10-02-2022, 21:16 1029

“Cücələrim”in ilk ifaçısı 75 yaşında:

Çoxları onu cücələrimin ilk ifaçısı, “Ulduz” filminin Yetəri, “Alma almaya bənzər”də telefonçu qız kimi tanıyır və sevir. İncəsənət aləmində əvəzsiz xidmətləri olan Azərbaycanın Əməkdar artisti Suğra Bağırzadə bu gün 75 yaşını qeyd edir.

Bizim.Media  Suğra Bağırzadə ilə yeni yaşında söhbət edib. Sevimli aktirisamızı yubiley yaşı münasibəti ilə təbrik etdik və ürək sözlərimizi çatdırdıq. 

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Suğra xanım, insanlar sizi daha çox aktrisa kimi tanıyır. Amma siz həm də rəssamsınız və Floristika Cəmiyyətinin üzvüsünüz. İnsanlar sizi daha çox hansı peşəniz ilə tanıyanda  xoşbəxt olursunuz? Aktrisa yoxsa rəssam-florist?

“Mənim üçün hər iki işim də əziz, müqəddəsdir. Amma mənim əsas işim mühəndislikdir. Çünki o vaxtların Neft-Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirmişəm. Ailə qurduqdan sonra bir il Elmi-Tədqiqat İnstitutunda işlədim. Atam istəmirdi ki, ömrümü kinoya həsr edim. Özünün elmə marağı böyük idi. 7 bacı və bir qardaşım var. Hamımız ali təhsilliyik. Böyük bacımın 86 yaşı var. Bəzilərimiz dissertasiya müdafiə edib. Hamı elmə bağlıdır, mən isə yeganə övladam ki, incəsənətlə məşğul oluram. Bundan da çox xoşbəxtəm. Allaha minnətdaram ki, bu imkanları mənə verərək 2 sənət sahibi olmağıma kömək olub”.

- Obrazını canlandırdığınız hansı rol sizin üçün doğmadır?

“Yəgin ki, “Ulduz” filmindəki Yetərdir. Çünki orada 15 yaşım var idi. Bu rol aldığım ilk böyük film idi. Lakin bundan əvvəl qısametrajlı filmdə çəkilmişdim. Uşaq vaxtımda böyük aktyorlarla birgə filmə çəkilmək, onlarla bir masada əyləşmək, söhbət etmək mənim üçün çox xoş idi. Ona görə də Yetər obrazı mənim üçün doğmadır”.

- Bu yaxınlarda BMT tərəfindən “Leonard Da Vinçi” medalı ilə təltif olunmusunuz, duyğularınız? 

“Çox şad oldum. Çünki bu medal mənim 75 illik yubileyimə görə verilən birinci və böyük hədiyyə idi. Həm də BMT tərəfindən dünya mədəniyyətinə göstərdiyim töhfələrə görə dəyərləndirilməyim məni çox xoşbəxt etdi”.

- Gözəl və eyni zamanda uğurlu qadın olmaq elə də asan deyil. Siz həm gözəl, həm də uğurlu qadın olmağınızda nələrə borclusunuz?

“Yəgin ki, xasiyyətim, əməllərim və özümü necə aparmağıma borcluyam. Mənim kiməsə qarşı paxıllığım, pisliyim olmayıb. Özüm də ki, başımı aşağı salıb işlərimlə məşğul olmuşam. Pandemiya dövründə də güllərimlə işlərimə davam etmişəm. Yaponlar əbəs yerə deməyib ki, güllərlə işləyən insanlar xoşbəxtdir. Səhərlər idman edirəm, gəzməyi sevirəm. Kitab oxuyuram, tamaşalara baxıram. Dünyanın hansı ölkəsinə gedirəmsə, orada teatrda oluram. Yəni insan öz üzərində işləməlidir. İşləməsən heç nəyə nail olmazsan. Elələri var ki, 57 yaşında qocaldıqlarını boynuna alırlar. Beyin qocalırsa, deməli, insan yaşlanır. Mən kitabımı 70 yaşında yazmışam”.

- Hazırda hansısa kinoda, serialda çəkilirsinizmi? Aktrisalıq fəaliyyətiniz nə yerdədi?

“Xeyr, hazırda çəkilmirəm. Təkliflər də yoxdur. Amma bir filmdə çəkilmişəm o da hələ tam yekunlaşmayıb. İnşallah bitdikdən sonra adı hər kəs üçün məlum olacaq”.

- Gözəllik sirrinizdən bir neçəsini açıqlayaraq, qadınlarımıza nələri məsləhət görərdiniz?

“Özlərinə diqqət etsinlər, baxımlı olsunlar və özlərini hər halları ilə sevməyə çalışsınlar. O zaman hər şey yaxşı olacaq”.

- Hazırda xanımlarımızın estetik əməliyyatlara tələbi artıb. Buna münasibətiniz nədir?

“Düzü mən estetik əməliyyatların tərəfdarıyam. Amma çox cavan yaşda yox, yaşlananda bu əməliyyatlara müraciət olunsa daha düzgün olar. Çünki yaşa dolduqca əzələlər pis işləyəcək, vaxtı çatanda edilən prosedurlar yaxşı görsənməyə bilər”.

- Bəs siz özünüz estetik etdirmisiniz?

“Xeyr, mən estetik əməliyyat etdirməmişəm. Dərimə qulluqlar etməklə kifayətlənirəm”.

- Yeni yaşınızdan gözlənti və istəkləriniz nələrdir?

“Bircə istəyim budur ki, tezliklə dünyadan bu xəstəliklər bitsin. Biz də yenə əvvəlki həyatımıza qaldığımız yerdən davam edə bilək. Çünki əsərlərimi göstərmək üçün forumlara gedə bilmirəm. İstəyirəm itkilərimiz az olsun. Hər kəs sağlam yaşasın. İstəklərim hələlik budur”.

Paylaş

Xəbər lenti

"Qalatasaray" "Milan"ın daha bir ulduzuna göz dikdi Bu gün, 00:48 Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ Bu gün, 00:48 Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər Bu gün, 00:48 Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir: Qazi ilə xəstəxana arasında QALMAQAL Dünən, 23:48 Cem Yılmaz xəstəxanaya yerləşdirildi Dünən, 23:48 Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər Dünən, 23:48 Arzu Nağıyevin ailəsində ağır itki Dünən, 23:48 Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə MEYDAN OXUDU: "Heç kimdən çəkinmirik" Dünən, 23:48 "Fənərbağça"da daha bir ayrılıq: Sofyan Amrabat getdi Dünən, 22:48 Şəhidin həyat yoldaşı da tələbə olub, qızı da - FOTO Dünən, 22:48 Sıla Türkoğlu nişanlandı Dünən, 22:48 İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib Dünən, 22:48 Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Dünən, 21:48 MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI Dünən, 21:48 Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF Dünən, 21:48 "Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb Dünən, 21:48 Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO Dünən, 21:48 Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb Dünən, 21:48 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu Dünən, 20:48 Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib Dünən, 20:48 Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir Dünən, 20:48 Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Coşqun Əliyev qızıl medal qazanıb Dünən, 20:48 Kiyevə hücumlar davam edir: Ukraynanın paytaxtında son vəziyyət Dünən, 19:48 Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir? Dünən, 19:48 Məşhur aktrisa dördüncü dəfə evləndi Dünən, 19:48 Bakıda açıq ərazidəki yanğın söndürülüb Dünən, 19:48 Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar Dünən, 19:48 Şirvanda qəza olub - Ölən və yaralanan var Dünən, 19:48 Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər Dünən, 18:48 Lamiyə Ələkbərova: "Blogerlər tələbəyə nə öyrədəcək?" Dünən, 18:48 Yol zəbt olunub, yoxsa evin sərhədidir? Dünən, 18:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatdı Dünən, 18:48 Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir Dünən, 18:48 Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub Dünən, 18:48 Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi Dünən, 18:48 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU Dünən, 17:48 Günel Zeynalovanın başına iş gəldi - Ayağı zədələndi Dünən, 17:48 Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb Dünən, 17:48 İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib Dünən, 17:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib Dünən, 17:48 Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb Dünən, 17:48 Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb Dünən, 16:48 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri bu səbəbdən təxirə salındı Dünən, 16:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib Dünən, 16:48 Pentaqon rəhbəri haqqında yayılan bu xəbərləri təkzib etdi Dünən, 16:48 "Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram" Dünən, 16:48 39 yaşlı Kerem Bürsin əməliyyat olundu Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR