12-12-2022, 14:19 493

Güney Azərbaycanda 77 il öncəki hədəf – “Azadlıq, Ədalət, Milli Hökumət”

Azərbaycan türkü indi İran kimi tanınan dövlətə yeniliklər gətirib. Bu, XX əsrin əvvəlindən günümüzədək davam edir. Ölkədə konstitusiyalı monarxiyanın yaranması Güney Azərbaycan türkünün adı ilə bağlıdır. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani hərəkatı İranın ictimai-siyasi həyatına daha bir yenilik gətirdi. Hərəkatın şüarlarından biri “İrana demokratiya, Azərbaycana muxtariyyət!” olub. Bu, ölkə həyatına fərqli bir idarəetmə formasının təqdim olunması demək idi. Bu hərəkat həm də İranda milli hüquqların demokratik yolla həllini göstərirdi. Xiyabani hərəkatı o vaxt Yaxın və Orta Şərq üçün ən örnək hadisə idi. Təəssüf ki, dünyanın aparıcı dövlətləri regionda bu addımı həmin hadisələrdən yarıməsr sonra atmağa başladı. Həmin dönəmdə beynəlxalq ictimaiyyət, dünyanın aparıcı gücləri “Azadistan” uğrunda fəaliyyəti dəstəkləyib, yardımlar etsəydi, heç şübhəsiz, indiki İranda bir sıra hadisələr yaşanmazdı. Bu, İran tarixində çox böyük əhəmiyyətə malik rol oynayaraq demokratiya uğrunda mübarizəyə təkan verib. Xiyabani hərəkatı bu istiqamətdə dərin bir iz buraxıb. İstibdad, daxili və xarici qüvvələr birləşərək demokratik hərəkatı qan içində boğdu. Proses yarımçıq qaldı.

Deməli, həmin hadisədən 25 il sonra Güney Azərbaycanda yenidən milli hüquqların təmini istiqamətində azadlıq hərəkatı başladı. 1945-ci il dekabrın 12-də (İran təqvimi ilə azər ayının 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı altında Azərbaycan Milli Hökuməti yaranıb. Buna bir çox hallarda “21 Azər hərəkatı” da deyirlər. Azərbaycan Milli Hökuməti mövcud olduğu bir il ərzində Güney Azərbaycanda milli hüquqları bütün sahələrdə təmin edib. Azərbaycan türkcəsi dövlət dili elan olunub. Ana dilində məktəblər açılıb. Milli mədəniyyət sahələrinin inkişafına diqqət ayrılıb. Türkcə mətbuat, radio, fəaliyyət göstərib, konservatoriya və milli teatr açılıb. Ordu quruculuğu sahəsində işlər görülüb. Ana dilində ali təhsil müəssisəsi açılıb. Bir sözlə, həmin il milli dövlət quruculuğu ilə bağlı bütün istiqamətdə işlər görülməyə başlayıb. Ancaq Milli Hökumətə vədlər verən ölkələr sonradan xəyanətkar çıxıb. Onlar Milli Hökuməti süqut etdirmək üçün Məhəmmdrza şaha yardım ediblər. Hökumət mövcud olduğu bir ilə ərzində həm dövlət quruculuğu ilə məşğul olub, həm də xarici qüvvələrə qarşı mübarizə aparıb. Həmin il Məhəmmədrza şahın qoşunu Azərbaycan ərazisindən çıxarılmışdı. Ancaq 1946-cı il dekabrın 11-də ABŞ, SSRİ, Britaniya və Fransanın dəstəyi ilə şah qoşunu Milli Hökuməti qan içində boğdu. Bununla da Tehran hakimiyyəti Azərbaycan türklərini soyqırıma məruz qoydu.

Əslində, Azərbaycan Milli Hökuməti 25 ildən sonra İran cəmiyyəti üçün yenilik, Xiyabani dönəmində başlamış demokratikləşmə hərəkatının davamı idi. Təəssüf ki, bu hərəkat yenə xarici qüvvələrdən, dünyanın demokratik qütbündən dəstək almadı. Bu isə İranda demokratiyanın qurulmasına zərbə oldu. Məhəmmədrza şahın diktaturası daha da kəskinləşdi. Monarx Milli Hökumətlə əlaqəsi olanları qətl etdi. Azərbaycan türkcəsi qəti şəkildə qadağan edildi. Ana dilində danışanlar cərimələndi. Azərbaycan türkcəsində çap olunan kitablar yandırıldı. 50 mindən çox Güney Azərbaycan türkü qətlə yetirildi. Hərəkatın minlərlə iştirakçısı, başçısı İrandan sürgün olundu, mühacirət etdi.

Yeri gəlmişkən, ölkədə növbəti hərəkat da Azərbaycan türkünün adına bağlıdır. Məhəmməd Müsəddiqin başçılığı altında 1952-ci ildə qurulan islahatçı hökumət 1953-cü ildə devrilib. Bu hərəkatın da əsas aparıcı qüvvəsi Güney Azərbaycan türkləri olub. Müsəddiqin başladığı mütərəqqi işi də diktatura rejimi xarici qüvvələrin yardımı ilə yarımçıq qoydu. Sonrakı illərdə də İranda milli hüquqların təmini başda olmaqla fəaliyyət davam edib. Güney Azərbaycan türkləri İranda demokratiyanın, milli hüquqların bərpası uğrunda daim mübarizə aparıb.

1979-cu il fevralın 11-də baş vermiş inqilabı şərtləndirən əsas məsələlərdən bir də milli hüquqların təmin olunması ilə bağlı olub. Həmin dönəmdə ayətullah-üzma Məhəmməd Kazım Şəriətmədarinin mənəvi liderliyi ilə Müsəlman Xalq Respublikası Partiyası yarandı. Bu təşkilatın əsas hədəflərindən biri Azərbaycan türklərinin milli hüquqlarının təmin olunması idi. Ayətullah Şəriətmədari Fransadan İrana dönən Ruhullah Xomeyniyə mötədil siyasət yürütməyi məsləhət görüb. Onu qan tökməkdən vaz keçməyə çağırıb. O, Xomeyninin dini dövlət (Vilayəti-Fəqih) nəzəriyyəsini tənqid edərək dini dövlət yanaşmasının şiəlikdə heç bir elmi əsasının olmadığını bildirib. Tezliklə Şəriətmədari ilə Ruhullah Xomeyni arasında fikir ayrılığı açıq qarşıdurmaya çevrilib. Şəriətmədari İranda dini dövlət qurulmasını nəzərdə tutan konstitusiya layihəsini rədd edib. 1979-cu ilin dekabrında Xomeyni Şəriətmədarini ev dustağı edib, Müsəlman Xalq Respublikası Partiyasını isə yasaqlayıb. Bununla da İranda milli-demokratik hərəkat yenə boğulub. İranın mövcud konstitusiyasında dil və milli bərabərliklə bağlı maddələr olsa da, bu günədək onlar əsaslı şəkildə təmin edilməyib.

1990-cı illərdə, 2006-cı ildə və sonralar Güney Azərbaycan türklərinin milli hüquqlarının təmin olunması istiqamətində fəaliyyəti güclənib. SSRİ-nin dağılması İranda da yarımçıq qalmış hərəkatın davam etməsinə təkan verib. Bu il sentyabrın 17-də İranda “Qadın, həyat, azadlıq!”, “Diktatora ölüm” şüarları altında ümumiran etiraz aksiyası başlayıb. Bu aksiyalar davam edir. Güney Azərbaycan türkləri etiraz yürüşlərinin aparıcılarındandır. Onlar bu hərəkatda “Azadlıq, ədalət, milli hökumət!” şüarları ilə çıxış edirlər. Bu, güney azərbaycanlıların İrandakı aksiyalara yeni çalarıdır. Bu şüar həm də demokratikləşmə, milli hüquqların təmin olunması deməkdir. Yüz illik hadisələr sübut edir ki, demokratikləşmə və milli hüquqların təmin olunması İranı yeniləyə bilər. Azadıstandan başlayan Azərbaycan Milli Hökuməti ilə davam edən milli demokratik hərəkat bu gün də davam edir. Azərbaycan türklərinin 77 il öncə əldə etdiyi uğur, Milli Hökumətin bərpası İranı dəyişdirəcək. İranın dəyişməsi isə Yaxın və Orta Şərqdə yeniliklərə, dəyişikliklərə səbəb olacaq: Yaşasın Milli Hökumət!

Paylaş

Xəbər lenti

Ronaldudan Portuqaliya millisi ilə bağlı MÜHÜM AÇIQLAMA Bu gün, 00:48 Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib Bu gün, 00:48 2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək proqnozlar Bu gün, 00:48 Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib Dünən, 23:48 Rusiyada ayı qəbri qazaraq qadın meyitini aparıb Dünən, 23:48 Faciəli şəkildə həlak olan gəmi kapitanının atası: "Bir gün öncə zəng etmişdi..." Dünən, 23:48 İrançılıq düşüncəsinin paradoksları Dünən, 23:48 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı Dünən, 23:48 Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb Dünən, 22:48 Şəhidimizin adını daşıyan gəmidə dron hücumu nəticəsində yaralanan azərbaycanlının atası danışdı Dünən, 22:48 Şagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə... Dünən, 22:48 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər Dünən, 22:48 Bakıda böyük tıxac hökm sürür Dünən, 21:48 Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək Dünən, 21:48 Azərbaycanda un məhsulları bahalaşacaq? Dünən, 21:48 Daha bir rayonda küçə və prospektlər TƏMİR OLUNACAQ Dünən, 21:48 Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib Dünən, 21:48 EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək Dünən, 21:48 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi Dünən, 20:48 Bu məktəbin direktoru vəfat etdi Dünən, 20:48 İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi Dünən, 20:48 Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib Dünən, 20:48 102-ci baza mübahisəsi qızışır: Moskva və İrəvan arasında gərginlik Dünən, 20:48 Azərbaycanda bağçalarla bağlı SEVİNDİRİCİ XƏBƏR Dünən, 20:48 Ali məktəblərdə dövlət sifarişi üzrə bəzi yerlər niyə boş qalıb? Dünən, 19:48 Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edildi Dünən, 19:48 "Bavariya" 70 milyona yeni müdafiəçi almaq istəyir Dünən, 19:48 "Bizi adam ölən gün qurban kəsməkdə ittiham edirlər" - Məhkəmədə şok ifadələr Dünən, 19:48 Ayaq üstə dayana bilməyən Nejat İşler sevənlərini kədərləndirdi Dünən, 18:48 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq Dünən, 18:48 Vəzifələrinə qayıtmaq üçün vəkil tutdular, pullarından da oldular Dünən, 18:48 Nazpəri Dostəliyeva: "40 dərəcəyə çatan temperaturla konsert oxumuşam" Dünən, 18:48 Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz Dünən, 18:48 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı Dünən, 18:48 Bakıda yollar üçün yeni lük qapaqları ALINACAQ Dünən, 18:48 Azərbaycanın U-20 millisi yoxlama oyununda Yaponiyaya qalib gəlib Dünən, 18:48 Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Dünən, 18:48 Bakının 5 rayonunda və Abşeronun bəzi ərazilərində su kəsiləcək Dünən, 17:48 Kreml Putinin əsas ad günü arzusunu açıqladı Dünən, 17:48 Tehran kafelərində qəlyan və canlı musiqi qadağan edildi Dünən, 17:48 Azərbaycan yeni dövrə keçir: Strateji hədəflər dəyişir Dünən, 17:48 Mağaralar, qalalar və günbəzlər: Ən qeyri-adi qonaqlamalar üçün ən yaxşı 10 ölkə - SİYAHI Dünən, 17:48 Kardioloqdan alkoqol xəbərdarlığı: Gündəlik nə qədər içmək olar? Dünən, 17:48 Sumqayıtda tikilidə yanğın söndürülüb Dünən, 17:48 Fazil Məmmədov nazir müavini təyin edildi Dünən, 17:48 Qaradağdakı rüşvət işi: sabiq vəzifəli şəxsə 6 min manat cərimə Dünən, 17:48 Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib Dünən, 17:48 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR