
"FIFA Series – 2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, qonaqlar hazırda hesab öndədir - 1:0.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.
*** 19:50
"FIFA Series – 2026" beynəlxalq turnirinin Azərbaycan - Syerra Leone oyununda ilk hissə başa çatıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, qonaqlar fasiləyə öndə yollanıblar - 1:0.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.
*** 19:12
"FIFA Series-2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyunu start götürüb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayıb.
Görüşün baş hakimi özbəkistanlı Asker Najafaliyevdir.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.