
İraqın paytaxtı Bağdadda naməlum şəxslər xarici jurnalisti oğurlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik qadının vətəndaşlığını açıqlamayıb.
Şübhəlilərdən biri saxlanılıb. Nazirlik jurnalistin azad edilməsi üçün əməliyyat aparır.
Reuters-in məlumatına görə, oğurlanan şəxsin ABŞ pasportu var. Qadın zorla dörd mülki geyimli kişi tərəfindən maşına yerləşdirilərək aparılıb və polis hələ də həmin avtomobili izləyir. Axtarışlar paytaxtın şərq hissəsində, oğruların maşınının yönəldiyi istiqamətdə cəmləşdirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.