13-04-2026, 16:48 248

Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib

Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilərək cəzası 6 ay azaldılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Həmçinin apellyasiya şikayəti əsasında qəbul edilən qərara əsasən, Ü.İlyasova barəsində olan hökm dəyişdirilib və ona 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Ü.İlyasovaya amnistiya aktı tətbiq edilərək ona təyin edilən 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası da 6 ay azaldılıb.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, məhkəmənin əvvəlki proseslərinin birində zərərçəkənin şikayəti əsasında onun barəsində həbs qərarı çıxarılmışdı.

Qeyd edək ki, Ülviyyə İlyasova barəsində bir neçə dəfə cinayət işi açılıb.

Yasamal Rayon Prokurorluğunun 2024-cü ilin sentyabrında yaydığı məlumata görə, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova həmin ilin aprelin 15-də üzərində "liposaksiya-piysovurma" əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb, həmçinin növbəti gün isə xəstədə qanaxma baş verdikdə onu köməksiz vəziyyətdə qoyub.

Məlumatda vurğulanıb ki, S.Vəliyeva keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən ölüb.

Səbirə Vəliyevanın Ülviyyə İlyasovanın eltisi olduğu bildirilir.

Ülviyyə İlyasovaya sözügedən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

O, 2025-ci ilin may ayında sözügedən iş üzrə məhkəmənin hökmü ilə 3 il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilmişdi.

Ü. İlyasovaya cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti il 3 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Ali Məhkəmə onun barəsində hökmü ləğv edərək yenidən araşdırmaya göndərmişdi.

Həmçinin Yasamal rayon prokurorluğunun 2025-ci ilin sentyabr ayında yaydığı məlumata görə, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz "liposaksiya-piysovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Ü.İlyasova bu cinayət işi üzrə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Paylaş

Xəbər lenti

Bakıda torpaq sahələrinin qiyməti oktyabrda orta hesabla 18 %-ə yaxın artıb Bu gün, 19:48 AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir Bu gün, 19:48 Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır Bu gün, 19:48 Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır Bu gün, 19:48 Nə qədər sərnişin metrodan ödənişsiz istifadə edib? Bu gün, 19:48 2027-ci ilsə öz yarını tapacaq 5 BÜRC Bu gün, 18:48 Tiktokda qadına gül atan kişiyə cinayət işi AÇILDI Bu gün, 18:48 20 illik həyat yoldaşını ona yaraşdırmayanlara cavab verdi: "Vecimə deyil!" Bu gün, 18:48 ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək Bu gün, 18:48 Bakıda bu poliklinika əsaslı TƏMİR OLUNACAQ - 1.5 milyon manat ayrıldı Bu gün, 18:48 Gəncədə avtomobil mopedlə toqquşdu - Xəsarət alan var Bu gün, 18:48 Amnistiya ilə çıxdı, ətçəkənlə çaydan oğurlayıb yenidən həbsə düşdü Bu gün, 18:48 Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı Bu gün, 17:48 SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb Bu gün, 17:48 Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Bu gün, 17:48 Ukraynada yaşayan azərbaycanlıya vəzifə verildi Bu gün, 17:48 Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib Bu gün, 17:48 Faiq Ağayev: "Bəzi müəllimlər hazırlıq keçsin deyə, şagirdlərə biliyi az verir" Bu gün, 17:48 Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat Bu gün, 17:48 Bakıda qadın "TikTok"da canlı yayımda öldü Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin ifadəsi AÇIQLANDI Bu gün, 17:48 "Arka Sokaklar"ın aktyoru ən çox borc pul aldığı həmkarının adını açıqladı Bu gün, 17:48 İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib Bu gün, 17:48 "Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır Bu gün, 16:48 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:48 Xəstəxanalarda həkim qəbuluna özbaşına limit tətbiq edilirmiş? Bu gün, 16:48 Putin Rusiya vətəndaşlarının MDB-dəki gəlirləri barədə məlumat toplanmasına icazə verdi - Azərbaycanlılar da var... Bu gün, 16:48 Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib Bu gün, 16:48 Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM Bu gün, 16:48 Prezidentin yeni sədr təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE Bu gün, 16:48 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü Bu gün, 16:48 Ağdaşda 40 yaşlı müharibə iştirakçısı güllələnib Bu gün, 16:48 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu MADDƏLƏR Bu gün, 16:48 Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da Bu gün, 16:48 Vladislav Bıkov 72 yaşında vəfat etdi Bu gün, 15:48 Həbsxanada İmamoğlu ilə Sibel Canın sevgilisi arasında QALMAQAL YAŞANDI Bu gün, 15:48 Qətərdən ABŞ və İran danışıqları ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 15:48 Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi Bu gün, 15:48 "Yelo Bank" reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu Bu gün, 15:48 Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı" Bu gün, 15:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi Bu gün, 15:48 Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım Bu gün, 15:48 Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb Bu gün, 15:48 Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı? Bu gün, 15:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib Bu gün, 14:48 UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək Bu gün, 14:48 Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika Bu gün, 14:48 Zakir Həsənov generallarla təlimi izlədi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR