10-02-2026, 21:48 220

ABŞ vitse-prezidentinin Bakı səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ

"Azərbaycanın müstəqil və balanslı xarici siyasəti beynəlxalq müstəvidə öz bəhrəsini verməkdədir.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursu ölkəmizin milli maraqlarının etibarlı şəkildə təmin olunmasına, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Son illərdə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası da məhz bu siyasətin məntiqi nəticəsidir".

AVESTA.AZ xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, bu baxımdan, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri son dövrdə Azərbaycana həyata keçirilən ən yüksəksəviyyəli səfərlərdən biri olmaqla, iki dövlət arasında mövcud siyasi dialoqun, qarşılıqlı hörmət və etimad mühitinin bariz nümunəsidir:

"Bu səfər ABŞ tərəfinin Azərbaycana və regionda həyata keçirilən siyasətə verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə aparılan yüksəksəviyyəli görüşlər ABŞ-Azərbaycan münasibətlərinin artıq strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini bir daha təsdiqləyir. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Eyni zamanda, tərəflər Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb, regionda uzunmüddətli əməkdaşlıq və inkişaf üçün əlverişli şəraitin yaradılmasına dair ortaq mövqelərini ifadə ediblər. ABŞ-nin bölgədə sülh və sabitliyin möhkəmləndirilməsində Azərbaycanın aparıcı və konstruktiv rolunu yüksək qiymətləndirməsi, ölkəmizin artan geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edildiyini bir daha göstərir. Bu səfər, eyni zamanda, ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və ümumi maraqlara əsaslanan tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inam yaradır".

"Səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir. Bu mühüm sənəd iki ölkə arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını daha da möhkəmləndirməklə, tərəfdaşlığın uzunmüddətli və davamlı xarakter daşıdığını təsdiqləyir. Xartiya enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, qlobal enerji bazarlarının sabitliyinə töhfə verilməsi, həmçinin Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunun daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sənəddə, eyni zamanda, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin inkişafı, Orta Dəhlizin funksionallığının artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi nəzərdə tutulur. Terrorizmə, transmilli cinayətkarlığa və digər qlobal təhlükələrə qarşı birgə mübarizə məsələləri də Xartiyanın prioritet istiqamətləri sırasında yer alır"-parlamentari vurğulayıb.

Müsahibimiz qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Prezident İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzuna xüsusi diqqət çəkib:

"Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampla yanaşı, həm strateji müttəfiqi Türkiyə, həm də ABŞ-nin Yaxın Şərqdə əsas tərəfdaşlarından biri olan İsraillə səmimi və etibarlı münasibətlərə malik olan nadir dünya liderlərindəndir. Bu bəyanat Azərbaycanın xarici siyasətinin balanslı və praqmatik mahiyyətini əks etdirməklə yanaşı, ölkəmizin müxtəlif geosiyasi mərkəzlər arasında etibarlı körpü rolunu oynadığını da nümayiş etdirir. Qeyd olunan fikirlər Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursunun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan qlobal və regional proseslərdə etibarlı tərəfdaş, dialoqa açıq və sabitləşdirici aktor kimi qəbul olunur. Bu amil isə ABŞ-Azərbaycan münasibətlərinin gələcəkdə daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır".

Paylaş

Xəbər lenti

"Fənərbağça"da daha bir ayrılıq: Sofyan Amrabat getdi Bu gün, 22:48 Şəhidin həyat yoldaşı da tələbə olub, qızı da - FOTO Bu gün, 22:48 Sıla Türkoğlu nişanlandı Bu gün, 22:48 İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib Bu gün, 22:48 Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Bu gün, 21:48 MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI Bu gün, 21:48 Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF Bu gün, 21:48 "Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb Bu gün, 21:48 Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO Bu gün, 21:48 Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb Bu gün, 21:48 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu Bu gün, 20:48 Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib Bu gün, 20:48 Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir Bu gün, 20:48 Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı XƏBƏRDARLIQ Bu gün, 20:48 Coşqun Əliyev qızıl medal qazanıb Bu gün, 20:48 Kiyevə hücumlar davam edir: Ukraynanın paytaxtında son vəziyyət Bu gün, 19:48 Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir? Bu gün, 19:48 Məşhur aktrisa dördüncü dəfə evləndi Bu gün, 19:48 Bakıda açıq ərazidəki yanğın söndürülüb Bu gün, 19:48 Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar Bu gün, 19:48 Şirvanda qəza olub - Ölən və yaralanan var Bu gün, 19:48 Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər Bu gün, 18:48 Lamiyə Ələkbərova: "Blogerlər tələbəyə nə öyrədəcək?" Bu gün, 18:48 Yol zəbt olunub, yoxsa evin sərhədidir? Bu gün, 18:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatdı Bu gün, 18:48 Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir Bu gün, 18:48 Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub Bu gün, 18:48 Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi Bu gün, 18:48 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU Bu gün, 17:48 Günel Zeynalovanın başına iş gəldi - Ayağı zədələndi Bu gün, 17:48 Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb Bu gün, 17:48 İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib Bu gün, 17:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib Bu gün, 17:48 Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb Bu gün, 17:48 Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb Bu gün, 16:48 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri bu səbəbdən təxirə salındı Bu gün, 16:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib Bu gün, 16:48 Pentaqon rəhbəri haqqında yayılan bu xəbərləri təkzib etdi Bu gün, 16:48 "Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram" Bu gün, 16:48 39 yaşlı Kerem Bürsin əməliyyat olundu Bu gün, 16:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı Bu gün, 16:48 "Çelsi"nin ulduzu "Mançester Siti"yə "hə" dedi Bu gün, 16:48 11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ Bu gün, 15:48 Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır Bu gün, 15:48 Silvestr Stallonenin 30 yaşlı qızı nişanlandı Bu gün, 15:48 XƏBƏRDARLIQ: Bu tarixlərdə hava dəyişəcək Bu gün, 15:48 UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi açıqlanıb Bu gün, 15:48 Sitalçayda qatar minik avtomobili ilə toqquşdu Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR