
Sabah paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
"Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 05 iyun tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.