30-04-2026, 18:48 316

Rusiya Ermənistan istehsalı olan

Rusiya İstehlakçılara Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) təşəbbüsü ilə "Dürüst işarə" markalanma sistemi Ermənistan istehsalı olan təqribən 1.1 milyon şüşə "Cermuk" mineral suyunun ticarətini dayandırıb.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu məlumatı "Rospotrebnadzor"un Mətbuat Xidməti RBK-ya təsdiqləyib.

Qadağalar 23 oktyabr 2025-ci ildən 27 mart 2026-cı ilədək olan dövrdə istehsal edilmiş yeni suların ekspertizasından sonra qüvvəyə minib. Qurumdan qeyd edilib ki, götürülmüş nümunələrdə zəruri standartlar pozulub. Satışın dayandırılması insanların həyat və sağlamlığına dəyə biləcək mümkün zərərlərin qarşısının alınması məqsədi daşıyır. Tətbiq edilən məhdudiyyət fərqli formalarda qablaşdırılmış doqquz növ məhsulun istehsal tarixlərinə şamil olunur.

"Markalanma sistemi alıcı hüquqlarını qoruyan güclü rəqəmsal vasitədir. Nəzarət orqanının müraciəti daxil olan kimi, bütün ölkə üzrə həmin malların ticarətini dərhal dondurduq - beləliklə, alıcılar potensial risk daşıyan suları əldə edə bilməyəcəklər. Bu sistem məhsulun zavoddan çıxdığı andan vitrinə gedənədək bütün mərhələlərini nəzarətdə saxlayır - bu cür yanaşma qüsurlu məhsulları dərhal dövriyyədən çıxarmağa və mağazalara yalnız yoxlanılmış, təhlükəsiz malların buraxılmasına şərait yaradır", - deyə "Dürüst işarə" sisteminin operatoru olan Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin baş direktor müavini Revaz Yusupov bildirib.

Xatırladaq ki, daha öncə də 338 min şüşə suyun satışı qadağan edilmişdi. Bununla da müvəqqəti bloklanan məhsulların ümumi həcmi 1.4 milyon ədədə çatıb. Təkrar ekspertizalar yekunlaşana və rəsmi icazə verilənədək həmin suların satışına icazə olmayacaq.

"Rospotrebnadzor" yoxlanılan nümunələrdə normadan artıq sulfat, xlorid və bikarbonat ionları tapıldığı üçün Ermənistandan bəzi "Cermuk" partiyalarının gətirilməsini və satışını dayandırıb. Aşkar edilən fərqliliklər həm qablaşdırma məlumatlarını, həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) texniki reqlamentlərini kobud şəkildə pozur. Federal Xidmətin rəyinə görə, bu hal müştəriləri aldatmaqla yanaşı, insan səhhətinə də ziyan vura bilər.

Qeyd edək ki, 2024-cü ildə Şimali Osetiyada bir vətəndaşın zəhərlənməsi faktından sonra markalanma sistemi vasitəsilə 2.5 milyon şüşə "Cermuk" sularının dövriyyəsi məhdudlaşdırılmışdı. O zaman yoxlanılan şüşələrdə mineral suyun deyil, sirkə turşusunun olduğu müəyyən edilmişdi.

Paylaş

Xəbər lenti

Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Bu gün, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Bu gün, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Bu gün, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Bu gün, 13:48 Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı Bu gün, 12:48 "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb Bu gün, 12:48 Cəlilabadda ev yanıb Bu gün, 12:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb Bu gün, 12:48 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb Bu gün, 12:48 Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Millinin üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib Bu gün, 11:48 Futzal üzrə Çempionlar Liqası: "Araz-Naxçıvan"ın bütün rəqibləri bəlli olub Bu gün, 11:48 Venesuela ABŞ ilə 25 illik neft sazişinin maliyyə şərtlərini açıqladı Bu gün, 11:48 Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ Bu gün, 10:48 "Real Madrid" gənc ispaniyalı futbolçunu heyətinə qatır Bu gün, 10:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəlib Bu gün, 10:48 Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib Bu gün, 10:48 Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib Bu gün, 09:48 Bu gün Türkiyənin Zəfər Bayramı günüdür Bu gün, 09:48 Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb Bu gün, 09:48 Azərbaycanlı sürücülər 15 gündür İranda QALIB: 100 minlərlə manatlıq yük xarab oldu Bu gün, 09:48 Misli Premyer Liqası: "Zirə" "Neftçi" ilə üz-üzə gələcək Bu gün, 09:48 Netanyahunun oğlu təhlükəsizlik təhdidinə görə ABŞ-dən İsrailə qaytarılıb Bu gün, 09:48 "Qalatasaray" "Milan"ın daha bir ulduzuna göz dikdi Bu gün, 00:48 Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ Bu gün, 00:48 Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər Bu gün, 00:48 Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir: Qazi ilə xəstəxana arasında QALMAQAL Dünən, 23:48 Cem Yılmaz xəstəxanaya yerləşdirildi Dünən, 23:48 Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər Dünən, 23:48 Arzu Nağıyevin ailəsində ağır itki Dünən, 23:48 Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə MEYDAN OXUDU: "Heç kimdən çəkinmirik" Dünən, 23:48 "Fənərbağça"da daha bir ayrılıq: Sofyan Amrabat getdi Dünən, 22:48 Şəhidin həyat yoldaşı da tələbə olub, qızı da - FOTO Dünən, 22:48 Sıla Türkoğlu nişanlandı Dünən, 22:48 İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib Dünən, 22:48 Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Dünən, 21:48 MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI Dünən, 21:48 Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF Dünən, 21:48 "Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb Dünən, 21:48 Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO Dünən, 21:48 Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb Dünən, 21:48 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu Dünən, 20:48 Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib Dünən, 20:48 Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir Dünən, 20:48 Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Coşqun Əliyev qızıl medal qazanıb Dünən, 20:48 Kiyevə hücumlar davam edir: Ukraynanın paytaxtında son vəziyyət Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR