12-05-2026, 11:48 209

Tanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında

"UĞUR 777" estetik mərkəzdə yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyeva barədə açılan cinayət işinin məhkəmə araşdırması başlayıb.

AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə tərəfi cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatətlər versə də, məhkəmə bunu təmin etməyib.

Təqsirləndirilənlər barəsində seçilən həbs olmayan qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin baxış iclası mayın 25-na təyin edilib.

Qeyd edək ki, ötən ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, "UĞUR 777" estetik mərkəzin qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə "Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi" yoxdur.

Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib.

Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib.

Paylaş

Xəbər lenti

11 sentyabr terror aktı ilə bağlı yeni şahid ortaya çıxıb Bu gün, 15:48 Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar Bu gün, 15:48 Türk dövlətləri arasında TÜRKPOL yaradılır Bu gün, 15:48 Tıxacdan çıxmaq istəyərkən əks istiqamətə keçib tıxacı daha da artırdılar Bu gün, 15:48 NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib Bu gün, 15:48 Yeni tədris ilində 48 məktəb distant təhsilə keçəcək Bu gün, 15:48 "Ağıllı su şəbəkələri" tətbiq olunacaq Bu gün, 15:48 "Bank Respublika" "Access Bank"ı alır Bu gün, 15:48 Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar Bu gün, 15:48 Ananın qolları olmayan körpədən imtina səbəbi: Vətəndaşlardan sərt reaksiya Bu gün, 15:48 Naxçıvanda 250 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 15:48 Qəbizlikdən əziyyət çəkənlər üçün faydalı içkilər açıqlanıb Bu gün, 14:48 Dərsliklərdəki problemlər parlamentdə müzakirə olunacaq - Nazir deputata nə deyib? Bu gün, 14:48 Rövşən Nəcəf: "Azərbaycanla Türkiyənin enerji tərəfdaşlığı strateji tərəfdaşlığın mühüm hissəsidir" Bu gün, 14:48 Xankəndidə yaşayan əhalinin sayı açıqlandı Bu gün, 14:48 Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb Bu gün, 14:48 Bank soyğunu cəmi bir neçə dəqiqə çəkdi: İşçilərin üzünə bibər tozu atdı Bu gün, 14:48 Nazir: "Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub" Bu gün, 14:48 Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu aşkarlanıb Bu gün, 14:48 Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi Bu gün, 14:48 Böyük Britaniyanın Azərbaycandakı səfiri Qarabağa ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb Bu gün, 14:48 Maqdalena Qrono: Aİ Bakı və İrəvan arasında sülh prosesindəki müsbət dinamikanı alqışlayır Bu gün, 14:48 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işinə başlayıb Bu gün, 13:48 Azərbaycanda bakalavr təhsili üçillik olacaq? - Təklif verildi Bu gün, 13:48 Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik Bu gün, 13:48 Aktrisa bu səbəbdən polisə müraciət etdi Bu gün, 13:48 Milli Məclisdə magistraturada təhsilin bir ilə endirilməsi təklif edilib Bu gün, 13:48 Kofein qocalmanı ləngidə bilirmiş Bu gün, 13:48 GÜLAY "Vur ürəyim"i təqdim etdi Bu gün, 13:48 "UĞUR 777"də bir şpris bir neçə xəstədə istifadə olunduğu üçün Hepatit C virusuna yoluxma olub - MƏHKƏMƏ Bu gün, 13:48 Suraxanıda mağaza və evləri qarət edən şəxs yaxalandı Bu gün, 12:48 Milli Məclis Azərbaycan-Qırğızıstan müttəfiqlik sazişini ratifikasiya edəcək Bu gün, 12:48 Xüsusi nümayəndə: Xankəndidə artıq 28 min nəfər yaşayır Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək Bu gün, 12:48 Azərbaycan-Türkiyə Enerji Forumu tərəfdaşlığı zənginləşdirən mühüm platformadır Bu gün, 12:48 Diplomatik korpus Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət edib Bu gün, 12:48 Konqoda məktəblərə yayılan yanğında 29 şagird ölüb Bu gün, 12:48 Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu Bu gün, 12:48 Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək Bu gün, 12:48 Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib Bu gün, 12:48 Azərbaycanda ictimai binalar və qurğulara dair layihələndirmə normaları təsdiqlənib Bu gün, 11:48 Məşhur aparıcı Türkiyəni tərk edir - SƏBƏB Bu gün, 11:48 Bağçada işləyən tərbiyəçi-müəllimlərin NƏZƏRİNƏ Bu gün, 11:48 Ağdərədə atlı minaya düşüb, xəsarət alıb Bu gün, 11:48 Qazaxıstan "Avroviziya-2027"yə buraxılmadı Bu gün, 11:48 Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar Bu gün, 11:48 Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR