6-02-2026, 12:48 167

Valideynlər niyə uşaqlarına nəzarət etmir? - Kompüter oyunlarının acı təsiri

"Son dövrlər məktəblərdə və ümumilikdə sosial şəbəkələrdə yeniyetmə və gənclərin davranışlarında aqressivləşmə tendensiyası açıq şəkildə müşahidə olunur. Bu problemin yaranmasına səbəb olan amillər çoxdur, lakin əsas səbəblərdən biri hələ erkən yaşlardan uşaqların nəzarətsiz şəkildə aqressiya yayan internet oyunları və sosial media məzmunu ilə qarşılaşmasıdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.

Onun sözlərinə görə, bəzi onlayn oyunlar və platformalar var ki, onlar uşaqları özünəqəsd, zorakılıq və başqalarına qarşı aqressiv davranışlara təşviq edir:

"Bu cür oyunlar uşaqların psixoloji inkişafına ciddi zərər vurur, davranış pozuntularının formalaşmasına səbəb olur. Psixoloji baxımdan hələ tam formalaşmamış uşaqlar virtual məkanda gördüklərini real həyatda təqlid etməyə başlayır və bu davranışları ətrafdakılara yönəldirlər.

Valideynlər niyə uşaqlarına nəzarət etmir? - Kompüter oyunlarının acı təsiri

Qeyd etmək lazımdır ki, məktəbdə baş verən son hadisə Azərbaycan cəmiyyəti üçün xarakterik olmayan, nadir hallardan biridir. Lakin hadisənin mahiyyəti göstərir ki, bu tip hallar əsasən Avropa və Qərb ölkələrində, xüsusilə də ABŞ və bəzi Avropa dövlətlərinin məktəblərində baş verən zorakılıq hadisələrinə bənzəyir. Adətən ailədaxili münaqişə yaşayan, psixoloji travmaları olan və ya ailə mühiti sağlam olmayan uşaqlar bu aqressiyanı məktəbə, müəllimlərə və ya sinif yoldaşlarına yönəldirlər.

Bu cür hadisələr uzun illərdir xarici ölkələrin mediasında müzakirə olunur və təəssüf ki, sosial şəbəkələr vasitəsilə bu neqativ nümunələr tədricən bizim cəmiyyətə də sirayət edir. Məhz buna görə də sosial şəbəkələrdə və internet resurslarında müəyyən filtrasiya və nəzarət mexanizmlərinin tətbiqi zəruridir. Əxlaqazidd, zorakılığı təşviq edən və uşaqların davranışına mənfi təsir göstərən paylaşımların qarşısı alınmalıdır".

Sosioloq xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti hələ 2018-ci ildə uşaqların zərərli informasiyadan qorunması ilə bağlı müvafiq qanunu imzalayıb:

"Bundan əlavə, mövcud hüquqi aktlar bu istiqamətdə nəzarət mexanizmlərinin tətbiqinə hüquqi əsas yaradır. Lakin bu mexanizmlər praktikada daha effektiv şəkildə işləməlidir.

Valideynlər niyə uşaqlarına nəzarət etmir? - Kompüter oyunlarının acı təsiri

Problemin kökündə yalnız internet faktoru deyil, eyni zamanda ailə tərbiyəsindəki boşluqlar, məktəb mühitində tərbiyəvi və psixoloji işlərin yetərli səviyyədə aparılmaması da dayanır. Uşaqların psixoloji travmaları, sosial adaptasiya problemləri və sosial mediada qarşılaşdıqları mənfi örnəklər bu prosesi daha da dərinləşdirir.

Müasir dövrdə Z, Alfa və gələcək Beta nəsilləri əsasən internet və sosial şəbəkələrin təsiri altında formalaşır. Bir çox hallarda bu resursların təsiri ailə və məktəbin təsirindən daha güclü olur. Buna görə də internet və sosial şəbəkələr sosiallaşma institutu kimi sağlamlaşdırılmalı, uşaqlara və yeniyetmələrə dağıdıcı deyil, inkişafetdirici təsir göstərməlidir".

Qeyd edək ki, fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllim xəsarət alıb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird tutulub.

Xəsarət alan müəllimə vaxtında tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Bakıda media nümayəndəsinə hücum olundu Bu gün, 12:48 Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib Bu gün, 12:48 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib Bu gün, 12:48 Göygöldə qəzada dörd nəfər xəsarət aldı Bu gün, 12:48 Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək Bu gün, 12:48 Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb Bu gün, 11:48 Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır Bu gün, 11:48 Gənc həkim xərçəngdən vəfat etdi Bu gün, 11:48 Tramp və Netanyahu arasında telefon danışığı olub Bu gün, 11:48 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" Bu gün, 11:48 Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı Bu gün, 10:49 Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var Bu gün, 10:49 Bakıda fəaliyyət göstərməyən kombinatda yanğın olub Bu gün, 10:48 "Haber Global": "Sosial şəbəkələrdə Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" Bu gün, 10:48 "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşacaq Bu gün, 10:48 Bakı-Tbilisi qatarında BİLET UCUZLAŞDI: Bu gündən... Bu gün, 09:48 Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi Bu gün, 09:48 Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi Bu gün, 09:48 Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı Bu gün, 09:48 Bakıda yaşlı qadını avtomobil vurdu Bu gün, 09:48 Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib Bu gün, 00:48 Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi Bu gün, 00:48 96 yaşlı milyarder 48 ildir su içmirmiş Bu gün, 00:48 Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub Dünən, 23:48 Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub Dünən, 23:48 Şəkidə çaqqal qadına hücum etdi Dünən, 23:48 Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım edib Dünən, 23:48 Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib Dünən, 23:48 Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib Dünən, 22:48 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı Dünən, 22:48 SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb Dünən, 22:48 Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı Dünən, 22:48 "Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb Dünən, 21:48 Əraqçı müharibə ehtimalından danışdı: "Silahlı qüvvələr döyüş hazırlığındadır" Dünən, 21:48 Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib Dünən, 21:48 Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı Dünən, 21:48 Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək Dünən, 20:48 ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb Dünən, 20:48 Bərdədə 17 yaşlı oğlanın meyiti evdə tapıldı Dünən, 20:48 Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb Dünən, 20:48 Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı Dünən, 19:48 Lənkəranda qeyri-sabit hava şəraiti sitrus meyvə bağlarına ciddi ziyan vurub Dünən, 19:48 Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar Dünən, 19:48 Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb Dünən, 19:48 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib Dünən, 19:48 Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə Dünən, 18:48 Ötən gün itkin düşən 10 nəfər tapılıb Dünən, 18:48 Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR