7-06-2026, 21:48 193

Kartınız bir anda boşaldıla bilər: Fırıldaqçılardan qorunmağın ən sadə yolu açıqlandı

Son illərdə qlobal maliyyə sistemində müşahidə olunan dəyişikliklərdən biri də virtual kartların sürətlə yayılmasıdır. Rəqəmsallaşmanın artması, e-ticarətin genişlənməsi və istifadəçilərin təhlükəsizliklə bağlı həssaslığının yüksəlməsi bu aləti ənənəvi bank kartlarına ciddi alternativə çevirib. Ölkəmizdə də virtual kartların populyarlığı artır. 2026-cı il yanvarın 1-nə ölkədə bu kartların sayı 2,3 milyon ədəd olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 % çoxdur. Mərkəzi Bankının məlumatına görə, dövriyyədə olan ödəniş kartlarının 10,7 %-i virtual kartlardan ibarətdir. Maraqlıdır, virtual kartların üstünlükləri nələrdir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Oğurlanma və itirilmə riski yoxdur"

Bank eksperti Emin Kərimov deyir ki, virtual kartın digər kartlardan əsas fərqi, yalnız rəqəmsal formada mövcud olmasıdır. Bu kart fiziki daşıyıcıya malik deyil və bankların mobil tətbiqlərində hesab şəklində təqdim olunur: "Virtual kartların əsas üstünlüklərindən biri onların fiziki olaraq oğurlanması və ya itirilməsi riskinin olmamasıdır. Çünki kart yalnız virtual mühitdə mövcuddur. Bununla yanaşı, təhlükəsizlik qaydaları və mühafizə mexanizmləri adi bank kartlarında olduğu kimi bu kartlara da tətbiq edilir. Funksionallıq baxımından virtual kartlar digər kartlarla demək olar ki, eyni imkanlara malikdir və onunla qanunvericiliyə uyğun olaraq əksər əməliyyatları həyata keçirmək mümkündür. Yeganə fərq əməkhaqqı əməliyyatları ilə bağlı müəyyən məhdudiyyətlərin olmasıdır. Bu da əməkhaqqı kartlarının adətən fiziki və sifariş əsasında təqdim edilməsi ilə bağlıdır. Eyni zamanda, virtual kartlardan elektron cüzdan kimi də istifadə edilə bilər. Hətta gələcəkdə bu kartlara taksit (hissə-hissə ödəniş) funksiyasının əlavə olunması da mümkündür".

Kartınız bir anda boşaldıla bilər: Fırıldaqçılardan qorunmağın ən sadə yolu açıqlandı

"Məqsəd istifadəçi rahatlığını təmin etməkdir"

Mütəxəssis bildirir ki, virtual kartlar pandemiya dövründə daha da aktuallaşıb: "Həmin dövrdə insanlar banklara fiziki olaraq müraciət edə bilmədiyi üçün məsafədən xidmət imkanları genişləndirildi və müştərilərə filiala getmədən virtual kart açmaq imkanı təqdim olundu. Bu kartların əsas məqsədi istifadəçi rahatlığını təmin etməkdir. İstifadəçi evdən çıxmadan, mobil tətbiq vasitəsilə bir neçə toxunuşla kart yarada və dərhal istifadə edə bilir. Kartlardan həm yerli, həm də xarici əməliyyatlarda, o cümlədən QR kod vasitəsilə ödənişlərdə istifadə etmək mümkündür".

Kartınız bir anda boşaldıla bilər: Fırıldaqçılardan qorunmağın ən sadə yolu açıqlandı

Əsas açar, yoxsa idarə olunan açar?

Bank eksperti İsmayıl Məmmədov deyir ki, virtual kart tokenizasiya texnologiyası əsasında yaradılan, fiziki daşıyıcısı olmayan, lakin EMV (kartlarla ödənişlərin təhlükəsizliyini təmin edən beynəlxalq standartlardır) standartlarına uyğun əməliyyatlar aparmağa imkan verən rəqəmsal ödəniş alətidir: "Ənənəvi plastik kart isə istifadəçinin əsas hesabını təmsil edən "Primary Account Number" (PAN) əsasında fəaliyyət göstərir və POS-terminallar, ATM-lər, həmçinin onlayn ödənişlər üçün istifadə olunur. Bu kartlar geniş funksionallığa malik olsa da, eyni zamanda daha yüksək risk daşıyan "əsas açar" rolunu oynayır. Virtual kart isə bu baxımdan əlavə təhlükəsizlik qatıdır və daha çox "idarə olunan açar" kimi çıxış edir. Bankçılıqda bu yanaşma "Spending Limit Management" (xərclərin məhdudlaşdırılması idarəetməsi) kimi tanınır və istifadəçiyə xərclər üzərində daha çevik nəzarət imkanı verir. Virtual kartların əsas xüsusiyyətlərinə fiziki daşıyıcının olmaması, sürətli şəkildə yaradılıb silinə bilməsi, limit və istifadə qaydalarının asanlıqla idarə olunması daxildir. Bu kartlar əsasən onlayn ödənişlər üçün nəzərdə tutulur və təhlükəsizlik baxımından istifadəçilərə əlavə üstünlük verir".

Kartınız bir anda boşaldıla bilər: Fırıldaqçılardan qorunmağın ən sadə yolu açıqlandı

Virtual kartlardan harada istifadə olunur?

Bu kartların daha çox hansı məqsədlər üçün istifadəsinə gəldikdə isə, mütəxəssis bildirir ki, virtual kart xüsusilə xarici saytlardan alış-veriş (məsələn, "Amazon", "AliExpress" və s.), abunəlik ödənişləri ("Netflix", "Spotify" və s.), tanımadığınız və ya yeni saytlarla ödənişlər, sosial şəbəkələrdə reklam ödənişləri və səyahət rezervasiyalarında istifadə olunmalıdır: "Virtual kartlar çox vaxt adi plastik kartlardan daha təhlükəsiz hesab olunur. Onun əsas üstünlükləri arasında əsas kart məlumatlarının gizli qalması, istifadə limiti təyin etmək imkanı (məsələn, 20 AZN ilə riskin azalması), əsas hesabın boşaldılması riskinin azalması göstərilə bilər".

Hər platforma üçün ayrı kart

Mütəxəssisin sözlərinə görə, istifadəçilərin virtual kartlardan istifadə edərkən ən çox etdikləri səhvlər arasında böyük məbləğləri bir kartda saxlamaq, eyni kartı hər yerdə istifadə etmək, abunəlikləri unutmaq (kartda pul qalması səbəbindən avtomatik ödənişlərin çəkilməsi), şübhəli saytlarda kart məlumatını daxil etmək və SMS/OTP kodlarını paylaşmaqdır: "Birdəfəlik (single-use) kartların istifadəsi isə xüsusilə ilk dəfə alış etdiyiniz, pulsuz sınaq platformaları və "kart saxlanılsın?" deyən platformalarda vacibdir. Məsələn, "Netflix", "Spotify" və digər xarici alışlar üçün ən təhlükəsiz yanaşma birdəfəlik virtual kartdan istifadə etməkdir. Ən düzgün strategiya olaraq hər bir xidmət üçün ayrı virtual kart yaratmaq, istifadə limiti təyin etmək, yalnız həmin xidmət üçün kartı istifadə etmək və artıq lazım deyilsə kartı silmək tövsiyə olunur".

Kartınız bir anda boşaldıla bilər: Fırıldaqçılardan qorunmağın ən sadə yolu açıqlandı

Üç qızıl qayda

İ.Məmmədov sonda vurğulayır ki, virtual kartların düzgün istifadəsi üçün 3 əsas qaydanı bilmək vacibdir: "Hər məqsəd üçün ayrı kart istifadə etmək, kartda böyük məbləğ saxlamamaq və şübhə yarandıqda kartı dərhal silmək əsas qaydadır. Müasir bankçılıqda ən böyük risk texnologiya deyil, istifadəçi davranışıdır. Virtual kartlar istifadəçinin davranış zəifliklərinə qarşı ən güclü silahdır".

Qlobal ödəniş nəhənglərinin virtual kart əməliyyatları

Məlumat üçün bildirək ki, qlobal ödəniş nəhəngləri "Visa" və "Mastercard" son hesabatlarında virtual kart əməliyyatlarının həcminin davamlı şəkildə artdığını qeyd edir. Bu artım əsasən e-ticarət platformalarında müşahidə olunur. Xüsusilə "Amazon" kimi iri e-ticarət platformalarında alış-veriş edən istifadəçilər üçün virtual kartlar əlavə qoruma qatıdır. Birdəfəlik istifadə üçün yaradılan kartlar istifadəçi məlumatlarının üçüncü tərəflərə ötürülməsi riskini minimuma endirir.

Paylaş

Xəbər lenti

Yanan maşını öz avtomobili ilə vurub çıxardı Bu gün, 00:48 İrandan xarici jurnalistlərə qarşı ŞOK AÇIQLAMA Bu gün, 00:48 Dostluqda etibarsız hesab edilən bürclər Bu gün, 00:48 Yeni sanitariya norma və qaydaları təsdiqlənib: Nələr dəyişir? Dünən, 23:48 Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı bıçaqlanaraq öldürüldü Dünən, 23:48 Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb Dünən, 23:48 Aidə Əliyevaya AFFA-da vəzifə verildi Dünən, 23:48 Qaza həsrət qalan kənd sakinləri Dünən, 23:48 Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib Dünən, 23:48 Sahibə Qafarova Serbiyaya səfər edəcək Dünən, 22:48 ABŞ İtaliyanın ultra solçu qrupuna qarşı sanksiyalar tətbiq edib Dünən, 22:48 Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Dünən, 22:48 Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR Dünən, 22:48 "Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 22:48 XİN Nepal-Çin sərhəd bölgəsindəki faciə ilə bağlı başsağlığı verdi Dünən, 22:48 Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində işıq olmayacaq Dünən, 22:48 Yaxın Şərqdəki münaqişə: Altı ayda "Brent"in qiyməti 70-126 dollar arasında dəyişib Dünən, 21:48 Şahzadə Harri və ailəsinin Böyük Britaniyaya qayıdış tarixi açıqlanıb Dünən, 21:48 Laçın sakini: "Bundan böyük hiss, fəxarət heç vaxt olmayıb" Dünən, 21:48 "Evdə tək 2" filminin ulduzu vəfat edib Dünən, 21:48 Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb Dünən, 21:48 Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu Dünən, 20:48 Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Dünən, 20:48 Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib Dünən, 20:48 Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq Dünən, 20:48 "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır Dünən, 19:48 AAYDA: Bakının bəzi ərazilərində mühəndis qurğularında texniki yoxlamalar aparılacaq Dünən, 19:48 İşğaldan azad olunmuş ərazilərdə işəgötürənlərlə növbəti görüş keçirilib Dünən, 19:48 SON DƏQİQƏ - Azərbaycanda zəlzələ oldu Dünən, 19:48 Mehriban Əliyeva sosial şəbəkə hesablarında Bilgəh incəsənət məktəbinin açılışı ilə bağlı videoçarx paylaşıb Dünən, 19:48 Donald Tramp İranın Ali rəhbəri Müctəba Xameneinin yaralandığını hesab edir Dünən, 19:48 Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır Dünən, 19:48 Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq Dünən, 18:48 Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng edib Dünən, 18:48 Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib Dünən, 18:48 Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib Dünən, 18:48 Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib Dünən, 18:48 Avropa çempionatı: Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb Dünən, 18:48 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Dünən, 17:48 10 KOB subyekti vergi güzəştindən yararlanacaq Dünən, 17:48 Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib Dünən, 17:48 Aşağı keçid balları MÜZAKİRƏ EDİLDİ Dünən, 17:48 Erməni revanşistlərin gələcəyi sual altında: "Cinayətkarlar əməllərinin cəzasını çəkməlidirlər" Dünən, 17:48 Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib Dünən, 17:48 Fuad Hüseynəliyev: Media Azərbaycan və Özbəkistan xalqlarını yaxınlaşdırır Dünən, 17:48 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU Dünən, 17:48 Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı Dünən, 16:48 Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR