13-05-2026, 19:48 386

Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? - İDDİA

Bakıda fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan vərəm xəstəsi evə yazılıb.

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a tibb müəssisəsində müalicə alan xəstə Anatoli Lopatinin ailə üzvləri bildiriblər.

Məlumatda qeyd edilib ki, A.Lopatinin səhhəti qəfil pisləşib və o, ağır vəziyyətdə (kaxeksiya) Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Xəstə müayinə olunandan sonra təcili göndərişlə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsinə hospitalizasiya olunub. İnstitutda aparılan müayinələrdən sonra ona "ciyər vərəmi, açıq stansiya" diaqnozu qoyulub. Xəstə bir ay reanimasiyada müalicə aldıqdan sonra açıq vərəm şöbəsinə palataya köçürülüb. Bu gün səhər saatlarında isə institutun Polad adlı həkimi xəstəyə bildirib ki, o, tam sağalmadığı halda evə buraxılır. Xəstə və onun yaxınları buna etiraz etsələr də, həkim onların etirazlarına məhəl qoymayıb.

Xəstənin yaxınları hesab edirlər ki, açıq vərəm xəstəsinin evə yazılması yolverilməzdir:

"Çünki həmin xəstə ətrafında hamını xəstələndirməyə qadirdir və bu xəstəlik çox asanlıqla - hava yolu ilə, bəlğəm, sidik və nəcis ifrazı ilə, qab-qacaq, hətta dəsmal və ya toxunduğu əşyalar vasitəsilə ətrafındakı şəxsləri yoluxdura bilir. Bu gün həmin həkimlə danışdıq. Həkimə dedik ki, onu xəstəxanadan buraxsanız, bu adam həm ailəsini, həm də ictimai nəqliyyatdan istifadə edərkən daha çox insanı yoluxduracaq. Amma həkim bizə məhəl qoymur".

Məsələ ilə bağlı açıqlama verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi Gülzar Əliyeva faktı təsdiqləyib. O bildirib ki, həqiqətən də adıçəkilən xəstə bir ay əvvəl institutun reanimasiya şöbəsinə yerləşdirilib:

"Həmin xəstə instituta kritik vəziyyətdə gətirilmişdi. Bir ay müalicə olundu, kliniki vəziyyətdən çıxarıldı. Hazırda palata şəraitində müalicə olunur və xəstəxanadan evə yazılmalıdır. Çünki bütün dünyada belədir, xəstə bir ay müalicə olunandan sonra xəstəxanadan çıxarılıb ev şəraitində müalicə almalıdır. Vərəm xəstəliyi müalicə ilə 6 aya sağalır. Həmin xəstəyə ev şəraitində qayğı lazımdır. Ona görə də həmin xəstəni evə yazırıq ki, yaxınları ona qayğı göstərsinlər. Yaxınları isə ona qayğı göstərmək istəmirlər, bizim isə bir aydan artıq həmin xəstəni saxlamaq imkanımız yoxdur. O, səfil həyatı yaşayan şəxsdir, yəqin qohumları da ona görə onu qəbul etmək istəmirlər. Xəstə əgər istəyərsə, qeydiyyatda olduğu aidiyyəti tibb müəssisəsinə müraciət edib təkrar müalicə kursu keçə bilər".

Paylaş

Xəbər lenti

Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb Bu gün, 11:48 Oksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı" Bu gün, 11:48 Qazaxda yanan avtomobili belə söndürdülər - VİDEO Bu gün, 11:48 ABŞ İranın 9 milyard dollarını qaytarır? - Razılaşmanın ŞƏRTLƏRİ Bu gün, 11:48 Bulvarda ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib Bu gün, 11:48 SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq Bu gün, 11:48 Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir? Bu gün, 10:48 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 10:48 Bakıda məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb - ÖZƏL Bu gün, 10:48 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü Bu gün, 10:48 Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib Bu gün, 09:48 Qubada avtomobil aşıb, ölən və yaralılar var Bu gün, 09:48 UFC rəhbəri Trampın vəzifə təklifini qəbul etməyib Bu gün, 09:48 Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar Bu gün, 01:48 "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR