19-03-2026, 21:48 203

Yurdumuza bahar gəlir!

"Nargis" Fondunun təşkilatçılığı və dəstəyi ilə 13 mart - 13 aprel 2026-cı il tarixlərində Bakı şəhərinin mərkəzində, Fəvvarələr meydanında ənənəvi "Torpaq Əlimdə, Bahar Ürəyimdə" xeyriyyə yarmarkası keçiriləcək. Layihənin icrası "ÜNNA Studio and Events" MMC tərəfindən həyata keçirilir.

Yazın gəlişini müjdələyən və Bakının mərkəzində əsl Novruz ab-havası yaradan bu yarmarka artıq illərdir ki, şəhərimizin ən sevilən sosial və mədəni tədbirlərindən birinə çevrilmişdir.

Bu il yarmarka "Bee Happy" konsepti ilə təqdim olunacaq. Rəngarəng dekorlar, bahar motivləri və xüsusi hazırlanmış tematik elementlər Fəvvarələr meydanını əsl bayram məkanına çevirərək şəhər sakinləri və qonaqlarına xoş əhval-ruhiyyə bəxş edəcək.

"Nargis" Fondunun təşkil etdiyi bütün xeyriyyə təşəbbüslərində olduğu kimi, bu yarmarka da mühüm sosial missiya daşıyır. Yarmarka sponsorlarının maliyyə dəstəyi və qurulan evlərin kirayəsindən toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına yönəldiləcək. Yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında ictimaiyyətlə paylaşılacaq.

Bu il yarmarka ərazisində qonaqların istifadəsinə 20 ədəd kiçik və 49 ədəd böyük dekorativ ev, 3 restoran, həmçinin müxtəlif konstruksiyalar, tematik guşələr, fotozona, oyun zonası verilmişdir. Burada ziyarətçilər milli və beynəlxalq mətbəxin ləziz təamlarından dadmaq, müxtəlif şirniyyat və içkilərdən zövq almaq, eksklüziv əl işləri və suvenirlər əldə etmək, müxtəlif əyləncə və oyunlarda iştirak etmək imkanı qazanacaqlar.

Hər il olduğu kimi, internat məktəbləri, uşaq evləri və müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın xüsusi qonaqları olacaq və tədbirin yaratdığı bayram atmosferini birlikdə bölüşəcəklər.

Yarmarkanın keçirilməsində tərəfdaşların və sponsorların dəstəyi xüsusi əhəmiyyət daşıyır. "Torpaq Əlimdə, Bahar Ürəyimdə" xeyriyyə yarmarkası sponsorlar "PAŞA Holding", "Azercell", "Coca-Cola", "Baku Steel Company", "TESS", "Jardin", "Badamlı", "Hacı Turqay ət və ət məhsulları", "Eat Me", "Sweetelnik", "Corndogs", "Magnolia", "Taste of Friendship", "Japanese Mandu", "Panda Noodle", "Yummy Ponçik", "Lokmazza" və "Dolutos" şirkətlərinin dəstəyi ilə keçirilir.

Yarmarkanın təşkilində Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti, "Azərişıq" ASC, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), "Strafor Kəsim", Epoint və PAŞA Holding Təhlükəsizlik Xidməti təşkilati dəstək göstərir.

Yarmarka 13 mart - 13 aprel tarixlərində hər gün 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək və giriş tamamilə ödənişsizdir.

Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, sizi baharın ən rəngarəng və xeyirxah tədbirlərindən biri olan "Torpaq Əlimdə, Bahar Ürəyimdə" xeyriyyə yarmarkasında görməkdən məmnun olarıq.

Gəlin baharın gəlişini birlikdə qarşılayaq!

Paylaş

Xəbər lenti

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək Bu gün, 19:48 İlham Əliyev: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır Bu gün, 19:48 Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar Bu gün, 19:48 Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidindən görüntülər paylaşdı Bu gün, 19:48 Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib Bu gün, 19:48 Messi Argentina millisində karyerasını başa vurdu Bu gün, 19:48 "8-ci km bazarı"ında qiymətlər necədir? Bu gün, 19:48 İlham Əliyevin sosial media hesablarında Məsud Pezeşkianla görüşünə dair paylaşım edilib Bu gün, 18:48 Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib Bu gün, 18:48 Antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 18:48 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır Bu gün, 18:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir Bu gün, 18:48 Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub Bu gün, 18:48 Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir araya gəliblər Bu gün, 18:48 Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu Bu gün, 18:48 Ruzbeh Məmməd vəzifəsindən ayrıldı Bu gün, 17:48 AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub Bu gün, 17:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Bu gün, 17:48 DİQQƏT - Hövsanda su kəsiləcək Bu gün, 17:48 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib Bu gün, 17:48 Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq Bu gün, 17:48 Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? Bu gün, 16:48 Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb Bu gün, 16:48 Taliban ABŞ-yə müraciət etdi: Əfqanıstanın mədən ehtiyatlarını təklif etdi Bu gün, 16:48 Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə Bu gün, 16:48 Qəzada ölən sürücü vəzifəli şəxs imiş Bu gün, 16:48 Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib Bu gün, 16:48 Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi Bu gün, 16:48 "Türk Şengeni" yaranır: Pasportsuz türk dünyası Bu gün, 16:48 İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb Bu gün, 15:49 ATU-nun idman kompleksi əsaslı TƏMİR OLUNACAQ Bu gün, 15:49 Aİ iki ölkəyə Ukraynaya yardımla bağlı təzyiq göstərəcək Bu gün, 15:49 Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır Bu gün, 15:49 Bakıda dəyişkən iş qrafiki nə vaxtdan tətbiq olunacaq? - VACİB AÇIQLAMA Bu gün, 15:49 İt dişləməsi nəticəsində burnunu itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub Bu gün, 15:49 Keçmiş həyat yoldaşından danışan aktrisa: "Boşanarkən məni maşınla vurdu" Bu gün, 15:49 Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib Bu gün, 15:48 Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Bu gün, 15:48 İran ordusu BƏƏ-dəki ABŞ hərbi bazasına PUA-larla hücum etdiyini açıqladı Bu gün, 15:48 Çinin baş prokuroru Azərbaycanın "Prokurorluğun yaradılmasının 100 illiyi" medalı ilə təltif edilib Bu gün, 14:48 İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib Bu gün, 14:48 Qaydaları kobud şəkildə pozub özünü İFŞA ETDİ - ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 14:48 Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi Bu gün, 14:48 Əli Əsədov Oljas Bektenovu təbrik edib Bu gün, 14:48 Çinin Baş prokuroru: Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır Bu gün, 14:48 Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ Bu gün, 14:48 Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıb Bu gün, 14:48 Yasamalda qurumuş ağac təhlükə saçır: "Bir az güclü külək olsa, kiminsə üstünə aşacaq" Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR