
Məşhur müğənni Cennifer Lopezin başına iş gəlib.
AVESTA.AZ "CNN"'ə istinadən xəbər verir ki, "Office Romance" filminin qalasına qatılan sənətçi libası dar olduğu üçün çətin anlar yaşayıb.
56 yaşlı sənətçi qırmızı xalçada özünəməxsus tərzi və eleqant görünüşü ilə pərəstişkarlarının rəğbətini qazanıb.
Lakin qaladan ayrılarkən onun donu səkiyə ilişərək Lopezə çətin anlar yaşadıb.
Sənətçi problemi özü həll etməyə çalışsa da, köməkçisi dərhal müdaxilə edərək libası düzəldib.
Hadisədən sonra ulduz sənətçi təbəssümünü itirmədən fanatlarına əl sallayıb, fotoqraflara poz verib və daha sonra avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.