27-02-2026, 21:48 172

Bakıda fəaliyyət göstərən "EMV Dent" klinikasında diş həkimi işləmiş 1972-ci il təvəllüdlü Şərur rayon sakini Elşən Musa oğlu Zaxarov pasiyentinə özünü klinikanın sahibi kimi təqdim edib, onun külli miqdarda pulunu ələ keçirib.

BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, o, dişlərini müalicə etdiyi Tahir Əhmədağa oğlu Hüseynovla müalicə dövründə yaxın münasibətlər yaradıb. Hüseynovun etibarını qazanıb, implant, rentgen və "Skaner Catcam" aparatları alınmasına şərikli vəsait qoyduqları halda yaxşı qazanc əldə edəcəkləri barədə ona yalan məlumat verib.

Zərərçəkmiş şəxsi inandırdıqdan sonra 29 noyabr 2023-cü ildə işlədiyi "EMV Dent" klinikasındakı xidməti otağında bu adla Tahir Hüseynovdan ümumilikdə 151 min manat alıb və mənimsəyib.

İstintaq orqanı tərəfindən Elşən Zaxarovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə E.Zaxarov ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, digərləri də onu aldatdığı üçün başına bu hadisələr gəlib:

"Onlar mənə Rusiyaya sanksiyalar tətbiq edildiyindən implantların həmin ölkədə daha tez satıla biləcəyini dedilər. Buna görə bütün malları həmin ölkəyə yolladım və bir müddət sonra maraqlananda onların yoxa çıxdığını gördüm. Həmin şəxsləri tapdım, onların yanına getdikdə mübahisələrimiz yarandı, dava zamanı diz qapağımı vuraraq sındırdılar. İmplantları Rusiya ərazisinə göndərməyimdən zərərçəkmişin məlumatı olmayıb".

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb.

Həmin ifadədə müttəhim Tahirdən 151 min manat pul aldığını təsdiqləyib:

"Pulların hamısını Nərimanov rayonunda "Metropark"la üz-üzə yerləşən "EMV dent" klinikasında iş otağımda götürmüşəm. Məqsədim implant alıb-satıb, qazanc əldə edərək Tahirlə yarı bölmək olub".

Zərərçəkmiş də məhkəmədə qeyd edib ki, onlar Elşənlə hər implanta görə qazancı böləcəklərinə razılaşıblarmış...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Zaxarov 6 il 6 ay müddətə azadlıqdan məhrum olunub.

Zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin edilib. 151 min manat maddi ziyanın və 444 manat dövlət rüsumunun mülki cavabdeh şəxsdən tutularaq zərərçəkmişə ödənilməsi qərara alınıb. O, təqsirləndirilən şəxsə qarşı 154 min manat mülki iddia qaldırıbmış.

Zərərçəkmiş və müttəhimin apellyasiya şikayətləri təmin olunmayıb.

Qeyd edək ki, Elşən Zaxarov diş həkimi kimi sosial şəbəkələrdə də aktiv olub. Paylaşımlarda Azərbaycanda ilk ağrısız, kəsiksiz, qansız və ən əsası, şəkər xəstələrinə də icra oluna bilən implant dişlərin düzəldilməsi barədə məlumatlar verib.

Həmçinin sosial şəbəkələrdə onun tərəfindən 3 dəqiqəyə ağrısız, qansız implantasiya icra etməsi haqda da reklam xarakterli materiallar yayılıb.

Paylaş

Xəbər lenti

Bişkekdə ŞƏT liderləri bir araya gəldi – sammit başladı Bu gün, 10:48 İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir Bu gün, 10:48 Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 10:48 Hacı Zeynalabdin Tağıyevin vəfatından 102 il ötür Bu gün, 10:48 Çinli döyüşçü Şanxaydakı qələbədən sonra Nurmaqomedovla yaşanan insidentdən danışdı Bu gün, 10:48 Bu tarixədək şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu Bu gün, 10:48 Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı Bu gün, 10:48 "Trend" 31 yaşını qeyd edir Bu gün, 10:48 Bu rayonlarda 2 gün QAZ OLMAYACAQ Bu gün, 10:48 Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin Bu gün, 10:48 ABŞ-nin "Times" meydanında silahlı hücum: 1 ölü, 1 yaralı Bu gün, 10:48 Bakının bəzi yollarında tıxac var Bu gün, 09:48 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü Bu gün, 09:48 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Bu gün, 09:48 Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir Bu gün, 09:48 Hikmət Hacıyev və Alen Simonyan arasında görüş keçirilib Bu gün, 09:48 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var Bu gün, 09:48 Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 09:48 Bakıda hava limanında ƏMƏLİYYAT Bu gün, 08:48 Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir" Bu gün, 08:48 Şuşa-Laçın yolundakı bədbəxt hadisədə ölən şəxslərin FOTOLARI Bu gün, 08:48 İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında Bu gün, 08:48 Bakıda havanın ən çox çirkləndiyi yer bəlli oldu Bu gün, 08:48 ABŞ-nin quru qoşunları naziri istefa verdi – Pentaqonda gərginlik Bu gün, 08:48 Rəqabət Məcəlləsi gözləntiləri doğruldub? - İqtisadçılar izah edirlər Bu gün, 08:48 Mirzoyan: Rusiya Türkiyə və Azərbaycan istiqamətində dəmir yolunun bərpasının müzakirəsinə hazırdır Bu gün, 00:48 Şorgöz kimi tanınan kişi bürcləri Bu gün, 00:48 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib Dünən, 23:48 Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb Dünən, 23:48 Turizm şirkətindən şikayət etdi, rəhbər cavab verdi: "1200 manat böyük pul deyil" Dünən, 23:48 Azərbaycanda ən çox hansı serial izlənirdi? - "Mehriban düşmən" ilə başlayan serial eşqi... Dünən, 23:48 Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi Dünən, 23:48 "Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı Dünən, 22:48 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir Dünən, 22:48 Təzə bişmiş isti çörək kimlər üçün zərərlidir? - Həkimlər xəbərdarlıq edir Dünən, 22:48 Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı Dünən, 22:48 Trampın dəyişdirdiyi ad Kanadanın dövlət qurumlarının xəritələrində də yer alıb Dünən, 22:48 Rusiyada səfərbərliklə bağlı açıqlama Dünən, 21:48 Masazırda duz yığımı dayanıb? Dünən, 21:48 Məktəblər açılır, virus təhlükəsi artır: uşaqları necə qoruyaq? Dünən, 21:48 Ağdaşda faciə: Vətən müharibəsi iştirakçısı qatarın altında qalaraq öldü Dünən, 21:48 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub Dünən, 21:48 İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib Dünən, 20:48 İvanka Tramp Kosta-Rikada sörf edib Dünən, 20:48 Pezeşkian: "İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır" Dünən, 20:48 Azərbaycanda avtomobillərin qiyməti 3-5 faiz BAHALAŞACAQ Dünən, 20:48 Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR