14-05-2026, 14:48 226

AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi

AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı və "TUM International GmbH"nın akademik dəstəyi ilə təsis edilən "AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "TUM International GmbH"nın (TUMint) icraçı direktoru Friederike Hettinger və AzTU-nun rektoru Vilayət Vəliyev çıxış ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, beynəlxalq təcrübə universitetlər, innovasiya sahəsində fəaliyyət göstərən şirkətlər və biznes qurumlarının əməkdaşlığının daha effektiv nəticələr verdiyini göstərir.

Nazir qeyd edib ki, ali təhsil müəssisələrinin iqtisadiyyatın inkişafına və innovativ mühitin formalaşmasına daha böyük töhfə verməsi əsas hədəflərdəndir. Onun sözlərinə görə, bu istiqamətdə uğurlu nəticələrin əldə olunması universitetlərin öz potensialını gücləndirməsi ilə mümkündür.

AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi

Emin Əmrullayev vurğulayıb ki, Almaniya universitetləri və innovasiya sahəsində seçilən şirkətlərlə əməkdaşlıq Azərbaycan gənclərinin və tələbələrinin gələcəyinə töhfə verir. Nazir bildirib ki, əvvəlki dövrlərdə bu istiqamətdə fəaliyyətlər ayrı-ayrılıqda həyata keçirilsə də, hazırda əsas məqsəd onların vahid əməkdaşlıq platformasında birləşdirilməsidir.

Nazir, həmçinin təşəbbüsün həyata keçirilməsində iştirak edən iş dünyası nümayəndələrinin və tərəfdaşların rolunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Çıxışının sonunda tərəfdaşlara təşəkkürünü bildirən Emin Əmrullayev formalaşan əməkdaşlıq modelinin güclü biznes, universitet və beynəlxalq tərəfdaşlıq platforması kimi Azərbaycanın inkişaf məqsədlərinə xidmət etdiyini vurğulayıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında qeyd edib ki, yeni təsis edilmiş məktəb Azərbaycanda sənaye və ali təhsil arasında daha praktik, beynəlxalq akademik keyfiyyət standartlarına əsaslanan və gələcəyin texnoloji peşələrinə istiqamətlənmiş innovativ əməkdaşlıq modelini formalaşdırır. AZSET proqramı Azərbaycanın texnoloji insan kapitalının inkişafına yönəlmiş strateji investisiya kimi dəyərləndirilə bilər.

Rəşad Nəbiyev əlavə edib ki, tələbələr Azərbaycanı tərk etmədən Münhen Texniki Universitetinin keyfiyyət standartlarına uyğun hazırlanmış müasir təhsil proqramı əsasında təhsil alma imkanı əldə edəcəklər. Proqram çərçivəsində hər bir tələbə AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərdən biri ilə birbaşa əlaqələndiriləcək və real layihələr üzərində praktiki təcrübə qazanacaq.

"TUM International GmbH"nın (TUMint) icraçı direktoru Friederike Hettinger bildirib ki, bu gün burada Azərbaycanın gələcəyi üçün həm iddialı, həm də strateji əhəmiyyət daşıyan bir tərəfdaşlığı elan etmək mənim üçün böyük şərəfdir. Biz kompüter elmləri üzrə bakalavr proqramı ilə başlayırıq və daha sonra kompüter mühəndisliyi üzrə bakalavr proqramını təqdim edəcəyik.

AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi

"Bu, sadəcə yeni bir məktəbin açılışı deyil. Bu, Bakıda kompüter elmləri, data analitikası, süni intellekt və kibertəhlükəsizlik sahələrində regional mükəmməllik mərkəzinin qurulmasına yönəlmiş uzunmüddətli öhdəliyin başlanğıcıdır, – deyə icraçı direktor vurğulayıb.

AzTU-nun rektoru Vilayət Vəliyev çıxışında diqqətə çatdırıb ki, AZSET layihəsi Azərbaycanın rəqəmsal gələcəyinə investisiyadır, universitet-sənaye əməkdaşlığının yeni modelidir və regional texnologiya liderliyinə doğru atılmış strateji addımdır. Bu layihənin ən böyük nəticəsi yüksəksəviyyəli mühəndislər, yeni texnologiyalar, startap ekosistemi və beynəlxalq rəqabət qabiliyyətli insan kapitalı olacaq.

Sonra "AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təsis edilməsinə dair müqavilə imzalanıb. Müqaviləni AZCON Holding tərəfindən icraçı direktor Şahin Babayev, Azərbaycan Texniki Universiteti tərəfindən rektor Vilayət Vəliyev və "TUM International GmbH" (TUMint) tərəfindən icraçı direktor Friederike Hettinger imzalayıblar.

AZSET proqramı haqqında məlumat:

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində təsis edilmiş AZCON Mühəndislik və Texnologiya Məktəbi Münhen Texniki Universitetinin (TUM) beynəlxalq akademik tərəfdaşlıq platforması olan "TUMint" təşkilatının dəstəyi əsasında fəaliyyət göstərəcək. Beləliklə, dünya səviyyəli akademik təcrübə AZSET proqramının tədris modelinə inteqrasiya olunacaq. "TUM" mütəxəssisləri həm Bakıda əyani formada, həm də onlayn qaydada tədris prosesində iştirak edəcəklər. Tədris prosesi "TUMint"in akademik yanaşması, kurikulumu, tədris metodologiyası və qiymətləndirmə standartları əsasında hazırlıq görmüş müəllimlər tərəfindən həyata keçiriləcək.

Beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasını hədəfləyən məktəbdə tədris tam şəkildə ingilis dilində aparılacaq. AZSET proqramı Azərbaycanın ali təhsil müəssisələrinin müvafiq təhsil, təbiət, texniki və texnoloji ixtisaslar üzrə birinci kursunu başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Proqrama müraciət etmək istəyən namizədlərin birinci kursun hər iki semestri üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) ən azı 81 və daha yüksək olması, eyni zamanda ingilis dili üzrə ən azı B2 və daha yuxarı səviyyəyə malik olmaları tələb edilir. Qəbul üçün daxili imtahana qeydiyyat cari ilin 15 iyun – 15 iyul tarixləri arasında aparılacaq. Uğur qazanan tələbələr təhsillərini ikinci kursdan bu proqramda davam etdirə biləcəklər.

AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi

Yüksək nəticə göstərən tələbələrin "TUM"un Münhen kampusuna tədris səfərləri nəzərdə tutulur. Proqramı uğurla başa vuran məzunlar AzTU-nun dövlət nümunəli bakalavr diplomu ilə yanaşı, "TUM International GmbH" sertifikatını əldə edəcəklər. Eyni zamanda yüksək akademik nəticə göstəriciləri ilə fərqlənən məzunlar üçün AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərdə karyera imkanı yaradılacaq.

AZSET proqramı haqqında ətraflı məlumat üçün: www.azsetedu.az

AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi

Paylaş

Xəbər lenti

İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub Bu gün, 22:48 Erməni feyk yaradıcılığı - San-Ladzaro-delyi-Armeni adasından Qarabağın Gəncəsərinədək Bu gün, 22:48 Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq Bu gün, 22:48 Məşhur azərbaycanəsilli müğənni JONY adını və soyadını dəyişdi Bu gün, 22:48 Olimpiya mükafatçısı Sergey Jelanov Azərbaycan millisində məşqçi oldu Bu gün, 21:48 Cəlilabadda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq Bu gün, 21:48 "Evsiz-eşiksiz qaldım" - Məhkəmənin qərarı niyə icra olunmur? Bu gün, 21:48 "Barselona"nın qapıçısı zədələndi: 3 həftə oynamayacaq Bu gün, 21:48 Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi Bu gün, 21:48 Xocavənddə yeni tarixi abidə aşkar edildi Bu gün, 21:48 Hövsanda mərasim zalının sökülməsi ilə bağlı rəsmi açıqlama Bu gün, 20:48 DTX rəisi: Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlbi ciddi təhdiddir Bu gün, 20:48 Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü Bu gün, 20:48 Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti qələbələrini qazandılar Bu gün, 20:48 Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alındı Bu gün, 20:48 Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib Bu gün, 20:48 NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması Bu gün, 19:48 Azərbaycan TDT çərçivəsində əməkdaşlığın inkişafında etibarlı platformaya çevrilib - RƏY Bu gün, 19:48 DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı Bu gün, 19:48 Əşrəf Əşrəfliyə hökm oxundu Bu gün, 19:48 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi Bu gün, 19:48 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib Bu gün, 19:48 Ucarda ev yanıb kül oldu Bu gün, 18:48 Qayınata gəlininin qətlində təqsirləndirilir Bu gün, 18:48 Ağdamda toyda dava: Xəsarət alan var Bu gün, 18:48 5 ölkə Xəzərin su bioresursları üzrə vahid məlumat bazası yarada bilər Bu gün, 18:48 Süni intellektin əmək bazarı planı: İşsizlik dalğası, yoxsa yeni peşələr? Bu gün, 18:48 Ekspres avtobuslarla bir gündə 127 mindən çox sərnişin daşınıb Bu gün, 18:48 AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər Bu gün, 18:48 Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verdi Bu gün, 18:48 Bakı Limanında 8 ayda 5,5 milyon tondan çox yük aşırılıb Bu gün, 18:48 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşdı Bu gün, 17:48 Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Bu gün, 17:48 "Sumqayıt"ın futbolçusu Nihat Ağalı hakimi təhqir etdiyi üçün cəzalandırılıb Bu gün, 17:48 Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır Bu gün, 17:48 Uyğunsuzluq aşkarlan yağ istehsal olunduğu ölkəyə qaytarıldı Bu gün, 17:48 Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir Bu gün, 17:48 Bacısı ilə mübahisə edən qardaş bıçaqlandı, bacıoğlu saxlanıldı Bu gün, 17:48 Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib Bu gün, 17:48 İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib Bu gün, 16:48 "Norm" ASC 2025-ci ildə rekord gəlir əldə edib Bu gün, 16:48 Famil Mustafayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 16:48 Metroda xətlər ayrıldı, ADY alternativ marşrut təklif etdi: Cəmi 11 dəqiqəyə çatacaqsınız Bu gün, 16:48 Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək Bu gün, 16:48 İlham Əliyev: Kasım-Jomart Tokayevi gələn ay Azərbaycanda gözləyirik Bu gün, 16:48 Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək Bu gün, 16:48 İlham Əliyev: Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil Bu gün, 16:48 Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR