəcək.

Paylaş

Xəbər lenti

Şəkidə "Zipline" faciəsində 2 nəfərin ölümünə səbəb olan şəxslər araşdırılır Bu gün, 10:48 Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib Bu gün, 10:48 Qaxda BMW ağaca çırpıldı Bu gün, 10:48 AQTA-dan heyvanlarla bağlı XƏBƏRDARLIQ Bu gün, 10:48 Kolleclərdə boş qalan yerlərə ixtisas seçiminin SON GÜNÜDÜR Bu gün, 10:48 44 milyonluq qızılı ilə gündəm olan Çağla Öz də saxlanıldı Bu gün, 10:48 ABŞ-İran müharibəsi 2029-cu ilə qədər davam edə bilər Bu gün, 10:48 Dmitri Medvedev: Rusiyada səfərbərliyə ehtiyac yoxdur Bu gün, 10:48 Ceyhun Bayramov: Azərbaycan 2020-ci ildən etibarən beynəlxalq yardıma təxminən 400 milyon dollar yönəldib Bu gün, 10:48 Naxçıvanda bəzi ərazilərdə qaz təchizatı dayandırıldı Bu gün, 10:48 Bakı, Ağdaş, Tərtər və Yevlaxın bir hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 09:49 İrandan ABŞ-nin İordaniyadakı bazasına zərbə: hərbi təyyarələrə ziyan dəyib Bu gün, 09:48 Tramp: Venesuela nefti ABŞ üçün 500 il kifayət edə bilər Bu gün, 09:48 "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək Bu gün, 09:48 Vətəndaşlar ən çox nədən şikayət edir? - AQTA açıqladı Bu gün, 09:48 Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı Bu gün, 09:48 Azərbaycan universitetlərində 120-yə yaxın ölkədən tələbə təhsil alıb Bu gün, 09:48 Xocalıda mina partladı: 1 nəfər xəsarət aldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Qalatasaray" "Sportinq"ə məğlub olub Bu gün, 08:48 Valdas Dambrauskas: "Mançester Yunayted"lə qarşılaşma Azərbaycan futbolu üçün tarixi hadisədir" Bu gün, 08:48 Xarici ölkələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ Bu gün, 08:48 Pirəkəşküldə qorxulu anlar: Zəhərli ilanlar evlərə doluşub Bu gün, 08:48 Kanalizasiya problemi sürüşməyə səbəb oldu? - Səbaildə nə baş verir? Bu gün, 08:48 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - GÖRÜNTÜLƏR Bu gün, 08:48 Paytaxtın bəzi yollarında tıxac var Bu gün, 08:48 Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb Bu gün, 07:48 EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb Bu gün, 00:48 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi Dünən, 23:48 Sabah Yasamal və Qaradağda qaz olmayacaq Dünən, 23:48 Motosikletlə toya gələn bəy və gəlin görənləri təəccübləndirdilər Dünən, 23:48 Sabah Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünən, 23:48 15 ildən sonra doğulan nəvəsinə ad günü məclisi keçirməyə yığışıblarmış - Dəhşətli qəzanın yeni TƏFƏRRÜATI Dünən, 23:48 Baş nazirdən "Bakubus" MMC ilə bağlı QƏRAR Dünən, 22:48 Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər Dünən, 22:48 İranda dolların məzənnəsi yeni tarixi rekord qırdı Dünən, 22:48 Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ Dünən, 22:48 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb Dünən, 22:48 AK Seutada miqrasiya böhranının aradan qaldırılması üçün İspaniyaya 114,7 milyon avro ayıracaq Dünən, 21:48 Ermənistan gələn ilin oktyabrına qədər "Ermənistan Elektrik Şəbəkələri"ni milliləşdirmək niyyətindədir Dünən, 21:48 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əhalinin NƏZƏRİNƏ: Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları DƏYİŞDİRİLDİ Dünən, 21:48 Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir Dünən, 21:48 Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq üzrə qərargah danışıqları keçirilib Dünən, 20:48 İslam Maxaçev "Qızıl top"un bu futbolçuya verilməsini istədi Dünən, 20:48 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR Dünən, 20:48 "Bu dövr artıq geridə qalıb" - Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya ilə münasibətlərin bərpasından danışıb Dünən, 20:48 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB Dünən, 20:48 Səfir: "İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR