26-01-2026, 16:48 198

Kamran Əliyev Bəhreynə işgüzar səfər edib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bəhreynli həmkarı Ali bin Fadhel Al Buainainin dəvəti ilə yanvarın 24-26-da Manama şəhərinə işgüzar səfərdə olub.

Bu barədə AVESTA.AZ-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bəhreyn Dövlət Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev qeyd edib ki, Bəhreyn Krallığı Azərbaycan üçün dost ölkədir və uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda Azərbaycanın siyasi təşəbbüslərini, o cümlədən ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişdir. Son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində daha da inkişaf edib.

Öz növbəsində Ali bin Fadhel Al Buainainin qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, daha öncə ölkəmizə etdiyi işgüzar səfərlərin xüsusilə yaddaqalan olmasını qeyd edib.

Görüşdə 2024-cü ilin oktyabr ayında iki ölkənin prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərək cinayətkarlığın müxtəlif formalarına qarşı, o cümlədən ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çəçrivəsində genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında da fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti Bəhreyn Dövlət Prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub, ailə və uşaq hüquqlarının qorunması, alternativ cəzaların tətbiqi və cəzaların icrası üzərində prokuror nəzarəti, mülki işlərdə dövlət maraqlarının müdafiəsində prokurorluğun rolu, həmçinin məhkumların sosial reabilitasiyası ilə bağlı Bəhreyn Dövlət Prokurorluğunun təcrübəsi barədə məlumat verilib.

Bundan sonra nümayəndə heyəti ilə Bəhreyn Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Şeyx Xalid Ali Al Xalifa arasında görüş keçirilib.

Görüş zamanı ölkələrimizin hüquq sistemləri arasında intensiv və məhsuldar əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qeyd edilmiş, təcrübə mübadiləsi və qarşılıqlı hüquqi dəstək imkanları müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Bəhreyn Krallığının Ədliyyə, İslam işləri və Vəqf naziri Navaf Mohamed Al Maavda arasında da ikitərəfli görüş keçirilib.

Görüşdə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrdən məmnunluq ifadə olunub, qurumlar arasında əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Bəhreyn Krallığının mədəni-tarixi abidələrini ziyarət edərək ölkə mədəniyyəti ilə yaxından tanış olub.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Paylaş

Xəbər lenti

Lavrov NATO-ya Arktikadakı fəallığı ilə bağlı xəbərdarlıq edib Bu gün, 16:48 Messi yığma karyerasını başa vurdu – DÇ-2026-dan sonra daha hansı ulduzlar getdi? Bu gün, 16:48 NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər Bu gün, 16:48 Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib Bu gün, 16:48 Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? - SƏBƏB Bu gün, 15:48 ADY Bakı–Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq edib Bu gün, 15:48 DİN-dən XƏBƏRDARLIQ: "Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın" Bu gün, 15:48 "Azercell" təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir Bu gün, 15:48 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb Bu gün, 15:48 Türkiyə iqtisadiyyatının artımı 2020-ci ildən bəri minimuma düşüb Bu gün, 15:48 Beyni qoruyan hobbilər AÇIQLANDI - demensiya riskini azalda bilər Bu gün, 15:48 Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan – ƏTRAFLI Bu gün, 15:48 İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb Bu gün, 14:48 İlham Əliyev Çinin Baş prokurorunu qəbul edib Bu gün, 14:48 Səmada nadir təbiət hadisəsi baş verəcək: Bakıdan necə izləməli? Bu gün, 14:48 İlham Əliyevdən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə bağlı FƏRMAN Bu gün, 14:48 İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib Bu gün, 14:48 Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı Bu gün, 13:48 Pezeşkianın təyyarəsi təcili eniş edib Bu gün, 13:48 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı Bu gün, 13:48 Polşada ibtidai siniflərdə telefon istifadəsinə qadağa qoyuldu Bu gün, 13:48 Bakıda 57 yaşlı kişi skuterdən yıxılıb öldü Bu gün, 13:48 Qəbələdə 29 yaşlı qadın hovuzda boğularaq ölüb Bu gün, 13:48 Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb Bu gün, 13:48 Anar Bayramov: Daha çox iş görən həkimlər daha çox əməkhaqqı almalıdır Bu gün, 12:48 ANAMA: Ötən il 69,206 ha ərazinin minadan təmizlənməsi ölkə üçün ən yüksək nəticədir Bu gün, 12:48 Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI Bu gün, 12:48 Anar Bayramov: Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq Bu gün, 12:48 72 min tibb işçisinin maaşı artırılır - Yeni sistem nəyi dəyişəcək? Bu gün, 12:48 Nepalda sel fəlakətində ölənlərin sayı 1114-ə çatıb Bu gün, 12:48 Tibb işçilərinə ŞAD XƏBƏR - Maaş artımının əsas səbəbləri AÇIQLANDI Bu gün, 12:48 Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq Bu gün, 12:48 İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur? Bu gün, 11:48 Mal əti bahalaşdı Bu gün, 11:48 Azərbaycanda bu tibb işçilərinin əməkhaqları ARTIRILIR Bu gün, 11:48 İlham Əliyev Vyetnam Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 İlham Əliyev IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:48 Goranboy sakini: İnsanlar xüsusi avtobuslarla təxliyə olundular Bu gün, 11:48 Bakıda tıxacda qalmamağın yeni yolları - "Neftçilər" və "Elmlər"ə... Bu gün, 11:48 Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır Bu gün, 11:48 Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub Bu gün, 11:48 Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir Bu gün, 11:48 Trampdan Folklend adaları ilə bağlı diqqətçəkən açıqlama Bu gün, 11:48 Pakistan və İrandan bir milyon əfqan deportasiya edilib Bu gün, 10:49 Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər Bu gün, 10:48 "Qalatasaray"dan yeni transfer bombası - Artıq İstanbuldadır Bu gün, 10:48 28 yaşlı sosial media fenomeni qaçırılaraq öldürülüb – 7 həftəlik hamilə olduğu üzə çıxıb Bu gün, 10:48 Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR