
"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının icrasını təmin etmək məqsədilə İşçi Qrupu yaradılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, elm və nazirinin müvafiq əmri ilə yaradılan İşçi Qrupun ilk görüşü olub.
Görüşdə "Məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması" tədbiri çərçivəsində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartlarının yenilənməsi müzakirə edilib.
Eləcə də uyğunlaşdırılmış peşə təhsili proqramlarının çərçivə sənədinin hazırlanmasına dair görülmüş işlər, mövcud ehtiyaclar və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, işçi qrupunun tərkibinə Elm və Təhsil Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər maraqlı tərəflərin nümayəndələri daxildir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.