2-02-2026, 20:48 191

İpoteka ilə ev almaq istəyənlər üçün VACİB XƏBƏR

"Güzəştli ipoteka kreditləri üzrə faiz dərəcəsi hazırda 4 faiz, maksimal məbləğ isə 100 min manat, adi ipoteka kreditlərində isə faizlər 7-8 faiz aralığında dəyişir və kredit məbləği 150 min manata qədərdir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.

AQC sədri əlavə edib ki, faiz dərəcələrinin azaldılması birbaşa ölkənin makroiqtisadi imkanları ilə bağlı məsələdir:

"Əgər iqtisadi şərait və risklər buna imkan versə, faizlərin aşağı salınması məqsədəuyğun hesab oluna bilər. Lakin mövcud iqtisadi vəziyyətdə bu addım real görünmür.

Hazırkı mərhələdə əsas prioritet ipoteka kreditlərinin məbləğinin artırılması və əlçatanlığın genişləndirilməsi olmalıdır. Çünki bu gün 100 min manat güzəştli ipoteka krediti alan vətəndaş ən azı eyni məbləği də üzərinə əlavə etməyə məcbur qalır ki, yeni tikilidə bir otaqlı və ya maksimum iki otağa çevrilmiş mənzil ala bilsin. Bu isə əksər ailələr üçün ciddi maliyyə yükü yaradır.

Əvvəlki illərdə bir və ya iki otaqlı, hətta üç otağa çevrilmiş mənzilləri 120-130 min manat civarında almaq mümkün idisə, hazırda həmin qiymətlər təxminən iki dəfə artıb. Nəticədə güzəştli ipoteka kreditindən istifadə edən vətəndaşlar faktiki olaraq tam deyil, ən azı yarı ödəniş etməyə məcbur olurlar.

Adi ipoteka kreditlərində müəyyən edilən 150 min manatlıq limit də çoxotaqlı mənzillərin alınmasını çətinləşdirir. Bu məbləğ bir otaqlı mənzil üçün yetərli ola bilər, lakin iki və daha çox otaqlı mənzillərin alınması üçün kifayət etmir".

Vüqar Oruc əlavə edib ki, faizlərin azaldılması hazırda real görünməsə də, ipoteka əlçatanlığını artırmaq üçün alternativ addımlar mümkündür:

"İlk növbədə ipoteka kreditlərinə ayrılan ümumi vəsait artırılmalıdır. Eyni zamanda, vətəndaşlara verilən kredit məbləğləri yenidən nəzərdən keçirilməlidir. Belə ki, güzəştli ipotekalarda limit 100 mindən 150 min manata, adi ipotekalarda isə 150 mindən 200 min manata qədər yüksəldilməlidir. Bu, daşınmaz əmlak bazarında baş verən bahalaşma fonunda vətəndaşların mənzil alma imkanlarını qismən də olsa artırar.

Paralel olaraq, tikinti sektorunda sahibkarların təşviqi vacibdir ki, bazarda mənzil təklifi artsın. Bundan əlavə, İpoteka və Kredit Zəmanət Fondunun mövcud mexanizmləri çərçivəsində kirayə mənzil bazarının da genişləndirilməsi məqsədəuyğundur. Belə olduqda vətəndaşlar təkcə ipoteka krediti hesabına deyil, eyni zamanda kirayə mənzillər vasitəsilə də mənzil tələbatlarını ödəyə bilərlər".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib Dünən, 23:48 Yasamalda müəmmalı ev mübahisəsi Dünən, 23:48 Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY Dünən, 23:48 Dövlət qurumları güzəştli mənzillərin satışında rəqəmsal təhlükəsizliyi uğurla təmin ediblər Dünən, 23:48 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? Dünən, 22:48 MİDA evləri bazarda mənzilləri ucuzlaşdıracaq? - Ekspertdən CAVAB Dünən, 22:48 Öskürəyin səsi və xarakteri bu xəstəliklərdən xəbər verə bilər Dünən, 22:48 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb Dünən, 22:48 İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir Dünən, 21:48 Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib Dünən, 21:48 Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər Dünən, 21:48 MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb Dünən, 21:48 MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Dünən, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Dünən, 20:48 90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR Dünən, 20:48 Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? Dünən, 20:48 Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib Dünən, 20:48 Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək Dünən, 20:48 Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib Dünən, 19:48 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq Dünən, 19:48 Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar Dünən, 19:48 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb Dünən, 19:48 Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları Dünən, 19:48 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA Dünən, 19:48 Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Dünən, 18:48 Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb Dünən, 18:48 Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi Dünən, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub Dünən, 18:48 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR Dünən, 18:48 Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli Dünən, 18:48 "Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək Dünən, 17:48 Nazirlikdə ayılarla bağlı görüş keçirildi Dünən, 17:48 Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib Dünən, 17:48 Toydan gələrkən qəzaya düşdü Dünən, 17:48 Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 17:48 Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? Dünən, 17:48 "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyada ayın ən yaxşı futbolçusu seçildi Dünən, 17:48 Sabahdan Bakıda bu yolda da məhdudiyyətlər olacaq Dünən, 16:48 İsveçin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Dünən, 16:48 Kanadada Kral III Çarlzın portreti olan yeni 20 dollarlıq əsginas təqdim edildi Dünən, 16:48 "Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub Dünən, 16:48 Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda Dünən, 16:48 Britaniya ordusunda genişmiqyaslı təlimlər dayandırıldı: 81 ildən sonra ilk dəfə Dünən, 16:48 Məktəb bufetlərindəki vəziyyətlə bağlı AQTA-dan AÇIQLAMA Dünən, 16:48 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq... Dünən, 16:48 Şimali Kipr sahillərində batan gəmidə itkin düşən 16 nəfərin axtarışı davam edir Dünən, 16:48 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti Dünən, 16:48 M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır - YENİLİK Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR