7-06-2026, 23:48 238

Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı

Futbol dünyası növbəti böyük bayrama hazırlaşır. Planetin ən populyar idman növünün zirvə yarışı hesab edilən dünya çempionatı tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Turnir yalnız təşkilatçılıq baxımından deyil, formatı, iştirakçı sayı və ümumi gözləntilər baxımından da əvvəlkilərdən fərqlənir. Hər bir halda, azarkeşləri bir aydan artıq davam edəcək möhtəşəm tamaşa gözləyir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Daha çox ölkə mundial həyəcanını yaşayacaq

1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatında cəmi 13 komanda iştirak etmişdi. 96 il sonra isə bu rəqəm 48-ə yüksəlir. FIFA-nın qərarına əsasən, mundialda 12 qrup olacaq və ümumilikdə 104 oyun keçiriləcək. Bu, əvvəlki turnirlərlə müqayisədə 40 əlavə matç deməkdir. Turnirin müddəti də uzanıb və futbol bayramı bir aydan artıq davam edəcək.

FIFA bu addımı futbolun qloballaşması ilə əsaslandırır. Daha çox ölkə mundial həyəcanını yaşayacaq, yeni bazarlar yaranacaq, futbolun inkişafı sürətlənəcək. Yeni format xüsusilə Afrika, Asiya və Şimali Amerika təmsilçilərinin sayının artmasına səbəb olub. Bu isə o deməkdir ki, indiyədək yalnız televiziyadan izlədikləri mundial atmosferini Özbəkistan, Kurasau kimi bir çox ölkə ilk dəfə meydanda hiss edəcək. Tənqidçilər isə hesab edirlər ki, iştirakçı sayının artırılması bəzi oyunların keyfiyyətinə mənfi təsir göstərə bilər. Xüsusilə, qrup mərhələsinin dünya çempionatı səviyyəsinə uyğun olmayacağı bildirilir. Hər halda, yeni formatın uğurlu olub-olmadığını yalnız turnir başa çatdıqdan sonra qiymətləndirmək mümkün olacaq.

Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı

Şimali Amerika üçün ciddi sınaq

ABŞ, Kanada və Meksika tarixdə ilk dəfə birlikdə dünya çempionatına ev sahibliyi edəcəklər. Turnirin 16 şəhərdə keçirilməsi planlaşdırılır. Açılış oyunu əfsanəvi "Azteka" stadionunda baş tutacaq, final isə Nyu-Cersi ştatındakı "MetLife"da keçiriləcək.

Turnir tarixdə ən böyük logistika sınaqlarından biri olacaq. Şəhərlər arasındakı məsafələr min kilometrlərlə ölçülür. Məsələn, Vankuverlə Mayami arasında təxminən 4500 kilometrlik məsafə var. Bu isə həm komandalar, həm azarkeşlər, həm də media nümayəndələri üçün ciddi planlaşdırma tələb edəcək. FIFA məhz bu səbəbdən qrupları regional prinsiplə formalaşdırmağa çalışıb ki, iştirakçılar mümkün qədər az səyahət etsinlər. Buna baxmayaraq, uzun uçuşlar, fərqli saat qurşaqları və müxtəlif iqlim şəraiti turnirin görünməyən, lakin nəticələrə təsir edə biləcək amillərindən biri olacaq.

Bu mundial həm də Şimali Amerika futbolunun inkişaf səviyyəsinin göstəricisinə çevriləcək. Xüsusilə, ABŞ son illərdə futbola böyük investisiyalar yatırıb. Lionel Messi və bir çox digər ulduzların MLS-ə gəlişi liqaya marağı daha da artırıb, stadionlara tamaşaçı axınını gücləndirib. Dünya çempionatı bu inkişaf prosesinin ən böyük vitrini olacaq.

Meksika üçün turnir xüsusi əhəmiyyət daşıyır. Ölkə tarixdə üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək və bu göstərici ilə rekord müəyyənləşdirəcək. Futbolun ölkədəki populyarlığını nəzərə alsaq, mundialın ən coşqulu atmosferlərindən birinin məhz Meksika şəhərlərində yaşanacağı gözlənilir. Kanada isə ilk dəfə belə böyük futbol hadisəsinin mərkəzinə çevriləcək.

Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı

Argentina taxtını qoruya biləcəkmi?

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina futbolun zirvəsinə yüksəldi. Lionel Messi, nəhayət, çatışmayan kuboku qazandı. İndi isə argentinalılar uğurun təsadüfi olmadığını göstərməyə çalışacaqlar.

Tarix göstərir ki, dünya çempionu titulunu qorumaq son dərəcə çətindir. Sonuncu dəfə bunu 1962-ci ildə Braziliya bacarıb. Argentina yığmasında Messi yenə iş başındadır. O, karyerasında 6-cı mundialında iştirak edəcək. Düzdür, Messi 4 il öncəki deyil, lakin "gümüşülər" də tamamilə ondan asılı görünmürlər. Son illərdə formalaşan kollektiv dünya futbolunun ən sabit və ən xarakterli komandalarından biridir. Dünya çempionluğu və Amerika Kuboku zəfərləri argentinalı futbolçulara əlavə özünəinam qazandırıb. Buna görə də Cənubi Amerika təmsilçisinin yenidən final uğrunda mübarizə aparacağı gözlənilir.

Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı

Avropa nəhəngləri növbədədir

Son dörd dünya çempionatının üçündə kubok Avropaya gedib. Fransa, İspaniya, İngiltərə və Portuqaliya kimi komandalar bu dəfə də əsas favoritlər sırasındadır.

Xüsusilə Fransa yenə də ən zəngin heyətlərdən birinə malikdir. Kilian Mbappe artıq gənc ulduz deyil, komandanın əsas lideridir. İngiltərə illərdir gözlənilən uğuru əldə etməyə çalışır. Son Avropa çempionu İspaniya isə yeni nəslin hesabına yenidən dünya futbolunun zirvəsinə qayıtmaq arzusundadır.

Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı

Portuqaliya barədə xüsusi bəhs etməyə ehtiyac var. Əgər Lionel Messi artıq kubok kolleksiyasını tamamlayıbsa, onun ən böyük rəqibi Kriştiano Ronaldunun şəxsi uğurları arasında yalnız dünya çempionluğu yoxdur. O da Messi kimi karyerasında 6-cı mundialını keçirəcək. Portuqaliyanın bütün mövqelər üzrə çox güclü heyətə sahib olması Ronaldunun, nəhayət, arzusuna çatmasının heç də əlçatmaz xəyal olmadığını deməyə əsas verir.

Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı

Braziliyanın 24 illik həsrəti

Dünya çempionatları barədə danışarkən Braziliyanı ayrıca qeyd etməmək mümkün deyil. Beşqat dünya çempionu sonuncu dəfə 2002-ci ildə kuboku başı üzərinə qaldırıb. O vaxtdan bəri bir neçə nəsil dəyişsə də, nəticə ürəkaçan olmayıb.

Bu dəfə braziliyalıların ümidləri yeni baş məşqçi Karlo Ançelottiyə bağlanıb. Təcrübəli mütəxəssisin üzərində böyük təzyiq var. Çünki Braziliyada dünya çempionluğundan başqa nəticə uğur hesab edilmir. Vinisius Junior, Endrik, Rafinya kimi futbolçuların mövcudluğu sambanın vətəninə yenidən ümid verir. Eyni zamanda, Neymarın mundialdakı mümkün son çıxışı da turnirin ən maraqlı süjetlərindən biri olacaq.

Türkiyə sürpriz edə biləcək?

Türkiyə yığmasından da bəhs etməyə dəyər. 24 il sonra "ay-ulduzlu" yığma yenidən mundialda iştirak edəcək. Son illərdə formalaşan gənc və istedadlı nəsil azarkeşlərdə böyük ümid yaradıb. Arda Güler, Kenan Yıldız, Orkun Kökçü kimi futbolçular Vinçentso Montelanın rəhbərliyi altında artıq Avropa çempionatında potensialını nümayiş etdirib. Türkiyə futbol ictimaiyyəti hesab edir ki, bu nəsil 2002-ci ildə əldə olunan tarixi üçüncülükdən sonra ölkənin dünya arenasındakı ən iddialı kollektivlərindən biridir. Qardaş ölkənin turnirdə çıxış etməsi azərbaycanlı azarkeşlərin mundiala marağını bir qədər də artırır. Tarix göstərir ki, Türkiyə millisi böyük turnirlərdə gözlənilməz nəticələr əldə etməyi bacaran komandalar sırasındadır və 2026-cı ildə də sürprizlərdən birinə çevrilə bilər.

Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı

Yekunlaşdırsaq, iyunun 11-dən iyulun 19-dək milyonlarla insanın gündəlik həyatı futbolun ritmi ilə döyünəcək. Bu dəfə də sevinc, göz yaşı, qəhrəmanlıq və məyusluq eyni səhnədə yer alacaq. Çünki dünya çempionatı sadəcə futbol turniri deyil. Bu, futbolun özüdür.

Paylaş

Xəbər lenti

Yeni sanitariya norma və qaydaları təsdiqlənib: Nələr dəyişir? Dünən, 23:48 Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı bıçaqlanaraq öldürüldü Dünən, 23:48 Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb Dünən, 23:48 Aidə Əliyevaya AFFA-da vəzifə verildi Dünən, 23:48 Qaza həsrət qalan kənd sakinləri Dünən, 23:48 Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib Dünən, 23:48 Sahibə Qafarova Serbiyaya səfər edəcək Dünən, 22:48 ABŞ İtaliyanın ultra solçu qrupuna qarşı sanksiyalar tətbiq edib Dünən, 22:48 Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Dünən, 22:48 Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR Dünən, 22:48 "Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 22:48 XİN Nepal-Çin sərhəd bölgəsindəki faciə ilə bağlı başsağlığı verdi Dünən, 22:48 Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində işıq olmayacaq Dünən, 22:48 Yaxın Şərqdəki münaqişə: Altı ayda "Brent"in qiyməti 70-126 dollar arasında dəyişib Dünən, 21:48 Şahzadə Harri və ailəsinin Böyük Britaniyaya qayıdış tarixi açıqlanıb Dünən, 21:48 Laçın sakini: "Bundan böyük hiss, fəxarət heç vaxt olmayıb" Dünən, 21:48 "Evdə tək 2" filminin ulduzu vəfat edib Dünən, 21:48 Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb Dünən, 21:48 Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu Dünən, 20:48 Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Dünən, 20:48 Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib Dünən, 20:48 Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq Dünən, 20:48 "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır Dünən, 19:48 AAYDA: Bakının bəzi ərazilərində mühəndis qurğularında texniki yoxlamalar aparılacaq Dünən, 19:48 İşğaldan azad olunmuş ərazilərdə işəgötürənlərlə növbəti görüş keçirilib Dünən, 19:48 SON DƏQİQƏ - Azərbaycanda zəlzələ oldu Dünən, 19:48 Mehriban Əliyeva sosial şəbəkə hesablarında Bilgəh incəsənət məktəbinin açılışı ilə bağlı videoçarx paylaşıb Dünən, 19:48 Donald Tramp İranın Ali rəhbəri Müctəba Xameneinin yaralandığını hesab edir Dünən, 19:48 Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır Dünən, 19:48 Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq Dünən, 18:48 Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng edib Dünən, 18:48 Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib Dünən, 18:48 Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib Dünən, 18:48 Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib Dünən, 18:48 Avropa çempionatı: Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb Dünən, 18:48 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Dünən, 17:48 10 KOB subyekti vergi güzəştindən yararlanacaq Dünən, 17:48 Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib Dünən, 17:48 Aşağı keçid balları MÜZAKİRƏ EDİLDİ Dünən, 17:48 Erməni revanşistlərin gələcəyi sual altında: "Cinayətkarlar əməllərinin cəzasını çəkməlidirlər" Dünən, 17:48 Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib Dünən, 17:48 Fuad Hüseynəliyev: Media Azərbaycan və Özbəkistan xalqlarını yaxınlaşdırır Dünən, 17:48 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU Dünən, 17:48 Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı Dünən, 16:48 Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb Dünən, 16:48 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA Dünən, 16:48 İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb Dünən, 16:48 Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR