
Sumqayıtda yanğın hadisəsi baş verib.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı məhəlləsində yerləşən yaşayış binasının 16-cı mərtəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın qısa müddət ərzində söndürülüb və ətrafdakı mənzillərə keçməsinin qarşısı alınıb. Polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.