28-01-2026, 22:48 291

Maştağadakı qətlin TƏFƏRRÜATI: Qadının əri də çoxsaylı bıçaq zərbələri ilə öldürülübmüş

Yanvarın 24-də Maştağa qəsəbəsinin südçülük sovxozu ərazisində baş verən qətl hadisəsi hələ də müzakirə olunur.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Emil Ağayev bıçaqla xəsarətlər yetirərək 67 yaşlı anası Həyat Ağayevanı qətlə yetirib.

İddialara görə, Emil Ağayev əvvəllər narkotik asılılığı səbəbi ilə aidiyyəti üzrə dispanserdə müalicə alıb. Mərhumun yaxınları bildiriblər ki, o, cinayəti əvvəlcədən planlaşdırıb.

Belə ki, hadisədən əvvəlki gecəni həyat yoldaşı ilə birlikdə qayınanasının evində keçirən Emil Ağayev səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib və onun təcili evə gəlməsini xahiş edib. Daha sonra isə anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.

BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, Emil Ağayev anasını pula görə xüsusi amansızlıqla öldürüb.

Belə ki, hadisə baş verən gün Emil anasından pul istəyib. O, isə qız köçürdüyünü və cehiz hazırlığı ilə bağlı pulunun olmadığını bildirib. İddia olunur ki, cinayət məhz bu mübahisə üzündən törədilib.

Digər mənbənin bildirdiyinə görə, Emil Ağayev kifayət qədər mədəni, sakit və problemsiz biri olub. Onun pula ehtiyacı olmadığı, hətta dükan işlətdiyi də bildirilib.

Qətlə yetirilən Həyat Ağayeva isə 67 yaşında olmasına baxmayaraq, evinə yaxın Südçülük sovxozunda işləyib. İş yoldaşlarının dediyinə görə, o, çox zəhmətkeş və övladlarını min bir əziyyətlə böyüdən ana olub. Aldığı əməkhaqqı və pensiyası ilə Emilə aldığı avtomobilin kreditini ödəyirmiş.

Hadisə ilə bağlı daha dəhşətli məqamlar da ortaya çıxıb. Belə ki, Emil Ağayevin atası Xanlar Ağayev də illər öncə Rusiyada 35 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Emil Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Paylaş

Xəbər lenti

Azərbaycanda vəzifəli şəxs qardaşının evində qəfil öldü Bu gün, 09:48 Bakıda yaşayış kompleksində ikinci qapının açılması üçün binanın əsas divarı dağıdıldı Bu gün, 09:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatdı Bu gün, 09:48 ADY genişmiqyaslı rəqəmsallaşdırmaya hazırlaşır Bu gün, 09:48 Ballıqaya qətliamından 34 il ötür Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 92 dolları ötüb Bu gün, 09:48 Bakıda güclü külək nəticəsində 2 qadın xəsarət alıb Bu gün, 09:48 İlin son Ay tutulması başlayıb Bu gün, 08:48 Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq Bu gün, 08:48 "Səs-küydən otura bilmirik" - Avropa Azərbaycan Məktəbindən NARAZILIQ Bu gün, 08:48 "Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA Bu gün, 08:48 Sumqayıtda BMW üç avtomobilə çırpılaraq aşıb, xəsarət alanlar var Bu gün, 08:48 "Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Dünən, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Dünən, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Dünən, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Dünən, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Dünən, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Dünən, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Dünən, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Dünən, 18:48 44 yaşlı Dima Bilan baba oldu Dünən, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR