12-01-2022, 17:17 1031

Son illər Türkiyə teatr və kino sahəsinin məşhurlaşdırdığı aktyor Mehmet Pala Azərbaycana səfər edib. Azərbaycan və Türkiyənin ortaq işi olan “Dəlilər Fatihin fərmanıı” filmində bərabər rol aldığı azərbaycanlı aktyor Namiq Rüstəmxanlının dəvəti ilə Bakıya gələn sənətçi burada bir çox tarixi məkanları, Şəhidlər Xiyabanını ziyarət edib.

Aktyor səfəri çərçivəsində Bakupost.az saytını da ziyarət edib və geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Mehmet bəy, sizi Azərbaycanda xoş gördük. Bildiyim qədərilə bu sizin Azərbaycana ilk gəlişinizdir...
- Xoş gördük. Bəli, Azərbaycana ilk dəfədir gəlirəm. İllərdir, Azərbaycana gəlmək istəyim var idi, amma işlər, çəkilişlər çox olduğu üçün heç cür zaman ayırıb gəlmək fürsətim olmurdu. Bu il bir boş zaman tapdım və Bakını, azərbaycanlı qardaşlarımızı görməyə gəldim.

- Bakıda ən çox hansı məkanı bəyəndiyiniz?
- Bakıda olmaqdan ən çox həzz aldığım yer “Qənimətlər Parkı” oldu. Oranı böyük qürur hissi ilə gəzdim. Kədərli günlərimizdə hər zaman birlikdə olduq, sevincli gündə də bir olmağa gəldik. Bu dəvətə, Bakının müqəddəs yerləri ilə məni tanş etdiyi üçün abim, məsləkdaşım Namiq Rüstəmxanlıya minnətdarlığımı bildirirəm.

- Azərbaycanda olduğunuz müddət ərzində hansı sənət ocaqlarında oldunuz, sənətçilərimizlə görüşmək fürsəti yarandımı?
- Çox istədim. Amma çatdıra bilmədim. Akademik Dövlət Milli Dram Teatrında çox izləmək istədiyim bir tamaşa var, ancaq həmin tamaşanın olduğu gün mən Türkiyədə olmalıyam. Təəssüfləndim, amma yaxın günlərdə yenidən Azərbaycanda olacağım üçün mütləq azərbaycanlı həmkarlarımın oynadığı tamaşaları izləyəcəm. Çünki mənim üçün çox maraqlıdır Azərbaycanda teatr aktyorlarını canlı səhnədə izləmək. Bilirsiniz ki, mən də əslində, teatr aktyoruyam, İstanbul Dövlət Teatrında çalışmışam. Bilirəm ki, Azərbaycanda teatr aktyorları Stanislavski məktəbindən bəhrələnib. Biz bir az Erik Moris məktəbindən bəhrələnmişik. Ona görə də Azərbaycanda teatr aktyorlarının səhnədə duruşunu görmək mənə çox maraqlıdır.

- Heç internet vasitəsilə izləmədinizmi? YouTube-a xeyli tamaşalarımız yerləşdirilib?
-Yox. Teatr YouTube-dan izlənilməz. Mən sənəti canlı, yerində görməyin daha doğru olduğunu müdafiə edən insanlardanam. Kiçik bir telefon, televizor ekranından aktyorun etdiyi jesti, o duyğunu, gözlərindəki o işıltını görmək mümkün deyil. Canlı izlənildiyi zaman tamaşadan aldığın zövq başqadır.

- Mehmet bəy, bir az da özünüzdən bəhs edək. Necə bir ailədə doğuldunuz, hansı mühitdə yetişdiniz?
- Mən 1989-cu ildə Türkiyənin Uşak şəhərində doğulmuşam. Universitetdə oxuduğum dövrdə İstanbula köçdüm. İstanbul Universitetinin Sosiologiya bölümünü bitirmişəm. Standart bir Anadolu ailəsinin tək oğluyam. Aşırı dərəcədə teatr və kino izləyicisi olmuşam hər zaman. Bu sənətə sevgim və marağım var idi. Amma məndən aktyor olardımı, əlbəttə, bu barədə bir fikrim yox idi. Universitetdə oxuduğum illərdə bir dostum bəylik kataloqlarına çəkilirdi. Fotomodellik edirdi. Mən də gündəlik xərcliyimi çıxartmaq məqsədilə ona qoşuldum. Orda bir “Medya Yapım” şirkətinin rəhbəri ilə tanış olduq. O mənə aktyorluq təklif etdi. Mən də cavab verdim ki, fotomodellik etməyi bilirəm, amma aktyorluq edə bilərəmmi bilmirəm. Çünki təhsilim yoxdu. Dedilər, biz sənə təhsil aldırırıq. 9 ay mənə aktyorluq təlimləri keçdilər. İlk film təcrübəm yaponlarla oldu. 2015-ci ildə Türk-Yapon ortaq işi olan “Ərtoğrul 1890” filmində oynadım. Sonra özəl teatrda çalışdım, bir müddət sonra isə İstanbul Dövlət Teatrında davam etdim. Və 2016-cı ildə həyatıma “Diriliş Ərtoğrul” gəldi.

- “Diriliş Ərtoğrul” yaradıcılığınıza və həyatınıza nələr qatdı?
- “Diriliş Ərtoğrul” ilə həyatıma şöhrət gəldi. Bu gün hələ də o serialda canlandırdığım obrazın - Kutlucanın şöhrətini daşıyıram. Küçədə insanlar məni görəndə hələ də Kutluca deyir. “Diriliş Ərtoğrul” dan sonra beş filmdə oynadım, seriala çəkildim. Amma insanların yaddaşında ən çox Kutluca ilə qalmışam.

- Bir neçə tarixi serial və filmə çəkilmisiniz. İstərdim bir az tarixi filmlərin kulisindən danışaq. Necə bir atmosfer var o kulislərdə. Nə kimi çətinliklər yaşanır, ən həyəcanlı tərəfləri nələrdir?
- Tarixi seriallar gündəlik çəkilən seriallarla müqayisədə olduqca çətindir. Ağır təlimlər tələb edən bir layihələrdir. Sizin televizordan izlədiyiniz bir dəqiqəlik atlı səhnəsini biz yeri gələndə 6-7 saatda çəkirik. At yerində dayanmır, hava şəraiti uyğun gəlmir və müxtəlif səbəblərdən çəkilişlər uzana bilir. Hər bir aktyor tarixi filmdə, serialda setə çıxmazdan əvvəl 4-5 ay xüsusi təlimlər alır. At minmək, ox atmaq, qılınc oynatmaq və yaxın döyüş təlimləri daxildir bu təlimlərə.

- Əsrlər əvvəlki hadisələrdə yer almaq necə bir hissdir?
- Möhtəşəm bir hissdir. Bizi həm də psixoloji olaraq o atmosferə hazırlayırlar. 13-cü əsrdə yaşamış bir adam necə otururdu, necə davranırdı, necə gülürdü bunların hamısını biz qeyd etdiyim o təlimlər müddətində artıq mənimsəyirik. Auksion səhnələrini Qazaxıstanın Nomand adlanan döyüş xoreoqraflarından ibarət komanda ilə işlədik. Bir aktyor bədənsəl qabiliyyətlərini hər zaman inkişaf etdirməlidir. Məsələn, Azərbaycanla Türkiyənin ortaq işi olan “Dəlilər Fatihin fərmanı” filmində də mizraqdan istifadə etmək üçün iki ay təlim keçdim. Sirklərdə bilirsiniz akrobatlar dəyənəyin hər iki ucuna alov taxaraq onu fırladır. Bax həmin iki aylıq təlim nəticəsində mən, həm o dəyənəyi fırladırdım, həm də o vəziyyətdə döyüşə bilirdim. Bu işin belə tərəfləri var. Yəni əməksiz yemək yoxdur (gülür).

- Uzun müddət davam edən bir layihə idi “Diriliş Ərtoğrul”. Həftənin altı günü o serialın setində olurdunuz. Kutluca obrazından çıxmağın çətinliyini yaşadığınız anlar oldumu?
- Psixoloji eniş çıxışlar olurdu təbii ki. Məsələn, 13-cü əsrdə yaşamış bir adamın obrazını canlandırırsan atdan düşüb, avtomobilinə minib evə gedirsən. Amma içindən çıxa bilmədiyim bir obraz olmadı. Nə edim indi Kutlucanı oynadım deyə evə atla getməliyəm (gülür).
Amma belə bir şey yaşadım. “Diriliş Ərtoğrul”da Kutlucanı oynadığım zaman bir gün teatra dostlarımla görüşməyə getdim. Kulisdə dostum məni qoyub getdi qəhvə almağa. Gələndə məndən soruşdu ki, nə olub? Təəccübləndim. Heç nə anlamıram. Dedi oğlum uşağa niyə elə baxırsan? Dedim necə baxıram ki? Dedi döyəcəkmiş kimi baxırsan (gülür). O mimika üzümə necə yapışıbsa normal həyatda da artıq o cür gəzirəm. Daha sərt, kobud. Bilirsiniz Kutluca heç gülməyən bir adam idi. Bundan başqa bir şey olmadı.

- İnsanların reaksiyaları necə idi? Ən maraqlı tamaşaçı reaksiyası hansı olub?
- Kutluca öləndə çox maraqlı reaksiyalar gördüm. Kəbədə yasin oxutdurmuşdular hətta. Bir əmim var məmləkətdə yaşayır. O, film, serial izləyən bir adam deyil. Məscidə gedib namaz qılmağa. Məscidin çıxışında camaat əmimə başsağlığı verib. Adam qorxub mənə zəng etmişdi. Ərtoğrula ox atdığım bir səhnə vardı. Sosial mediada əməlli başlı mənə hücum etmişdilər ki, “sən Qayı bəyinə necə ox ata bilərsən”.

- Yaxşı aktyor olmağın sizə görə əsas nüansları nədir?
- Yaxşı aktyor ola bilmək üçün təhsil şərtdir, amma təməl əlbəttə ki, istedaddır. Yaxşı aktyor özünü daim inkişaf etdirən, bir çox qabiliyyətə sahib, yaxşı müşahidə etmək qabiliyyəti olan, sistemli mütaliə edən, empatiya hissi olan aktyordur. Yəni aktyorluq, “mən çox yaraşıqlıyam, mən çox gözələm məndən də aktyor olar” belə bir şey deyil. Bu bir az əzm, zəhmət sərf edilərək təcrübə qazanılaraq meydana çıxan bir işdir. Biz həmişə belə deyirik, aktyorluq sonu olmayan bir nərdivandır. 12 ildir, bu işi görürəm. İstanbul Dövlət Teatrında səhnə ala biləcək qədər irəliləmişəm, amma hiss edirəm ki, hələ də öyrənməli olduğum çox şey var. Çünki bir filmdə bir aktyorla qarşılaşıram ondan bir şey götürə bilirəm. Yeşilçam artistlərimiz var bizim, məsələn, Erdem Alkan kimi usta bir aktyorla tərəf müqabili olmuşam. Ondan öyrəndiyim çox şey oldu.

- Yuxarıda qeyd etdiyiniz kimi, Azərbaycan və Türkiyənin ortaq işi olan “Dəlilər Fatihin fərmanı” filmində də rol almısınız. Bu filmə bağlı düşüncələriniz də maraqlı olardı?
- Çox böyük və dərdi olan bir layihə idi. Bu layihədə yer almaq ayrı bir qüruru var. Osmanlı dəlilərindən, öndən kəfənlə gedən, Vətən üçün şəhadətə susamış əsgərlərimizdən bəhs edən bir filmdi. Azərbaycandan Milli Qəhrəman Mübariz İbrahimovu, Türkiyədən Eren Bülbülü andıq. Mübariz İbrahimovu azərbaycanlı aktyor dostum Namiq Rüstəmxanlı canlandırırdı. Düşünürəm ki, “Dəlilər Fatihin ormanı” istər mövzusu, istər görüntü effektləri baxımından xoş bir səda buraxdıq. Mən belə bir milli filmdə rol aldığım üçün çox xoşbəxtəm.

- Sizi daha çox mövzusu tarix olan layihələrdə görürük. Seçici olmanızdan irəli gəlir bu?
- Seçiciyəm doğrudur. Əsasən tarixi və milli-mənəvi dəyərlərin qorunduğu serial və filmlərdə rol almaq olub seçimim. Təbii ki, mövzusu eşq olan romantik filmlərə, seriallara da təkliflər alıram. Amma mən qəbul etmirəm. Bu bir vəbaldır deyə düşünürəm. Gələcək nəsillərə əxlaqsızlığı ötürmək çox səhv addımdır. Bu mənim baxışımdır təbii ki. Milliyyətçi bir ailənin övladıyam. Mənim əxlaqi dəyərlərim o cür rolları ifa etməyə izn vermir. Bəsit bir örnək verim. Bizim sektorda məşhur “Türkan Şoray qanunları”mız var. Türkan Şoray karyerası boyunca açıq-saçıq, səhnələrə çəkilməyib. Bizdə də elədir.

- Belə çıxır ki, Türkiyədə dediyiniz kimi filmlərə çəkilən həmkarlarınızı qəbul etmirsiniz?
-Yox əsla. Bu, sadəcə mənim qaydalarımdır. Qaydası olmayanlara hörmət göstərirəm təbii. Amma mən ömrüm boyu elə səhnələrə çəkilmərəm və çəkilməyəcəyim üçün də elə seriallarda oynamıram. Bəlkə eşq filmlərində olması lazım olan səhnələrdir. Amma düşünürəm biz bu səhnələrlə insanlara nə verə bilərik ki? O buna xəyanət edir, bu ona xəyanət edir. İnsanlarımız bunu izləyir və bu normallaşır. Bu gün Türkiyə kanalları doludur bu mövzuda seriallarla.

- Teatr aktyoru üçün film səhnəsinə uyğunlaşma müddəti nə qədərdir? Belə bir müddət varmı? Yoxsa, əsl sənətkar üçün belə bir problem olmur?
- Teatrda canlı tamaşaçı ilə davamlı təmas halında olur aktyor. Amma film səhnəsində belə bir vəziyyət yoxdur. Filmin çəkilişində bir səhv etdiyiniz zaman çəkilişi dayandırıb həmin səhnəni yenidən çəkmək mümkündür. Amma teatr səhnəsində belə bir şansımız yoxdur. Bu vəziyyəti teatr səhnəsində bədahətən nələrsə düşünüb deməklə tənzimləmək lazım olur ki, bunun üçün həqiqətən çox-çox istedadlı olmaq lazımdır. Əsl aktyorluq teatr səhnəsində bəlli olur, serialda, filmdə deyil. Sualdan yayındım deyəsən (gülür). Bəzi aktyorlar əlbəttə müəyyən qədər çətinlik yaşayır bu mövzuda. Mən çox şükür tez keçdim o mərhələni. Tez uyğunlaşdım film setinə.

- Azərbaycanda illərdir insanlar teatr binalarının yanından etinasız keçib gedirlər. Türkiyədə teatrlara tamaşaçı marağı hansı səviyyədədir?
- Azərbaycanda bildiyim qədərilə əsas dövlət teatrları fəaliyyət göstərir.

- Son illər özəl teatrlar da yaranmağa başlayıb...
- Baxın Türkiyədə var şəhər teatrları, var bələdiyyə teatrları, var dövlət teatrları və bir də özəl teatrlar. Hamısında alternativ tamaşalar var. Bəli, bu gün Türkiyədə də teatr tamaşaçısı çox deyil, amma boş da deyil. Tamaşalar olur ki, həftələrlə bilet tapmaq olmur kassalarda.

- Türkiyədə susub heç bir şeyə qarışmayan, ancaq sənəti ilə məşğul olan sənətçilər var, bir də sosial məsələlərdə xalqın yanında olub dövlətlə arası çox da yaxşı olmayan sənətçilər. Siz hansı sənətçilərdənsiniz?
- Mən ömrümün heç bir dövründə dövlətimin əleyhində, heç bir mövqedə yer almadım. Sənətçi müxalif ola bilər. Bunda problem yoxdur. Tənqid edə bilər, bundan bəslənə də bilər. Amma illərdir isidib-isidib önümüzə qoyulan bir fikir var: “Sənətçi müxalif olmalıdır”. Mənə görə axmaq bir fikirdir. Sənətçi müxalif olmaq məcburiyyətində deyil. Məsələn, Şekspir, Betxoven dövlətin çətiri altında Şekspir və Betxoven olub. Həyatlarını oxuyanlar bilir. Bizdə vəziyyət “nə qədər müxalifsən, o qədər sənətçisən” kimi bir hal alıb. Çünki Cümhuriyyət dövründən sonra kültür, sənət sahəsi Türkiyədəki sol fikirli insanların əlində idi, hələ də bu belədir. O vaxtlar Rəcəb Tayyib Ərdoğan da “Kültür və sənətdə sinifdə qaldıq” demişdi.

- Səbəb nə idi?
- Sağ kəsim olaraq sinifdə qalma səbəbimiz bu idi ki, bu sahəni doldura bilmədik. Yeni aktyorlar, yeni rejissorlar yetişdirə bilmirdik. Çünki mühafizəkar ailələrin uşaqları əvvəllər bu sahəyə gəlməyə çox da ürək etməzdi. Çünki aktyor dediyimiz zaman Türk ailələrinin beynində içkili halda hansısa məkandan çıxıb kameralara “çəkmə, çəkmə” deyən, əlləm-qəlləm işlərlə məşğul olan bir profil formalaşmışdı. Biz həmişə, “bizə görə deyil bu iş, əxlaqımıza uyğun deyil” fikirləri ilə bu sahədən uzaq durmuşuq. Amma əxlaqını pozmadan da sənətçi olmağın mümkün olduğunu gördük. Bunlar seçim məsələsidir.

- Ədəbiyyatla necə bir bağınız var?
- Ədəbiyyatla ailədən bir bağım var. Əmim yazıçıdır. Özüm də universitet illərimdə şeirlər yazırdım. Amma sonra davam etmədim. Oxumağı daha çox sevirəm. Biz bir az romantik bir ailəyik (gülür). Nurullah Genç, Nihal Adsız, Yavuz Bülent Bakileri çox sevərək oxuyuram. Azərbaycandan Sabir Rüstəmxanlının şeirlərini oxumuşam. Çox gözəl şeirləri var.

- Azərbaycandan ölkənizə hansı təəssüratlarla qayıdırsınız?
- Əvvəla onu deyim ki, başqa bir ölkəyə gəlmiş kimi hiss etmədim özümü. Sanki Türkiyədə başqa bir şəhərə gəlmiş kimiyəm. Heç yadlıq hiss etmədim. Başqa bir ölkəyə getdiyimiz zaman başqa dildə danışırıq, yeməklərə, ətrafa yad oluruq. Amma burda elə deyil. Çox rahatlıqla hər kəslə anlaşmaq olur, yeməklərini yeyə bilirsən, eyni şeyləri sevirik. Azərbaycanda insanların qonaqpərvərliyini onsuz da bilirdim, çox eşitmişdim. Amma burda qaldığım müddətdə bunun şəxsən şahidi oldum. Bu məni çox xoşbəxt etdi. Bir türk dövlətinin öz milli-mənəvi dəyərlərinə sahib çıxmasına çox sevindim. Çox gözəl bir millətdir Azərbaycan türkləri.

Bu səfərdə mənim əziyyətimi çəkən başda abim Namiq Rüstəmxanlıya, Anar Atakişi, Səbuhi Məmmədov, Zaur Yusifov və digər dostlar təşəkkürümü bildirirəm.

Paylaş

Xəbər lenti

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bu gün, 17:48 Rusiyanın yerinə üçüncü dövlət: Paşinyan kimi nəzərdə tutur? Bu gün, 17:48 Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" Bu gün, 17:48 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir Bu gün, 17:48 Toni Kortes "Sabah"ın fenomeni haqqında: "Sərhədləri aşan hekayə" Bu gün, 17:48 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR Bu gün, 17:48 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI Bu gün, 17:48 Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır Bu gün, 17:48 Azərbaycanda indiyə qədər 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb Bu gün, 16:48 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB Bu gün, 16:48 Kəlbəcərə dolu yağıb Bu gün, 16:48 SOCAR-ın Qaz İxrac İdarəsi 7 ayda qeyri-neft-qaz ixracından 8 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 16:48 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək Bu gün, 16:48 SOCAR ilk dəfə Xəzərdə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb Bu gün, 16:48 Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır" Bu gün, 16:48 "Barselona"ya getmək istəyən Alvarezə Simeonedən gözlənilməz mesaj Bu gün, 16:48 BEOC "Ən yaxşı Korporativ Mədəniyyət Transformasiyası" nominasiyasında mükafata layiq görülüb! Bu gün, 15:48 Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib Bu gün, 15:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatdı Bu gün, 15:48 Premyer Liqa: "Neftçi", "Sabah" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları açıqlanıb Bu gün, 15:48 Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ Bu gün, 15:48 KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub Bu gün, 15:48 Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik Bu gün, 15:48 Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edib Bu gün, 15:48 "Pafos"da son oyunları buraxan Murad Məmmədov 2-3 həftəyə yaşıl meydanlara qayıdacaq Bu gün, 15:48 "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib Bu gün, 15:48 Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək Bu gün, 14:48 Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı Bu gün, 14:48 SOCAR-ın idarəsi 7 ayda qeyri-neft ixracından 176 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 14:48 Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 Nigar Fərhad sərbəst buraxıldı Bu gün, 14:48 Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu Bu gün, 14:48 Gəncədə 64 yaşlı qadın qətlə yetirilib, oğlu şübhəli bilinir Bu gün, 14:48 Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə yazdı Bu gün, 14:48 Qida allergiyası: Əlamətləri tanımaq həyati əhəmiyyət daşıyır Bu gün, 14:48 Bakıda yeni stansiyaların inşası digər tikililərə mənfi təsir edə bilər? - RƏSMİ Bu gün, 14:48 Bakcell-in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın Bu gün, 13:48 Norveç kralı V Harald vəfat etdi Bu gün, 13:48 Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi Bu gün, 13:48 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu Bu gün, 13:48 Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq Bu gün, 13:48 Azərbaycanda 1 milyon 100 min pensiyaçı var Bu gün, 13:48 Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 13:48 Taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək Bu gün, 13:48 ADY: Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb Bu gün, 12:48 Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək Bu gün, 12:48 Şükürbəyli və Horovluya qayıdan ailələrə evlərin açarları təqdim edilib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR