1-01-2022, 11:49 1197

Hollivud, Bollivud, türk, rus kinematoqrafı da daxil olmaqla, dünya kinosunun nəhəng layihələrində yer alan kaskadyor hazırda öz komandası ilə ən reytinqli serialın çəkilişlərində iştirak edir.

Avesta.az xəbər verir ki, Publika.az-ın müsahibi film istehsalında idman üzrə "Oskar" mükafatına layiq görülən qazax əsilli kaskadyor, dövrümüzün əfsanəsi sayılan Jaydarbek Kunqujinovdur.

- Dünyanın ən böyük kaskadyor şirkətlərindən sayılan "Nomad Stunts"ın qurucusu və sahibisiniz.

- Bəli, dünyanın ən güclü kaskadyor komandalarından birini yaratmağa nail olmuşam. 72 rəsmi üzvümüz var. Sizə bir şey deyim, biz kaskadyorlar dünyanın harasında yaşasaq da, bir ailə kimiyik. Layihələrimizdə bir-birimizə yardım etməkdən çəkinmirik. Özü də bunu məsələnin tək maddi yönünə görə etmirik. Bildiyiniz kimi, kaskadyorluq çox təhlükəli peşədir, belə deyim, əsl kişi sənətidir. Kişi isə verdiyi sözün həmişə arxasında durmalıdır. Biz bu sahənin ən çətin yönlərindən olan atla tryukları yerinə yetiririk. Bu, çox çətin məsələdir. Çünki məsələn, maşınla bağlı tryuklarda vəziyyəti tam ələ almaq olur. At isə canlıdır. Onun hansı vəziyyətdə necə davranacağını, hansı reaksiya göstərəcəyini bilmirsən. Zədə də, təhlükə də daha çoxdur. Məsələn, hazırda iştirak etdiyimiz layihədə avropasayağı simalar tələb olunur. Amma biz bu işi onlardan qat-qat yaxşı bacardığımız üçün bizə müracət etdilər. Mən də layihə üçün tələb olunan görünüşlü üzvlərimizi seçib onları hazırladım. Ümumiyyətlə, "Nomad Stunts"da bir çox ölkədən olan kaskadyorları toplamışıq.

- İstənilən türk xalqının taleyində atın xüsusi yeri var və əsrlər keçsə də, bu, dəyişmir.

- Atlarla olan döyüş səhnələrinə baxanda tamaşaçı elə bilir ki, at zədə alır, həyatını itirir. Əslində isə biz onlarla ən az 4 il məşqlər keçirik. Elə ilk səhnədə at zədə alıb öləcəksə, bizim peşəmizin nə önəmi qalar? Ümumiyyətlə, at çox güclü heyvandır, möhkəm əzələləri var. Davamlı məşqlərdən sonra yıxılmaq, tullanmaq kimi çətin hərəkətləri asanlıqla yerinə yetirirlər. İnanırsınız, bizdə kaskadyorlar atlardan çox zədə alırlar. Neçə illərdir atlarla çalışıram. Hələ bir dəfə də ölüm halı olmayıb. Bəzən soyuqlaya bilərlər, dağa-daşa çıxanda ayaqları yüngül zədə alar. Atlarıma qarşı münasibətim komandamın üzvlərinə olan davranışımdan fərqlənmir. Mənimlə 12 il çalışan atlarım olub. Artıq qocalandan sonra təqaüdə yollamışam. Biz onlarsız heç nəyik axı... Çox gözəl baxırıq onlara. Vitaminləri, tibbi yoxlanışları da öz yerində. Dünyanın hər yerindəki layihələrə birgə gedirik.

Побеждающий страх Жайдарбек Кунгужинов | Новости Казахстана: последние новости на Kazakh TV | Kazakh TV

- Əminəm ki, pandemiya dövrü komandanızı və atlarınızı az da olsa, formadan saldı...

- Bilirsiniz, həyatımızın hər bir dönəmini ziyanımıza deyil, xeyrimizə dəyişə bilərik. Bəli, atlarımız üçün çətinlik az olmadı. Onlarla məşq etmək imkanımız məhdudlaşmışdı. Amma hər bir vəziyyətdən çıxış yolu var. Kiçik məkan kirayələyib gənc kaskadyorlara dərslər verməyə başladıq. Bu gərgin dövrü də özümüz üçün faydalı işlərlə zənginləşdirdik. Hətta atlarımıza da bol zaman ayıra bildik.

- Kaskadyorluq amansız peşədir. Həyatınızı riskə atıb təhlükə ilə üz-üzə qalan siz, amma gözümüzdə qəhrəmanlıq, cəsarət rəmzi kimi canlanan aktyorlar olur.

- (Gülür) Yox, deməzdim. Bizim çox gözəl peşəmiz var. Məsələn, bu gün Hindistanda çəkilişlərdə olursan, bərk zədə alırsan, amma yenə özünü toplayıb Moskvaya gəlirsən. Bu, sənətdən çox həyat tərzidir. Sevdiyin peşədə özünü sübut etməkdir. Ancaq bəzən təbii ki, bizim də incidiyimiz, ruhdan düşdüyümüz məqamlar olur.

- Hansı məqamı nəzərdə tutursunuz?

- Çəkilişlər boyu bütün tryukları aktyorun əvəzinə sən edirsən. Film hazır olandan sonra müsahibələrdə deyir ki, təhlükəli səhnələrin hamısında özü çəkilib. Burdan səslənmək istəyirəm. Belə iddialara inanmayın. Doğrudur, bəzi hallarda aktyor özü riskli səhnələrə çəkilə bilər. Amma həyati təhlükə daşıyan tryukları mütləq kaskadyor edir. Axı biz illər boyu bunun təhsilini alırıq. Komandamın üzvləri əllərini, ayaqlarını sındırıblar, onurğalarından zədə alıblar, amma sənəti atmayıblar. Çünki biz buna psixoloji hazırıq. Yaxud da film hazır olandan sonra tamaşaçıları daha çox cəlb etmək üçün anonsları ekşn səhnələr bəzəyir. İş titrlara gələndə isə bizim adlarımız son sıralarda yer alır. Bu, sovet sisteminin qalıqlarıdır. Mən bununla da razı deyiləm. Hollivudda isə əksinə, adımız daha ön sıralarda olur. Amma təbii ki, prinsipcə biz aktyorların imicini qaldırmaq üçün çalışırıq. Çünki onların da peşəsi asan deyil. Aktyor tanınır, mənsə yox deyib, üzülmək bizə yaraşmaz.

- Sənət aləminə səs salan "Tomris" filminin yaradıcı heyətində sizin komandanız vardı.

- Bu film Mərkəzi Asiya xalqlarının əcdadları haqdadır. Onunla bağlı məlumatlara Herodotun, Strabonun və digər tarixçilərin əsərlərində də rast gəlinir. Amma biz filmi rus tarixi mənbələrindən istifadə olunmuş ssenari üzrə çəkdik. Kifayət qədər yüksək büdcəli ekran əsəridir. Mənbələrə görə, Əhəməni hökmdarı II Kir Orta Asiya ərazisini ələ keçirmək üçün bu torpaqlara üz tutur. Massagetlərin şahı öldükdən sonra hakimiyyətə onun dul arvadı Tomris keçir. Kir ona bir neçə dəfə evlilik təklifi etsə də, Tomris bunun torpaqlara sahib olmaq üçün qurulmuş oyun olduğunu anlayır. Əhəməni hökmdarı Tomrisin oğlunu hiylə ilə öldürür. Tomris ll Kirin qoşununu bütövlükdə məhv edir. Şərab çənini insan qanı ilə dolduraraq Kirin cəsədini tapmağı əmr edir. Onun başını çənin içinə soxaraq belə söyləyir: "Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən iç bu insan qanından". Filmdə 80-dən çox kaskadyor iştirak edib.

Каскадер Жайдарбек Кунгужинов: Нам надо писать интересные сценарии, адаптированные не только под наш менталитет - Новости Казахстана - свежие, актуальные, последние новости об о всем

- Zərif cinsin nümayəndələri ilə də çalışırsınız? Ümumiyyətlə, qadın və kişi kaskadyorların nə kimi fərqləri var?

- Bilirsiniz, mənim həyat yoldaşım da kaskadyor idi. Biz onunla çəkilişlərdə tanış olmuşuq. Uzun müddət mənimlə birgə çalışıb. Biz həm də sirk ustasıyıq. Öz komandamızı yaradandan sonra isə özümüzü filmlərə həsr etdik. "Tomris" filmində xanımım baş qəhrəmanın dublyoru idi. 4 övladımız var, bundan əlavə, aldığı ağır zədələr, yaş faktorunun da təsirindən kaskadyorluqdan uzaqlaşmaq məcburiyyətində qaldı. Amma böyük oğlumuz artıq peşəkar kaskadyor kimi bütün layihələrimizdə çalışır.

- Dünya kinematoqrafiyasının, həmçinin Hollivudun ən məşhur simaları ilə eyni layihələrdə yer almısınız. Bu haqda nə deyə bilərsiniz?

- İndiyədək Natali Portman, Silvestr Stallone, Samuel L Cekson, Kollin Farrel, Ed Harris, Brüs Uillis və bir çox digər dünya ulduzları ilə birgə çalışmışam. Bu, böyük xoşbəxtlikdir. Ömrümün sonunadək bəs edəcək gözəl xatirələrdir. Elə pandemiyadan öncə Hollivudun "Killerin kodeksi" ekran əsərində çalışdıq. Samuel L Ceksonun iştirakı ilə ərsəyə gələn bu film idi. Komandamızdan 10 nəfər iştirak edirdi. Onların da 2-si qadın idi. Demək olar ki, bütün səhnələrimiz çətinliklə başa gəlirdi. Daha sonra məşhur "Mulan" əsəri ərsəyə gəldi. Orada həm kaskadyor, həm də aktyor kimi rol aldım. Çinli və zellandiyalı həmkarlarımızla çalışdıq. "Qasım xan" filminin də adını xüsusi qeyd etmək istərdim. Bundan başqa, hazırda Türkiyənin tarixi və ən reytinqli seriallarında komandamla birgə çalışıram. Bəzi layihələrin adlarını qeyd etmək icazəm olmasa da, bütün dünyada ən maraqlı layihələrdə çalışırıq. Onu da deyim ki, Emir Kusturitsanın da layihəsinə dəvət almışıq. Amma əsas əməkdaşlığımız Hollivudda davam edir.

Жайдарбек Кунгужинов номад каскадер Казахстан Nomad Stunts

- Azərbaycanlı əməkdaşlarınız da var. Buna sevinirəm.

- Komandamızda azərbaycanlılar da çoxdur. Hollivud kaskadyorluq məktəbinin məzunu Sain Fərmanlı azərbaycanlı tələbələrimizlə çalışır. İllər öncə hərbi xidmətimi Azərbaycanın Mingəçevir şəhərində başa vurmuşam. Ona görə ölkəniz də, xalqınız da mənə çox doğmadır. Ölkənizdən təkliflər gəlir, yaxın zamanlarda Azərbaycana gəlib növbəti filialımızı açmağı planlaşdırırıq. Artıq bir sıra layihələrimizdə azərbaycanlı kaskadyorlarımız da bizimlə olacaq. Fürsətdən istifadə edib yeni ildə dost Azərbaycan xalqına sağlamlıq arzulayıram. Biz hamımız qohumuq, türkük. Bu da hər şeyi deyir. Növbəti ildə "Nomant Stunts"ın Azərbaycan şöbəsində görüşmək ümidilə. Yeni iliniz mübarək!

Paylaş

Xəbər lenti

Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik Bu gün, 00:48 Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır Bu gün, 00:48 Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib Bu gün, 00:48 Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün, 00:48 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür Bu gün, 00:48 Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək Dünən, 23:48 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi Dünən, 23:48 Mingəçevirdə usta iş başında öldü Dünən, 23:48 Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş Dünən, 23:48 Sibel Canın sevgilisi ev dustaqlığına buraxıldı Dünən, 22:48 Şəhid bulağına gələn su qəsdən dayandırılıb? - İcra hakimiyyəti ittiham edildi Dünən, 22:48 Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi Dünən, 22:48 Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir Dünən, 22:48 Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb Dünən, 22:48 Tanışlıq saytlarında YENİ DƏLƏDUZLUQ: İnsanları aldadıb şantaj edirlər Dünən, 22:48 10 rayonda torpaqlar satışa çıxarılır - Ən ucuz və bahalı sahələr açıqlandı Dünən, 21:48 Rəhbərlərə 3 600, müavinlərə 3 115 manat maaş veriləcək Dünən, 21:48 Türkiyədə DƏHŞƏT: Üç kənddə silahlı hücum, 9 nəfər öldürüldü Dünən, 21:48 Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək Dünən, 21:48 İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb Dünən, 20:48 Günəşdə böyük dəlik aşkar edildi Dünən, 20:48 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq Dünən, 20:48 Təsərrüfat sahibləri üçün yenilik Dünən, 20:48 İş axtaranlara şad xəbər Dünən, 20:48 Sahibə Qafarova Qazaxıstana səfər edib Dünən, 19:48 Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb Dünən, 19:48 Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia Dünən, 19:48 Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək Dünən, 19:48 DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək Dünən, 19:48 Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq Dünən, 18:48 24 tona yaxın yararsız hind quşu əti məhv edildi Dünən, 18:48 Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib Dünən, 18:48 Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər" Dünən, 18:48 Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilər - SƏBƏBLƏR Dünən, 18:48 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Dünən, 18:48 Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər Dünən, 18:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Dünən, 17:48 Onlar COP31-də çxış edəcəklər Dünən, 17:48 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb Dünən, 17:48 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava Dünən, 17:48 Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib Dünən, 17:48 Azərbaycanlı müğənni evindəki 20 min manatlıq qızıl məcməyini nümayiş etdirdi Dünən, 17:48 Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər Dünən, 17:48 Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər Dünən, 17:48 Bir qrup media nümayəndəsi təltif edilib - SƏRƏNCAM Dünən, 16:48 İlham Əliyev brazilyalı həmkarını təbrik edib Dünən, 16:48 Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR