
Zabratda marşrut avtobusu yarımçıq tikiliyə çırpılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə görüntü sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, hadisə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 118A nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə qeydə alınıb.
Ötən gecə saat 21:22 radələrində, avtobus geriyə hərəkət edərək manevr etdiyi zaman yol kənarında yerləşən yarımçıq tikilinin konstruksiyasına toxunub.
Hadisə anının görüntülərini təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.