28-01-2026, 10:48 212

Sevgilisini videoları ilə şantaj edib pulunu alan şəxs barəsində bəraət qərarı ləğv olundu

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Kərim Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

AVESTA.AZ Pravda.az-a istinadən xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş şəxsin (mülki iddiaçı) apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qismən, yəni təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv olunub. Kərim Kərimov CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsdən (mülki cavabdeh) 10 000 manat pul və mülki iddia verməyə görə ödənilmiş 120 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxsə (mülki iddiaçı) ödənilməsi qərara alınıb.

Qeyd edək ki, ibtidai istintaq orqanı tərəfindən Kərim Kərimova qarşı ittiham ona görə irəli sürülüb ki, o, qeyri-rəsmi nikah münasibətində olduğu zərərçəkmiş Samirə Hacızadənin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək anasının xəstəliyi səbəbindən pula ehtiyacı olduğunu bildirib. Təqsirləndirilən şəxs sonradan qaytarmaq vədi ilə 2022-ci ilin may ayında 5 000 manat, iyun ayında isə daha 5 000 manat olmaqla, ümumilikdə 10 000 manat pulu qadından aldadaraq ələ keçirib.

Bundan əlavə, ittihama görə, Kərim 2022-ci ilin avqust və sentyabr aylarında Samirə ilə Yeni Günəşli yaşayış massivində yerləşən hoteldə çəkilmiş intim videoları yaymaqla hədələyərək, 5 000 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyalarını hədə-qorxu yolu ilə ələ keçirib.

Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırması zamanı təqdim olunan sübutlar əsasında həmin ittihamların təsdiqini tapmadığı qənaətinə gəlinib. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmaması, 182.2.2 və 182.2.4-cü (təkrarən və xeyli miqdarda əmlak əldə etməklə hədə-qorxu ilə tələb etmə) maddələri üzrə isə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilib. O, məhkəmə iclas zalında dərhal azad olunub.

Bununla belə, çıxarılmış hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs və onun nümayəndəsi isə apellyasiya şikayəti veriblər.

Paylaş

Xəbər lenti

Brüssel sakini itkin düşənlərin axtarışı ilə bağlı İrəvanı Bakı ilə əməkdaşlığa çağırıb Bu gün, 22:48 Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar Bu gün, 22:48 Bu rayonda 960 şagirdlik yeni məktəb TİKİLƏCƏK Bu gün, 22:48 Tünzalə Ağayevadan eşq etirafı: "Evlənməyə yox, amma …." Bu gün, 22:48 Tünzalə Ağayeva: "Sevginin yaşı yoxdur" Bu gün, 22:48 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib Bu gün, 22:48 Bakıda avtobuslar ən çox bu yollarda tıxaca düşür - SİYAHI Bu gün, 21:48 Bakıda binada uçqun Bu gün, 21:48 Kardiologiya İnstitutunun həyətində pasiyentin ürəyi iki dəfə dayandı - Həkimlər onun həyatını belə xilas etdi Bu gün, 21:48 Vətən müharibəsi qazisi qətlə yetirildi Bu gün, 21:48 Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal Bu gün, 20:48 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı Bu gün, 20:48 "Naxçıvan Aqroservis"in sədri həbs edilib Bu gün, 20:48 Çində 7 maqnitudalı zəlzələ olub Bu gün, 20:48 Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub Bu gün, 20:48 SOCAR-la İtaliyanın "Eni" şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib Bu gün, 20:48 Ağdamda avtoxuliqanlıq edən şəxs 15 sutka həbs edildi Bu gün, 19:48 Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı Bu gün, 19:48 Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib Bu gün, 19:48 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək Bu gün, 19:48 İstehlakçıların aldadılması ilə bağlı 8 ayda 396 müraciət daxil olub Bu gün, 18:48 Belarus müharibəyə hazırlaşır, lakin ondan yayınmağa çalışır Bu gün, 18:48 Sahil qəsəbəsində yaşayanların DİQQƏTİNƏ! Məhdudiyyət Bu gün, 18:48 Amnistiyaya düşən kişi arvadını döydü Bu gün, 18:48 Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb Bu gün, 18:48 BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib Bu gün, 18:48 Avtobusu sürməkdən imtina edən "BakuBus" sürücüsü işdən azad edildi Bu gün, 18:48 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır Bu gün, 18:48 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu Bu gün, 17:48 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub Bu gün, 17:48 Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi Bu gün, 17:48 İmtahan qaydalarını pozmaqda ittiham olunanlar: Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi Bu gün, 17:48 Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub Bu gün, 17:48 Mühasiblərin diqqətinə! QEYDİYYAT BAŞLADI Bu gün, 17:48 "Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib Bu gün, 16:48 Qardaşlığın gələcəyi necə qorunacaq? Bu gün, 16:48 Bacısının bədənində işgəncə izlərini gördü, qayınatasını qətlə yetirdi - Tərtərdəki cinayətin təfərrüatı Bu gün, 16:48 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb Bu gün, 16:48 Təhsil şöbəsinin müdiri işdən çıxarıldı Bu gün, 16:48 TƏBİB: Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı olan vaksindən istifadə olunur Bu gün, 16:48 Qubada qaydaları pozan qazilər həbs edildilər Bu gün, 16:48 Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə və "Aramco"ya hücum etdilər Bu gün, 16:48 Bakı Metropoliteninə yeni sədr müavini təyin edilib Bu gün, 15:49 Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu Bu gün, 15:49 QMİ: Həcc ziyarəti üçün ayrılan kvotanın 15 faizi tamamlanıb, qeydiyyat yanvara qədər davam edəcək Bu gün, 15:49 SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib Bu gün, 15:49 Sədərəyə güclü dolu YAĞIB Bu gün, 15:48 Şimali Koreya Cənubi Koreyanı yeni təhlükəsizlik tədbirləri ilə hədələyib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR