
Məşhur müğənni Şakiranın "Las Mujeres Ya No Lloran World Tour" çərçivəsində Qətərdə keçirilməsi planlaşdırılan konserti təxirə salınıb.
AVESTA.AZ-in CNN-ə istinadən verdiyi məlumata görə, Dohadakı Stadium 974 stadionunda keçirilməsi nəzərdə tutulan tədbir Yaxın Şərqdəki hərbi gərginlik səbəbindən başqa tarixə keçirilib.
Bildirilib ki, aprelin 1-nə planlaşdırılan konsertin yeni tarixi hələ açıqlanmayıb.
Qeyd olunub ki, biletləri əvvəlcədən alan şəxslər istədikləri halda ödənişlərini geri ala bilərlər. Eyni zamanda, biletlər növbəti konsert üçün də keçərli olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.