26-05-2026, 14:48 202

Azərbaycanda hansı məhsulların qiymətləri azala bilər?

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında aqrar sektorun inkişafı ilə bağlı strateji hədəfləri elan etdi və həmin gün cənab Prezident tərəfindən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq olundu.

AVESTA.AZ xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycanda hansı məhsulların qiymətləri azala bilər?

V.Bayramov bildirib ki, proqramda ölçüləbilən hədəf göstəricilərin elan edilməsi növbəti 5 ildə Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı aydın strateji yanaşmanı göstərir.

"Kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcminin 2030-cu ilədək 4 dəfə artırılaraq 6 milyard dollara çatıdırılması hədəflənir. Bu Azərbaycanın qeyri neft-qaz ixracatında növbəti illərdə kəskin artımların olacağından xəbər verir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun artımı isə 2 faiz ətrafında hədəflənir.

Alt-hədəf indikatorlarında konkret məhsul növləri üzrə artım faizləri qeyd olunub. 2030-cu ilədək mal əti istehsalında ən azı 20, qoyun əti istehsalında 9, quş əti istehsalında isə 30 faiz artım hədəflənir. Bu hədəfə nail olunması ət idxalının azalmasına səbəb olmaqla yanaşı, ətin qiymətinin optimallaşdırılmasına və bəzi məhsullar üzrə azalmasına gətirib çıxara bilər.

İstixana komplekslərinin sahəsinin 1500 hektardan 2000 hektara çatdırılması kənd təsərrüfatı məhsullarının mövsümdən sonrakı dövr üçün saxlanmasına imkan verəcək. Bu mövsümdən sonrakı dövrdə qiymət artımlarının qarşısının alınması baxımdan vacib alətlərdəndir. Azərbaycan üçün strateji məhsul hesab olunan buğda istehsalı həcminin ölkə üzrə 20 faiz artırılması da hədəflənir. Bu da çörəyin qiymətinin optimallaşdırılmasına və idxal inflyasiyasının minimumlaşdırılmasına səbəb ola bilər. Azərbaycan Prezidentinin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, idxalın azaldılması bu sahədə əsas prioritetlərdəndir.

Aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və daxili istehsal potensialının artırılması, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, innovasiya, rəqəmsallaşma və insan kapitalının inkişaf etdirilməsi və balıqçılıq və akvakultura sahələrinin inkişafı əsas məqsədləri olan Dövlət Proqramının icrası Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər", - deputat qeyd edib.

Paylaş

Xəbər lenti

"Qalatasaray" "Milan"ın daha bir ulduzuna göz dikdi Bu gün, 00:48 Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ Bu gün, 00:48 Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər Bu gün, 00:48 Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir: Qazi ilə xəstəxana arasında QALMAQAL Dünən, 23:48 Cem Yılmaz xəstəxanaya yerləşdirildi Dünən, 23:48 Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər Dünən, 23:48 Arzu Nağıyevin ailəsində ağır itki Dünən, 23:48 Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə MEYDAN OXUDU: "Heç kimdən çəkinmirik" Dünən, 23:48 "Fənərbağça"da daha bir ayrılıq: Sofyan Amrabat getdi Dünən, 22:48 Şəhidin həyat yoldaşı da tələbə olub, qızı da - FOTO Dünən, 22:48 Sıla Türkoğlu nişanlandı Dünən, 22:48 İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib Dünən, 22:48 Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Dünən, 21:48 MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI Dünən, 21:48 Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF Dünən, 21:48 "Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb Dünən, 21:48 Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO Dünən, 21:48 Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb Dünən, 21:48 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu Dünən, 20:48 Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib Dünən, 20:48 Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir Dünən, 20:48 Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Coşqun Əliyev qızıl medal qazanıb Dünən, 20:48 Kiyevə hücumlar davam edir: Ukraynanın paytaxtında son vəziyyət Dünən, 19:48 Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir? Dünən, 19:48 Məşhur aktrisa dördüncü dəfə evləndi Dünən, 19:48 Bakıda açıq ərazidəki yanğın söndürülüb Dünən, 19:48 Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar Dünən, 19:48 Şirvanda qəza olub - Ölən və yaralanan var Dünən, 19:48 Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər Dünən, 18:48 Lamiyə Ələkbərova: "Blogerlər tələbəyə nə öyrədəcək?" Dünən, 18:48 Yol zəbt olunub, yoxsa evin sərhədidir? Dünən, 18:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatdı Dünən, 18:48 Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir Dünən, 18:48 Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub Dünən, 18:48 Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi Dünən, 18:48 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU Dünən, 17:48 Günel Zeynalovanın başına iş gəldi - Ayağı zədələndi Dünən, 17:48 Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb Dünən, 17:48 İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib Dünən, 17:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib Dünən, 17:48 Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb Dünən, 17:48 Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb Dünən, 16:48 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri bu səbəbdən təxirə salındı Dünən, 16:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib Dünən, 16:48 Pentaqon rəhbəri haqqında yayılan bu xəbərləri təkzib etdi Dünən, 16:48 "Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram" Dünən, 16:48 39 yaşlı Kerem Bürsin əməliyyat olundu Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR