
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış oyununda Meksika millisi Cənubi Afrika Respublikası (CAR) yığmasını məğlub edib.
AVESTA.AZ xəbər verir ki, A qrupu çərçivəsində "Mexiko Siti" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meksika yığmasının qollarını 9-cu dəqiqədə Xulian Kinyones, 67-ci dəqiqədə isə Raul Ximenes vurub.
Beləliklə, ev sahibi komanda dünya çempionatına üç xalla başlayıb.
Qeyd edək ki, A qrupunda turun digər görüşündə Cənubi Koreya və Çexiya milliləri üz-üzə gələcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 06:00-da səslənəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.