
Ağcabədi rayonunun Hüsülü kəndində 960 şagird yerlik tam orta məktəbi tikiləcək.
BAKU.WS xəbər verir ki, tikinti işləri Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçiriləcək.
Layihənin ehtimal olunan dəyəri 9 milyon 172 min manat müəyyənləşdirilib.
Qeyd edək ki, 960 şagird yerlik məktəbin inşası Hüsülü kəndində təhsil infrastrukturunun gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bu layihələr şagirdlərin daha müasir və əlverişli şəraitdə təhsil almasına, məktəblərdə sıxlığın azaldılmasına və bölgələrdə təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.